Icma.az
close
up
RU
Ermənistan Azərbaycanla tezliklə sülh sazişini imzalamaq fikrində deyil EKSPERT MÖVQE BİLDİRDİ

Ermənistan Azərbaycanla tezliklə sülh sazişini imzalamaq fikrində deyil EKSPERT MÖVQE BİLDİRDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Ermənistan Azərbaycanla tezliklə sülh sazişini imzalamaq fikrində deyil. Ermənistan daha çox sülh danışıqlarını uzatmaq, sülh sazişi üzərində diplomatiyanı və siyasi ritorikanı davam etdirmək fikrindədir. Bununla vaxt qazanmaq istəyir, yəni sülh sazişi ilə bağlı diplomatik fəaliyyəti və siyasi ritorikanı heç bir konkret nəticəyə gəlmədən uzatmaq Ermənistanın bu gün maraqları çərçivəsindədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, uzatmaq istədiyi vaxt ərzində Ermənistan bu gün həm Qərblə - Avropa ilə, NATO ilə və ayrı-ayrı Qərb ölkələri ilə siyasi inteqrasiyanı gücləndirməyi hədəfləyib. Eyni zamanda Ermənistan Qərbin müəyyən strukturlarının yerləşməsi, oturuşması üçün yeni addımlar atmaq fikrindədir: "Bununla bərabər Avropa Birliyinin bizim bölgəmizdə daha fəal bir oyunçuya çevrilməsini təmin etmək üçün yeni işlər görmək fikrindədir. Xüsusilə də Fransanın bölgəmizə yenidən siyasi nüfuz etməsi üçün müəyyən addımlar atmaq Ermənistanın planları çərçivəsindədir. Azərbaycanla normallaşma prosesinə beynəlxalq vasitəçiləri, xüsusilə də Avropa Birliyini daha fəal şəkildə cəlb etmək Ermənistanın planları içindədir. Paralel olaraq Ermənistan Rusiya ilə daha da artıq gərginliyə getmədən özünün iki əsas hədəfini həyata keçirmək istəyir. Birinci, Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və MDB-nin müəyyən strukturlarından mümkün qədər siyasi olaraq uzaqlaşmaqdır. İkincisi isə Rusiyanın siyasi-təhlükəsizlik orbitindən çıxıb Avropaya, NATO-ya qoşulana qədər Rusiyanın iqtisadi-ticarət imkanlarından mümkün qədər bəhrələnməkdir.

Yəni, Rusiyadan siyasi və təhlükəsizlik baxımından uzaqlaşmaq, amma iqtisadi və ticarət baxımından faydalanmaq Ermənistanın planları sırasındadır. Beləliklə, Ermənistan hazırkı şəraitdə zahirən qeyri-müəyyən siyasət aparan bir ölkə kimi görünsə də, əslində qeyri-müəyyənlik yoxdur. Ermənistanın hədəfləri məlumdur – həm Azərbaycanla, həm Qərblə, həm də Rusiya ilə bağlı hədəflər tam aydın şəkildə ortadadır. Ermənistan sülh sazişini tezliklə imzalamaq fikrində deyil. Vaxt qazanmaq və bu müddət ərzində həm Rusiyadan zərbə almamaq, həm iqtisadi ehtiyaclarını Rusiyanın hesabına qarşılamaq, həm də Avropa Birliyi və NATO ilə siyasi-təhlükəsizlik sahəsində yaxınlaşmaq əsas hədəfləridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 İyul 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri