Icma.az
close
up
RU
Ermənistan Azərbaycan mətbəxini öz pasportuna “salır“ Tahir Əmiraslanovdan SOS

Ermənistan Azərbaycan mətbəxini öz pasportuna “salır“ Tahir Əmiraslanovdan SOS

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın Azərbaycan milli mətbəxinə aid nümunələri özününküləşdirməsi ilə bağlı təhlükə getdikcə artır. Belə ki, Ermənistan vətəndaşlarına verilən biometrik pasportlarda təndirdə lavaş bişirilməsi və əkinçilik elementlərinin də yerləşdirilməsi nəzərdə tutulur.

Bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) sədri, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov Musavat.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə bununla bağlı Assosiasiya bəyanat hazırlayıb. Bəyanatda deyilir: “Hələ 26 aprel 2011-ci ildə ABŞ-da çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ciddi bir təhlükəyə diqqət çəkərək xüsusi qeyd etmişdir ki, “Bizim milli mətbəximiz yenə də ermənilər tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışırlar. Halbuki milli yeməklərimizin adları da Azərbaycan sözləridir. Ona görə də belə hərəkətlər, əlbəttə ki, bizi çox üzür. Biz öz milli mədəni irsimizi qorumalıyıq.

2022-ci ildən başlayaraq Ermənistanda Azərbaycan milli mətbəxinin mənimsənilməsinə, mətbəx nümunələrimizin tarixi, hazırlanma texnologiyaları və bunlarla bağlı ənənələrin özününküləşdirilməsinə yeni start verilib. Təəssüf ki, sahəyə cavabdeh qurumlar bu məsələdə, yumşaq desək, tam fəaliyyətsizlik göstərirlər. Bu cəhdlərin qarşısı alınmır. Unutmaq lazım deyil ki, tarixən torpaqlarımızın, mədəniyyətimizin və tariximizin işğalı məhz mətbəximizin işğalından başlayıb”.

O da qeyd edilir ki, 2022-ci ilin dekabrından sonra Ermənistanın Milli İrs portalında 250-dən çox milli mətbəx nümunəmiz yerləşdirilib. Ermənistan kulinarlarının beynəlxalq tədbirlərdə iştirakına da yol açılıb. 31 oktyabr 2025-ci ildə Ermənistanın Baş naziri erməni mətbəxinin ənənəvi kulinariya reseptlərinin ölkənin qeyri-maddi mədəni irsi kimi sənədləşdirilməsi və qorunması ilə bağlı genişmiqyaslı layihənin başlandığını bəyan edib.

"İndi isə 1 noyabr 2026-cı il tarixindən başlayaraq Ermənistan vətəndaşlarına verilən biometrik pasportlarda təndirdə lavaş bişirilməsi və əkinçilik elementlərinin də yerləşdirilməsi nəzərdə tutulur. Bu, əkinçilik və çörəkbişirmə mədəniyyətinin ermənilərə məxsus olması, onların Zaqafqaziyanın aborigen, yəni yerli xalqı, bizim isə gəlmə olduğumuz barədə təsəvvür yaratmağa xidmət edəcək.

Dövlətçiliyin yaranması məhz əkinçilik və oturaq həyatla bağlı olduğundan, bu ərazidə mövcud olmuş ilk dövlətlərin və suvarılan torpaqların ermənilərə məxsusluğu görüntüsü həm Ermənistan vətəndaşlarının, həm də xaricilərin şüuruna yeridiləcək.

2016-cı ildə UNESCO lavaşı erməni çörəyi kimi tanımış, Türkiyə və Azərbaycanın tələbindən bir gün sonra isə formul dəyişdirilərək onun ermənilər tərəfindən də bişirilən çörək olduğu qeyd edilib”, - deyə bəyanatda vurğulanıb.

Bəyanatın davamında bildirilir: “2016-cı ildə UNESCO nazik çörək — lavaş, fətir, yuxa və digər çörək növlərinin Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan və İrana, yəni türk xalqlarına mənsub olduğunu təsdiqləyib. 2023-cü ildə isə təndir və təndirdə çörək hazırlanması Azərbaycana aid nümunələr kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

Buna görə də Azərbaycan Milli Kulinariya Assosiasiyası lavaşın, təndirin və əkinçilik mədəniyyətinin Ermənistanın biometrik pasportlarına daxil edilməsinin qarşısının alınmasını tələb edir. Assosiasiya bu iddiaların heç bir elmi əsasının olmadığını bəyan edir və bütün ictimai təşkilatları, məsul dövlət qurumlarını, alimləri və mütəxəssisləri bu cəhdlərin qarşısının alınması üçün çalışmağa çağırır.

Biz yüz ilə yaxın müddətdə ermənilər tərəfindən mətbəximizin özəlləşdirilməsinin qarşısını almaq üçün otuz il mübarizə apardıq. 2022-ci ildən etibarən mətbəximizin işğalının qarşısını almaq üçün isə üç yüz il lazım olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Oktyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri