Icma.az
close
up
RU
Sabit və balanslı siyasət

Sabit və balanslı siyasət

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya İqtisadi Forumu 1971-ci ildə yaradılıb.Forum iqtisadi xarakter daşımasına baxmayaraq, dünya siyasətinə, beynəlxalq münasibətlərə də ciddi təsir göstərir vəbir çox məsələlərin müzakirəsinə, vacib qərarların qəbuluna əlverişli mühit yaradır. 1990-cı idən başlayaraq ölkəmiz Davos İqtisadi Forumunda iştirak etməyə başlayıb. İlk dəfə olaraq 1995-ci il yanvarın 27-31-də Prezident Heydər Əliyev bu forumda iştirak etmiş, respublikamız haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Sonrakı illərdə də bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilib.Dövlətimizin başçısı forum çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və müxtəlif mövzularda aktual müzakirələrə qatılıb.

Bu gün Davos İqtisadi Forumunda iştirak Azərbaycan üçün müntəzəm xarakter daşıyır. Cari ilin 20 yanvarında da Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib. “Ağıllı Əsr üçün Əməkdaşlıq” mövzusunda öz işinə başlayan və dörd gün davam edən Forumda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı iştirak edib.Forumun hər iclasına qatılan Prezident İlham Əliyevin çıxışları və Forum çərçivəsində bəzi xarici KİV-nə verdiyi müsahibələri böyük maraqla izlənilib. Dövlətimizin başçısı Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Fevralın 11-də efirə gedən bu müsahibə olduqca hərtərəfli xatakter daşıyır. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Çin münasibətlərinin inkişaf perspektivlərinə böyük dəyər verdiyimizi bir daha bildirib. 2024-cü ildə dövlət başçılarımızın imzaladıqları strateji tərəfdaşlıq haqqında sənəd ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açdı. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycanın Çin vətəndaşlarına birtərfəli şəkildə viza rejimini ləğv etməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına yol açacaq.

Çinlə əməkdaşlıq Azərbaycanın “Bir yol, bir kəmər” kimi qlobal layihələrdə daha fəal iştirak etməsinə şərait yaradır. Bu layihələr ölkəmizin regionda və dünyada nəqliyyat və ticarət marşrutlarında mərkəzi rol oynamasına imkan verir. Bundan əlavə, Çin ilə strateji əlaqələrin genişləndirilməsi Azərbaycanın texnoloji və infrastruktur inkişafında əhəmiyyətli rol oynayır.

Müsahibədə Prezident İlham Əliyev Azərbaycanla ABŞ arasında mövcud əlaqələrə də toxunub. Dövlət başçımız qeyd edib ki, Donald Trampın ABŞ-a rəhbərlik etdiyi vaxtlarda Azərbaycan-ABŞ əlaqələri çox uğurla inkişaf edib.Lakin son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimiz tamamilə korlanmışdı. Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmizin çox müsbət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.Müsahibəsində Prezident İlham Əliyev Avropa liderləri arasında Prezident Trampla bağlı ciddi qeyri-müəyyənlik, ciddi narahatlıq olduğunu qeyd edib. Səbəbi isə çox sadədir. Son 4 il ərzində, yəni cənab Trampın prezident olmadığı dövrdə onların bəzilərinin Donald Trampa qarşı necə münasibət göstərdiyi məlum idi. İndi artıq ABŞ tərəfindən ilk cavab tədbirləri görülür, Kanada və onun Baş nazirinə qarşı təhdidlər göz qabağındadır.“Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb”, – deyən dövlətimizin başçısı bunun onun fikri olduğunu, ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmədiyini vurğulayıb.

Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Bu məqsədə nail olmaq üçün ölkəmiz həm regionda, həm də qlobal miqyasda sabit və balanslı bir siyasət yürüdür. Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı, qlobal məsələlərdə təşəbbüskar mövqeyi və regional layihələri bu istiqamətdəatılmış mühüm addımlardır.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see982

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see453

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see355

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see274

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see263

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see262

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see253

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see241

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see231

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see211

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see205

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see198

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see196

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see195

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see194

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see191

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see188

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see184

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri