Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Ermənistan Azərbaycanda tətbiq olunan balanslı siyasət modelini öz xarici siyasətinə proyeksiya edir

Ermənistan Azərbaycanda tətbiq olunan balanslı siyasət modelini öz xarici siyasətinə proyeksiya edir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ermənistan Ulu Öndərin balanslı siyasət irsini öz xarici siyasətinə proyeksiya edir... Azərbaycan 1994-cü ildən bəri davamlı olaraq balanslı xarici siyasət xəttini izləyir. Bu, Ulu Öndərin siyasi irsinin davamı olub bizi II Qarabağ müharibəsində qələbəyə gətirdi. Bu irsin davamı Azərbaycanın regional güc olaraq mövqeyini qoruması baxımından əhəmiyyət daşıyır. Azərbaycan dünyada baş verən qlobal geosiyasi çalxantılarının başlanğıcında öncə Türkiyə ilə müttəfiqlik haqqında (15 iyun 2021) və Rusiya ilə müttəfiqlik haqqında (22 fevral 2022), Avropa İttifaqı (Aİ) ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında (18 iyul 2022), daha sonra Rusiya və İranla birgə Şimal-Cənub dəhlizinin inkişafına dair (9 sentyabr 2022) və ən son Çinlə strateji tərəfdaşlıq haqqında (3 iyul 2024) mühüm sazişlər imzaladı. Göründüyü kimi, bu strategiya halqasında bir ABŞ çatışmır. Bu isə, ABŞ-ın Vətən müharibəsindən sonra ölkəmizə qarşı siyasətində sərt dəyişiklikləri ilə əlaqədardır”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə açıqlamasında bildirib ki, xüsusilə 2024-cü ilin 1 yanvarından etibarən 907-ci düzəlişin 2 illik müddətə bərpa olunması münasibətlərdə geriləmənin ən vacib göstəricisi olaraq dəyərələndirilə bilər: “Tramp administrasiyasının yeni dövründə Azərbaycan-ABŞ münasibətlərinin bərpası üçün addımlar atıla bilər. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev milli televiziyalara ən son (7 yanvar 2025) müsahibəsində qeyd etdi ki, Azərbaycan ABŞ ilə də strateji tərəfdaşlıq sazişi imzalamağa hazırdır. Bu, Azərbaycanın balanslı siyasətinin ruhuna tam uyğun bir addım olar”.

Şəhla Cəlilzadə

“Bu gün, biz Ermənistanın Ulu Öndərin irsini öz xarici siyasətinə proyeksiya etdiyinin şahidi olmaqdayıq. Rusiyanın müttəfiqi, onun iqtisadi təsir arealında yer alan (Avrasiya İqtisadi Birliyi (AİB) üzvü), ölkə ərazisində Rusiyanın hərbi bazalarına yer verən (o cümlədən de-fakto KTMT üzvü) olan bir ölkə artıq balanslı siyasətə keçid edir. Bunun ən əhəmiyyətli göstəricisi isə 14 yanvar 2025-ci il tarixində Ermənistanın ABŞ ilə imzaladığı strateji tərəfdaşlıq haqqında sazişdir. Erməni ekspertlər bu sazişin Ermənistanın regional mövqeyini zədələməməsi üçün iddia edirlər ki, bununla ABŞ-ın Cənubi Qafqazda hərbi iştirakı (hərbi baza yaratması), yaxud silah satışı və hərbi əməkdaşlıq nəzərdə tutulmayıb. Həqiqətən, Azərbaycanın da Türkiyə və Rusiya ilə müttəfiqliyi, yaxud Çinlə strateji tərəfdaşlığı da hərbi baza yaradılmasını nəzərdə tutmur. Lakin bununla yanaşı, ABŞ-ın artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunda varlığını və hərbi-siyasi iştirakını artırmaqda olduğu, bunun üçün Ermənistanın hazırda mühüm strateji nöqtə olaraq dəyərləndirildiyi deyilə bilər. Belə ki, 14 yanvar sazişinə öncüllük edən razılaşma olaraq dəyərləndirə biləcəyimiz 5 aprel 2024-cü il tarixli Brüssel razılaşmasından sonra biz ABŞ-ın Ermənistanla hərbi əməkdaşlığının dərinləşdiyini, birgə hərbi təlimlər, Avropa Müşahidə Missiyasına Kanadının qoşulmasıyla onun gizli NATO missiyasına dönüşməsi, Aİ-nin Sülh Fondu vasitəsilə Ermənistana hərbi yardımları, Fransdan açıq, ABŞ-dan gizli hərbi yardımlar və s. eyni xəttin 14 yanvar sazişi ilə daha da genişləndiriləcəyini ehtimal etməyə əsas verir. Bu ehtimalın doğrulub doğrulmayacağını, yaxud sazişin tam şəkildə reallaşdırılıb-reallaşdırılmayacağını Trampın ikinci prezidentlik dövrü göstərəcək”-deyə Şəhla Cəlilzadə qeyd edib.

Politoloq bildirib ki, bunun Ukrayna 2014, Gürcüstan 2008, yaxud Suriya ssenarisinə çevrilməməsi üçün Ermənistan hazırda balans yaratmağa çalışır: “Bu fonda Ermənistan-İran yüksək rəsmilərinin görüşlərinin keçirildiyini və münasibətlərin əhəmiyyətinin hər iki tərəfdən vurğulandığını, iki ölkə arasında sərhəddin “dostluq və barış sərhəddi” olaraq adlandırılmasını, Ermənistanın İranla gizli hərbi sazişinə dair iddiaların olduğunu, hətta İranın Ermənistanın suverenliyini qorumaq adıyla Zəngəzura qoşun yeritmək istəyini açıq şəkildə bəyan etdiyini görürük. Bütün bunlar Ermənistan-ABŞ strateji tərəfdaşlıq sazişi fonunda İranla “dostluğu” qorumağa hesablanmış addımlardır. Rusiyanın münasibəti isə daha fərqlidir. Çünki, Rusiya Ukrayna və Gürcüstandakı hadisələrə bənzər şəkildə öz “arxa bağçası” adlandırdığı ərazini itirmək təhlükəsi ilə üzləşib. Gürcüstan hökümətinin mövqeyinə baxmayaraq ordakı proseslər hələ də aktiv fazada qalmaqda davam edir”.

Şəhla Cəlilzadə hesab edir ki, Ermənistan bunun baş vermədiyini Rusiyaya iqtisadi dividientlər qazandırmaqla sübut etməyə çalışır: “Ermənistanın Aİ üzvlüyünə dair ritorikası Avrasiya İqtisadi Birliyindən rəsmi olaraq çıxmadığı müddətçə sadəcə siyasi manevr olaraq dəyərləndirilməlidir. Bu üzvlük Gürcüstan və Türkiyənin Aİ üzvü olmadan və Rusiyanın ciddi şəkildə bölgədən uzaqlaşdırılması baş vermədən reallaşa bilməz”.

“Bütün bunlar nəzərə alınaraq ehtimal oluna bilər ki, 2025-ci il Azərbaycan üçün mühüm balanslaşdırıcı addımlarla yadda qalacaq. Bu fonda Qərblə, o cümlədən ABŞ-la münasibətlərin bərpası və inkişafı, yeni əməkdaşlıq sferalarının yaradılması üçün mühüm addımların atılması məqsədəuyğun hesab olunur”-deyə Şəhla Cəlilzadə əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Yanvar 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see184

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see153

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see130

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see129

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri