Icma.az
close
up
RU
“Ermənistan Bakıda keçiriləcək 3+3 görüşündən yayınır”

“Ermənistan Bakıda keçiriləcək 3+3 görüşündən yayınır”

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“3+3 formatı Azərbaycan tərəfindən region dövlətləri arasında inteqrasiyanı, siyasi-iqtisadi əməkdaşlığı və mədəni əlaqələrin genişlənməsini hədəfləyən təşəbbüsdür. Bu günə qədər bu format çərçivəsində bir neçə iclas keçirilib və proses ümumilikdə regional təhlükəsizliyə müsbət təsir göstərib. Hazırda Azərbaycan–Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çox yaxın olduğumuz bir vaxtda toplantının Bakıda və ya İrəvanda keçirilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsi xüsusilə əhəmiyyətlidir. Bu addım Bakı–İrəvan münasibətlərini yaxınlaşdıra biləcək mühüm bir siyasi jest ola bilər.”

Bunu politoloq Şakir Ağayev Xalqcəbhəsi.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın xarici işlər nazirinin Bakıya səfəri zamanı Tehran görüşün Bakıda keçirilməsinə açıq dəstək göstərib, həmçinin Rusiya, Türkiyə və Azərbaycan da bu seçimin tərəfdarıdır :“Görünən odur ki, region ölkələrinin əksəriyyəti iclasın məhz Bakıda baş tutmasında maraqlıdır. Lakin Ceyhun Bayramovun son açıqlamasından aydın oldu ki, Ermənistan Bakıda təşkil olunacaq toplantıda iştirak etmək istəmir. Rəsmi İrəvan ümumi bəyanatlarında əməkdaşlığa hazır olduğunu desə də, praktik addımlara keçəndə yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. İclasların növbəli şəkildə həm Bakıda, həm də İrəvanda keçirilməsi əməkdaşlığın daha səmərəli davam etməsinə şərait yarada bilər.Əgər bu görüşlər ardıcıllıqla iki paytaxtda təşkil olunsa, bu, regionda etimadı artırar, Ermənistan–Azərbaycan münasibətlərini normallaşdırar və sülh müqaviləsinin imzalanmasını sürətləndirər. Ümumilikdə, 3+3 formatı regional dövlətlərin daha ciddi əməkdaşlığına və Cənubi Qafqazda dayanıqlı təhlükəsizliyin formalaşmasına böyük töhfə verə bilər”.

Günel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Dekabr 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri