Lavrov: “3+3” formatında görüşlər Bakıda keçirilsin
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “3+3” formatında xarici işlər nazirlərinin görüşlərinin Bakı və İrəvanda keçirilməsini təklif edib.
Modern.az xəbər verir ki, Lavrov bu barədə Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Moskva görüşlərin keçirilmə ardıcıllığı ilə bağlı Azərbaycan və Ermənistan arasında razılığın əldə olunmasını gözləyir.
Rusiya XİN rəhbəri vurğulayıb ki, Moskva Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılmış “3+3” formatını fəal şəkildə dəstəkləyir.
Lavrov həmçinin bildirib ki, Rusiya hələlik TRIPP layihəsində iştirakla bağlı rəsmi müraciət almayıb. Bununla belə, maraqlı tərəflər Rusiyanın imkanlarından və layihədə iştirak etməyə hazır olduğundan xəbərdardırlar.
Nazir Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) ümumavrasiya istiqamətində inkişafını təşkilatın təbii inkişaf yolu adlandırıb.
O, tərəfdaşları Avrasiyada çoxqütblülüklə bağlı sənədin hazırlanmasına qoşulmağa dəvət edib.
Lavrov, eyni zamanda, Azərbaycana AQEM-ə sədrliyi dövründə uğurlar arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 15 Oktyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















