Ermənistan Azərbaycanla sülhə mane olan sənədin mətnini dəyişir
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Yeni Ermənistan konstitusiyasının mətni növbəti 6 ay ərzində hazır olacaq.
Modern.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Srbui Qalyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Konstitusiya mətninə son baxışı mart ayına planlaşdırılıb və müəyyən edilmiş son tarix yenidən nəzərdən keçirilməyəcək.
Əvvəllər müəyyən edilmiş son tarixlərdən yayınmayacağıq. O vaxta qədər mətn hazır olacaq və dərc edəcəyik.
Nazir, yeni Ermənistan konstitusiyasında idarəetmə formasında dəyişiklik nəzərdə tutulmadığını deyib. Ermənistan parlament respublikası olaraq qalacaq.
Srbuhi Qalyan həmçinin jurnalistlərə bildirib ki, konstitusiya referendumunun vaxtı hələ müəyyən edilməyib, lakin bu, iyun ayında keçiriləcək parlament seçkilərindən sonra baş tutacaq.
Xatırladaq ki, 1995-ci il iyulun 5-də qəbul edilmiş Ermənistan konstitusiyası sülhə ən böyük maneə sayılır. Belə ki, ali qanunun mətnində Azərbaycana ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad olunur. Azərbaycan dəfələrlə rəsmi İrəvana bu məsələ ilə bağlı konstitusiyasında dəyişiklik etməsinin vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 04 Fevral 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















