Ermənistan Aİ ilə təhlükəsizlik və müdafiə əlaqələrini gücləndirir
Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Biz müdafiə və təhlükəsizlik məsələlərində daha fəal işləməyə başlamalı olduğumuz yeni formatları müzakirə edirik”
Ermənistan Avropa İttifaqı (Aİ) ilə təhlükəsizlik və müdafiə əlaqələrini gücləndirir. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.
Onun sözlərinə görə, Ermənistan artıq Aİ ilə dialoq aparır və bu dialoq çərçivəsində Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyanın iki iclası keçirilib.
“Biz müdafiə və təhlükəsizlik məsələlərində daha fəal işləməyə başlamalı olduğumuz yeni formatları müzakirə edirik. Aİ Ermənistanın ən mühüm təhlükəsizlik tərəfdaşına çevrilir. Buna görə də müzakirə olunan yeni tərəfdaşlığın gündəliyində ilk dəfə olaraq təhlükəsizlik məsələlərinə geniş yer ayrılıb”, - Hovhannisyan vurğulayıb.
Onun sözlərinə görə, Aİ hazırda təhlükəsizlik sektorunun gücləndirilməsi ilə bağlı gündəliyi fəal şəkildə müzakirə edir və bu, Ermənistanla bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır.
Nazir müavini həmçinin bildirib ki, Ermənistan Avropa Sülh Fondundan vəsait (10 milyon dollar) üçün ikinci müraciət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 24 Mart 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















