Icma.az
close
up
RU
Balanslı və prinsipial xarici siyasət xətti ŞƏRH

Balanslı və prinsipial xarici siyasət xətti ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasının aparıcı xəbər agentliyi olan “Vietnam News Agency”yə verdiyi ətraflı müsahibə bir sıra geosiyasi və iqtisadi məqamlarla yadda qaldı. Bu müsahibə yalnız Azərbaycan-Vyetnam münasibətlərinə deyil, eyni zamanda Azərbaycanın Asiya-Sakit okean regionuna dair xarici siyasət prioritetlərinə də aydınlıq gətirdi. Azərbaycanın son illərdə yürütdüyü müstəqil, balanslı və prinsipial xarici siyasət xətti, onu yalnız regionun deyil, bütövlükdə Avrasiya məkanının aparıcı dövlətlərindən birinə çevirib. Bu kontekstdə Vyetnamla münasibətlər xüsusi strateji çəkidədir.

Asiya–Sakit okean regionu XXI əsrin geosiyasi və iqtisadi mərkəzinə çevrilməkdədir. Cənab Prezident İlham Əliyev də müsahibəsində bu bölgənin artan əhəmiyyətinə toxunaraq Azərbaycan üçün Vyetnam kimi müstəqil, nüfuzlu ölkələrlə əməkdaşlığın prioritet olduğunu bildirmişdir. “Vyetnam bizim üçün dost və etibarlı tərəfdaşdır,” – deyə dövlət başçısı qeyd etmişdir. Azərbaycanın ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) ölkələri ilə münasibətləri inkişaf etdirməsi, təkcə iqtisadi maraqlardan deyil, həm də çoxqütblü dünyada siyasi tarazlıq yaratmaq strategiyasından irəli gəlir. Bu baxımdan Vyetnam, ASEAN daxilində nüfuzlu və tarixi partnyor kimi xüsusi yer tutur. Azərbaycan və Vyetnam arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq özəl vurğulanmalıdır. Xüsusilə, Qoşulmama Hərəkatı çərçivəsində iki ölkənin ortaq dəyərləri və prinsipial yanaşmaları onların beynəlxalq aləmdə bir-birini dəstəkləməsini təmin edir. Cənab Prezident İlham Əliyev müsahibədə bu əməkdaşlığa toxunaraq qeyd etmişdir: “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə bərabərlik, ədalət və beynəlxalq hüququn üstünlüyü prinsiplərini fəal şəkildə müdafiə etmişdir.” Vyetnam isə bu dəyərləri uzun illərdir öz diplomatiyasının əsas sütunu kimi qəbul edir. Məhz bu ortaq baxış, iki ölkənin dünya siyasətində daha sıx əməkdaşlıq etməsinə şərait yaradır. Azərbaycanın enerji resursları və bu sahədə formalaşmış sənaye infrastrukturu onu dünya miqyasında aparıcı enerji ixracatçısına çevirib. Cənab Prezidentin müsahibədə vurğuladığı kimi, Vyetnamla enerji sahəsində əməkdaşlıq uzunmüddətli perspektivlərə malikdir. 2019-cu ildə SOCAR və Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanan əməkdaşlıq müqaviləsi bu istiqamətdə konkret addım olub. Həmçinin, Azərbaycan mütəxəssislərinin hələ ötən əsrin ortalarında Vyetnamın neft sənayesinin inkişafında oynadığı rolu da unutmamaq lazımdır. Bu əməkdaşlıq yalnız neft hasilatı və emalı ilə məhdudlaşmır. Neft-kimya sənayesində yeni texnologiyaların tətbiqi, ekoloji təmiz enerji layihələri və “yaşıl enerji”nin təşviqi sahəsində birgə fəaliyyət imkanları genişlənir. Bu isə Azərbaycanın “yaşıl keçid” siyasətinə və Vyetnamın dayanıqlı inkişaf strategiyasına uyğun gəlir. Azərbaycanın Asiya-Sakit okean regionu ilə daha sıx inteqrasiya olunması üçün nəqliyyat-logistika infrastrukturu da mühüm əhəmiyyət daşıyır. Cənab Prezident Vyetnamla birbaşa hava nəqliyyatının yaradılmasını və turizmin inkişafını dəstəklədiyini qeyd edərək bildirmişdir: “Gələcəkdə Bakının Vyetnam şəhərləri ilə birbaşa hava əlaqəsi turizm və humanitar əlaqələrə güclü təkan verə bilər.” Hazırda Azərbaycan “Orta Dəhliz” adlandırılan Şərq-Qərb nəqliyyat marşrutunun əsas iştirakçılarından biridir. Bu dəhliz Çindən Avropaya, o cümlədən Vyetnam kimi Cənub-Şərqi Asiya ölkələrindən Avropaya yüklərin daşınması üçün alternativ və təhlükəsiz yol təqdim edir. Azərbaycan bu dəhlizdə logistika mərkəzi rolunu oynayaraq, nəqliyyat diplomatiyasını siyasi və iqtisadi təsir alətinə çevirmişdir. Azərbaycan-Vyetnam əməkdaşlığının sosial-humanitar aspektində təhsil sahəsi xüsusilə diqqət çəkir. Cənab Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycanda təhsil almış minlərlə vyetnamlı məzun bu gün öz ölkələrində nüfuzlu vəzifələrdə təmsil olunurlar. Bu, iki ölkə arasında etimadın və qarşılıqlı hörmətin bariz nümunəsidir. Yeni mərhələdə cənab Prezident vyetnamlı tələbələrin Azərbaycanda təhsil alması üçün dövlət proqramlarının mövcud olduğunu bildirib: “Biz vyetnamlı tələbələri Azərbaycanda görməyə şad olarıq. Onlar üçün təqaüd və qrant imkanları mövcuddur.” Bu təşəbbüs yalnız akademik əlaqələri gücləndirmir, həm də gələcəkdə elmi-tədqiqat, innovasiya və texnologiya sahəsində birgə layihələrin reallaşmasına zəmin yaradır. Azərbaycan və Vyetnam arasında münasibətlərin inkişafı, təkcə ikitərəfli səviyyədə deyil, həm də Avrasiya məkanında yeni geosiyasi dinamikaların formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq xalqlar arasında dostluq ruhuna əsaslanmaqla yanaşı, qarşılıqlı maraqlara, siyasi etibara və strateji baxışa söykənir. Cənab Prezident İlham Əliyevin verdiyi müsahibə göstərdi ki, Azərbaycan regional və qlobal səviyyədə sabitlik, sülh və tərəqqi yolunu tutaraq, dünya ilə qurduğu münasibətləri çoxölçülü strateji əsaslar üzərində qurmağa davam edir. Vyetnam bu baxımdan Azərbaycanın Asiyaya açılan mühüm tərəfdaş qapısıdır.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 May 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri