Icma.az
close
up
RU
İran Azərbaycanla bağlı ehtiyatlı mövqe sərgiləyəcək Ekspert

İran Azərbaycanla bağlı ehtiyatlı mövqe sərgiləyəcək Ekspert

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"İranın Zəngəzur məsələsində mövqeyini yumşaltması mümkündür, lakin bu, yalnız onun digər bölgələrdə, xüsusilə də Suriyada və Körfəz regionunda, geosiyasi mənzərənin necə formalaşacağından asılı olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İranın hazırda düşdüyü durum fonunda onun Zəngəzur dəhlizi məsələsində mövqeyinin yumşala biləcəyi ehtimalını şərh edərkən deyib.

Həmsöhbətimiz İranın tam olaraq zəiflədiyini zənn etmir:

"İranın xarici siyasəti uzunmüddətli - geostrateji maraqlara əsaslandığı üçün Suriyada mövqelərini itirməsi onun bütövlükdə bölgədən çəkilməsinə səbəb olmayacaq. Tehran regionda nüfuzunu qorumaq üçün proksi qüvvələr və ideoloji bağlarla təsirini saxlayır. Bu baxımdan, İranın tam zəiflədiyini düşünmək real görünmür".


Digər tərəfdən, ekspertə görə, İranın xarici siyasətində Rusiya-ABŞ münasibətləri mühüm yer tutur. Bu mənada konfliktoloq düşünür ki, ehtimal edilən Moskva-Vaşinqton yaxınlaşması, eyni zamanda, İsrail-ABŞ əlaqələrinin dərinləşməsi, Tehranın Cənubi Qafqaz siyasətinə təsir edə bilər:

"İranın Azərbaycanla bağlı daha ehtiyatlı mövqe sərgiləməsi və Pezeşkianın Hikmət Hacıyevlə görüşməsi bu çərçivədə qiymətləndirilməlidir".

Zəngəzur dəhlizi məsələsində İranın mövqeyinin dəyişməsi isə, Azər Hüseynovun fikrincə, Tehranın geosiyasi təhdidləri necə qiymətləndirməsindən asılı olacaq:

"Əgər regional balans İran üçün daha sərfəli imkanlar yaradarsa, o zaman Tehran bu məsələdə daha praqmatik mövqe tuta bilər. Lakin İranın tarixi siyasətinə baxdıqda, bölgədə öz təsir imkanlarını qorumaq üçün müəyyən güzəştlər etsə də, strateji hədəflərindən tam geri çəkilməsi ehtimalı zəifdir. Nəticə etibarilə, İranın Zəngəzur məsələsində mövqeyini yumşaltması mümkündür, lakin bu, yalnız onun digər bölgələrdə - xüsusilə də Suriyada və Körfəz regionunda -  geosiyasi mənzərənin necə formalaşacağından asılı olacaq. Yeni reallıqlara uyğun taktiki düzəlişlər ola bilər".

Qeyd edək ki, Fransanın "Radio France Internationale” radiosu İranın artıq Zəngəzur dəhlizinə qarşı çıxmayacağını bildirib.  Radio mənbəyə istinadən vurğulayır ki, Suriya və Livandakı uğursuzluqları fonunda İranın çətin durumla üzləşməsi Tehranın artıq Zəngəzur dəhlizilə bağlı mövqeyinə də təsir göstərib.

Materialda qeyd olunur ki, regional uğursuzluqlar və artan təzyiqlər fonunda İran yanvardan mövqeyini yumşaltmağa başlayıb: "Yüksək səviyyəli bir iranlı diplomat söyləyib ki, Zəngəzur dəhlizinə qarşı çıxmaq artıq prioritet deyil".

Xatırladaq ki, Zəngəzur dəhlizi məsələsi meydana çıxandan Tehran ona qarşı çıxış edir. İran bu dəhlizin açılmasına özünün "qırmızı xətti” kimi baxır. 

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri