Icma.az
close
up
RU
Nədir Azərbaycançılıq? Əli Hüseynov yazır

Nədir Azərbaycançılıq? Əli Hüseynov yazır

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycançılıq bir sözə, bir şüara, bir siyasi məfkurəyə sığmayacaq qədər böyük anlayışdır. Bu, minilliklərin süzgəcindən keçərək bu günə gəlib çatan tariximiz, dilimiz, mədəniyyətimiz, adət-ənənələrimiz, mənəviyyatımız və ən əsası, özümüzü azərbaycanlı hiss etməyimizdir.

Prezident İlham Əliyevin bu gün paylaşdığı “Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir” fikri əslində hər birimizin özümüzə verməli olduğumuz bir sualı gündəmə gətirir:

Bizim üçün azərbaycanlı olmaq nə deməkdir?

Azərbaycanlı olmaq səhər ananın dilindən eşitdiyin duada, atanın halal zəhmətində, nənənin danışdığı nağılda, babanın öyüdündədir. Novruz tonqalının istisində, bayram süfrəsinin bərəkətində, qonağa süzülən bir stəkan çayda, çörəyi bölüşməkdədir. Böyüyə hörmət, kiçiyə mərhəmət, dosta sədaqət, düşmənə qarşı mətinlik, çətin gündə bir-birinə dayaq olmaqdır.

Azərbaycançılıq ana dilimizi qorumaqdır. Çünki dilini itirən xalq yaddaşının bir hissəsini itirir. Bizim dilimizdə Füzulinin sevgisi, Nəsiminin fəlsəfəsi, Nizaminin hikməti, Cəlil Məmmədquluzadənin satirası, Üzeyir Hacıbəylinin sənəti yaşayır. Muğamımızda xalqımızın kədəri, sazımızda tariximiz, xalçalarımızda analarımızın ilmə-ilmə toxuduğu milli yaddaşımız var.

Azərbaycançılıq həm də Vətənə sevgidir. Bu sevgi Şuşanın daşında, Qarabağın dağında, Xəzərin sahilində, Naxçıvanın qayasında yaşayır. Bu sevgi torpağımız uğrunda canından keçən şəhidlərimizin məzarında, onların analarının göz yaşında, qazilərimizin qürurlu baxışındadır.

Biz Qarabağı yalnız torpaq parçası kimi sevmədik. Biz orada tariximizi, xatirələrimizi, doğmalarımızın ayaq izlərini, ata-babalarımızın ruhunu axtardıq. Bu gün həmin torpaqlarda üçrəngli bayrağımızın dalğalanması milli yaddaşımızın, birliyimizin və dövlətçilik iradəmizin təntənəsidir.

Amma Azərbaycançılıq yalnız döyüş meydanında Vətən uğrunda can vermək deyil. Sülh dövründə də Vətən üçün yaşamaqdır. Müəllimin yetişdirdiyi savadlı şagird, həkimin xilas etdiyi insan, əsgərin qoruduğu sərhəd, jurnalistin yazdığı həqiqət, fermerin becərdiyi torpaq, gəncin qazandığı bilik – bunların hər biri Azərbaycançılığın bir parçasıdır.

Bu məfkurə bizi etnik mənsubiyyətimizə, dini inancımıza və fərqli köklərimizə görə ayırmır. Əksinə, talışın, ləzgisinin, avarın, udinin, tatın, yəhudinin, rusun və bu torpaqda yaşayan digər xalqların ortaq Vətən ətrafında birliyini ifadə edir. Azərbaycançılıq müxtəlifliyin içində birliyi, fərqli kimliklərin içində ortaq dövlətçilik ruhunu yaşatmaqdır.

Unutmayaq ki, milli dəyərlər yalnız keçmişlə fəxr etmək üçün mövcud deyil. Onları qorumaq və gələcək nəsillərə ötürmək lazımdır. Valideynə hörmət etməyən, ana dilinə laqeyd yanaşan, halal zəhməti qiymətləndirməyən, başqasının haqqını yeyən, dövlət əmlakına zərər vuran insanın Azərbaycançılıqdan danışması kifayət deyil. Çünki Vətən sevgisi ilk növbədə insanın davranışında görünməlidir.

Müasir azərbaycanlı həm öz tarixini bilməli, həm də dünyanın elmi və texnoloji inkişafından geri qalmamalıdır. Biz həm muğamımızı yaşatmalı, həm süni intellekt yaradan nəsil yetişdirməliyik. Həm Şuşanın ruhunu qorumalı, həm də Bakını dünyanın müasir şəhərləri sırasında görməliyik. Milli kimliklə müasirlik bir-birinə zidd deyil. Əsl güc bu ikisini birləşdirə bilməkdir.

Ümummilli lider Heydər Əliyevin siyasi irsində mühüm yer tutan azərbaycançılıq ideyası bu gün də milli birliyimizin və dövlətçilik düşüncəmizin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin bu məfkurəni Azərbaycanın uğurlarının təməli kimi xarakterizə etməsi də onun yalnız tarixi deyil, həm də gələcəyə hesablanmış mahiyyətini göstərir.

Məncə, Azərbaycançılığın ən gözəl tərifi budur: harada olmağından asılı olmayaraq Azərbaycanı öz içində daşımaq, onun adına layiq yaşamaq, dilinə, bayrağına, tarixinə və insanına sahib çıxmaq.

Çünki Azərbaycançılıq sadəcə azərbaycanlı doğulmaq yox, bunun məsuliyyətini hiss etməkdir.

Vətən bizim doğulduğumuz yer deyil, uğrunda yaşamağı, qorumağı və gələcək nəsillərə əmanət etməyi bacardığımız dəyərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Noyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see411

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see294

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see286

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see282

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see280

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see279

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see276

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see271

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see268

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see266

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see251

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see248

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see244

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see243

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see243

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see243

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see243

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see241

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see241

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see241
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri