Icma.az
close
up
RU
Ermənistan Azərbaycanla sülh bağlamasa, təcrid olmaq riski ilə üz üzədir Macar analitik VİDEO FOTO

Ermənistan Azərbaycanla sülh bağlamasa, təcrid olmaq riski ilə üz üzədir Macar analitik VİDEO FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Baku Network" analitik mərkəzinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan əleyhinə Hibrid və ideoloji təhdidlərin təhlili" layihəsi üzrə növbəti onlayn görüş baş tutub.

Müzakirələrdə qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında uzun müddət gözlənilən danışıqlar müəyyən maneələrlə üzləşib. Ekspertlər ləngimənin əsas səbəblərdən biri kimi Ermənistanda daxili siyasi qeyri-sabitlik və konstitusiya ilə bağlı məhdudiyyətləri göstərir. Ermənistan tərəfi mütəmadi olaraq hazır olduğunu bəyan etsə də, sənədin imzalanaması hər dəfə ertələnir ki, bu da öz növbəsində Cənubi Qafqazda əldən çıxmış iqtisadi və geosiyasi imkanlarla bağlı həyəcan doğurur.

Aparıcı Elnur Ənvəroğlunun moderatorluğu ilə keçirilən telekörpüdə macar professor Laslo Vaşa "siyasi yubanma" prosesinə görə Ermənistanı sərt tənqid atəşinə tutub. Azərbaycan əleyhinə aparılan qərəzli siyasət, ölkəmizin haqq və ədalət işinə kölgə salmaq cəhdləri, əsassız hücumlar və digər məqamlar müzakirə olunub.

"Azərbaycan əsas məsələlərlə bağlı ardıcıl şəkildə tələblər irəli sürüb, - deyə Vaşa bildirib. - Ermənistan üçün sülh imzalamaq həm məntiqli, həm də sərfəli olardı, əks halda çox şey itirəcək".

Onun fikrincə, Azərbaycan və Türkiyə kimi regional oyunçular arasında yerləşən Ermənistanın manevr imkanları olduqca məhduddur. Üstəlik, Şərq-Qərb strateji nəqliyyat dəhlizi olan Orta Dəhliz onun ərazisindən yan keçdiyi üçün bu, təcrid olunmaq riskini artırır.

"Ermənistan konstitusiyasında əks olunan Qarabağ iddialarından əl çəkməlidir", - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, məhz bu müddəa sülhə əngəl olan əsas maneə olaraq qalmaqdadır. Vaşa xatırladıb ki, keçmişdə Macarıstan qonşuları ilə münasibətləri normallaşdırmaq üçün bənzər konstitusiya müddəalarını ləğv etmişdi.

"Əgər Ermənistan konstitusiyanı dəyişməsə, gələcəkdə istənilən yeni hakimiyyət sülh sazişini yenidən nəzərdən keçirə bilər, - deyə o əlavə edib. - Buna görə də Azərbaycanın konstitusiyaya düzəlişlər edilməsini tələb etməsi tam əsaslıdır".

Laslo Vaşa, həmçinin, Ermənistan diasporunun və müxalifətinin dağıdıcı roluna diqqət çəkib. Onun sözlərinə görə, məhz onlar sülh prosesini əngəlləyir: "Diaspora həm Ermənistanın daxili siyasətinə, həm də beynəlxalq əlaqələrinə ciddi təsir göstərir".

Ekspert Ermənistanın yenidən danışıqlara beynəlxalq vasitəçiləri cəlb etməyə çalışmasını da tənqid edib:

"Uzun illər vasitəçilikdən sonra, nəhayət, birbaşa danışıqlar başlayıb. İndi isə Ermənistan tərəfi yenidən köhnə modelə qayıtmaq istəyir - bu, təəssüf doğurur. Onlar özlərinə əmin deyillər, ona görə də qərbdəki müttəfiqlərinin güclü təsirə malik olduğu beynəlxalq strukturlar vasitəsilə dəstək axtarırlar".

Humanitar məqamlardan danışan Laslo Vaşa Avropa İttifaqını ikili standartlarda ittiham edib: "Onlar Azərbaycandakı ermənilərin hüquqlarından danışırlar, amma azərbaycanlıların geri qayıtmaq hüququnu görməzdən gəlirlər".

Bununla belə, ekspert ehtiyatlı nikbinlik nümayiş etdirib və Fransa ilə Almaniya arasındakı müharibədən sonrakı barış nümunəsini xatırladıb. Lakin o vurğulayıb ki, əgər Ermənistan mövqeyini dəyişməsə, Azərbaycan, Gürcüstan və Türkiyə kimi qonşuları irəlilədiyi halda, özü regional proseslərdən kənarda qala bilər.

"Orta Dəhliz region üçün "qızıl dövr"ün başlanğıcı ola bilər, - deyə o qeyd edib. - Amma əgər Ermənistan sülh imzalamasa, kənarda qalmaq riski ilə üzləşə bilər".

Onun sözlərinə görə, rəsmi İrəvan gec-tez sazişi imzalamağa məcbur olacaq. "Böyük oyunçulara sülh və riski olmayan sabit biznes lazımdır", - deyə Vaşa vurğulayıb.

"Ehtiyatlı nikbinliyimi qoruyuram, - deyə o yekunlaşdırıb. - Amma bəzi xarici qüvvələrin bölgədə gərginliyi saxlamaq üçün sabitliyi pozmağa çalışması riski var".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri