Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

İsrailə qarşı sərt ittiham: “Bəşəriyyətin hökmündən...”

İsrailə qarşı sərt ittiham: “Bəşəriyyətin hökmündən...”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Şimali Koreyadan İsrailin digər ölkələrə qarşı ərazi iddiaları və hücumlarına sərt reaksiya gəlib.

“Cebheinfo.az” xəbər verir ki, Şimali Koreyanın hakim Koreya Fəhlə Partiyasının (WPK) rəsmi nəşri olan “Rodong Sinmun” qəzetindən sonra ölkənin ikinci ən nüfuzlu qəzeti hesab edilən “Minju Choson”da dərc olunan məqalədə İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumları, eləcə də Cənubi Livandakı işğal fəaliyyəti kəskin tənqid olunub.

Məqalədə İsrail ordusunun Qəzza zolağında fələstinlilərə qarşı fərq qoymadan hərbi əməliyyatlar həyata keçirdiyi vurğulanıb:

“Belə ki, İsrail ordusu bu amansız hücumları “HƏMAS-ı məhv etmək” bəhanəsi ilə əsaslandırmağa çalışır və gələcəkdə də bu cür hərbi əməliyyatları davam etdirmək niyyətində olduğunu açıq şəkildə ortaya qoyur.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məlumatlarına istinad edilən məqalədə qeyd olunub ki, Qəzza zolağının təxminən 70 faizinə nəzarət edən İsrail ordusu “HƏMAS-ı məhv etmək” bəhanəsi ilə geri çəkilməkdən imtina edir.

Bu səbəbdən çoxsaylı fələstinli əhalinin ərazinin cəmi 30 faizini əhatə edən hissəsində çadırlarda yaşamağa məcbur qalıb”.

Yazıda Qəzza zolağının “İsrailin qeyri-insani vəhşiliyi nəticəsində cəhənnəmə çevrildiyi” vurğulanıb:

“Məhz İsrail ordusunun fasiləsiz davam edən hərbi hücumları nəticəsində çoxsaylı səhiyyə müəssisəsi dağıdılıb. Blokada səbəbindən dərman və tibbi avadanlıqların təmin edilməməsi isə müxtəlif xəstəliklərdən əziyyət çəkən minlərlə insanın həyatına son qoyub. Eləcə də 21 mindən çox xəstə müalicə üçün xarici ölkələrə təxliyə olunmaq istəsə də, İsrailin blokada siyasəti səbəbindən bu mümkün olmayıb”.

Məqalədə İordan çayının qərb sahilində qanunsuz yəhudi məskunlaşanların zorakılıq əməllərinin gündən-günə artdığı qeyd edilib:

“Oktyabrın 16-da yəhudilərdən ibarət maskalı şəxslər Fələstin kəndlərindən birinə hücum edərək sakinlərə qarşı zorakılıq törədib, avtomobilləri və zeytun ağaclarını yandırıb. Hətta hadisə yerində olan əcnəbi qadın jurnalist də döyülüb, onun fotoaparatı və mobil telefonu əlindən alınıb. Bundan əvvəl də bir qrup maskalı şəxs Ramallah şəhərindəki məscidlərdən birinə basqın edərək binanı yandırıb, bir sıra ərazilərdə məhsul yığımı ilə məşğul olan fələstinlilərə hücum ediblər. Zorakılıq əməlləri nəticəsində 2023–2025-ci illər ərzində İordan çayının qərb sahilində 110-dan çox Fələstin kəndi və yaşayış məntəqəsi xəritədən silinib”.

Qeyd olunub ki, Fələstin rəsmiləri yəhudi məskunlaşanların zorakılıq əməllərinin İsrail siyasətçilərinin himayəsi və təşviqi ilə davam etdiyini bildiriblər.
Vurğulanıb ki, İsrailin müdafiə naziri oktyabrın 20-də verdiyi açıqlamada mart ayından etibarən İsrail ordusunun Cənubi Livanda 60-dan çox kəndi və 23 min yaşayış evini dağıtdığını, təxminən 700 kvadratkilometr ərazini işğal etdiyini və 200 min sakini doğma yurdlarından didərgin saldığını açıq şəkildə etiraf edib.
Həmçinin nazir işğal etdikləri ərazilərin İsrailin “təhlükəsizlik zonası”na çevrildiyini iddia edərək, Hizbullah silahsızlaşdırılana qədər İsrail qoşunlarının Livandan çıxarılmayacağını bildirib. Məqalədə bu açıqlama nazirin lovğalanması kimi qiymətləndirilib.

Məqalədə İsrailin torpaqları ələ keçirməyə yönəlmiş və getdikcə genişlənən əməllərinin beynəlxalq ictimaiyyətin qınağına və etirazına səbəb olduğu bildirilib.
Bildirilib ki, BMT-yə bağlı beynəlxalq istintaq komissiyası dərc etdiyi hesabatda İsraili işğal altındakı Fələstin ərazilərində müharibə cinayətləri törətməkdə ittiham edərək qınayıb.

Hesabatda İsrailin Qəzza zolağında atəşkəs razılaşmasından sonra da fələstinlilərə qarşı hücumlarını davam etdirdiyi və bunun məqsədinin Fələstin xalqını tamamilə məhv etmək olduğu qeyd edilib. Sənəddə İsrailin Fələstin ərazilərindəki işğala dərhal son qoymalı və bütün yəhudi yaşayış məntəqələrini ləğv etməli olduğu vurğulanıb.

Ərəb Dövlətləri Liqasının Baş katibi də İsrailin Livana qarşı hücumlarını qəbuledilməz addım kimi qiymətləndirərək sərt şəkildə pisləyib.

Məqalədə, həmçinin aşağıdakı fikirlər yer alıb:

“Beynəlxalq ictimaiyyətin ortaq iradəsinə meydan oxuyaraq torpaqları ələ keçirmək cəhdlərini davam etdirən İsrail sionistlərinin qeyri-insani vəhşiliyi bəşəriyyətin sərt mühakiməsindən qaça bilməyəcək”.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri