Icma.az
close
up
RU
Ermənistan bu gün də dünyanın bir nömrəli “terror ixracatçısıdır“

Ermənistan bu gün də dünyanın bir nömrəli “terror ixracatçısıdır“

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, Ruben Vardanyan Azərbaycanın xaricdəki diplomatlarına qarşı “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsündə ittiham olunur. Bakıda keçirilən məhkəmə prosesində məlum olub ki, Ruben Vardanyan  şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.

Xatırladaq ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndələrinə qarşı terror aktlarının təşkili Ermənistan üçün yeni məsələ deyil. Ermənistan, eləcə də bir çox  erməni diaspor təşkilatları bugünə qədər xarici ölkələrdəki Azərbaycan və Türkiyə diplomatlarına qarşı çoxsaylı terror aktları törədib, onlarla diplomatımızı qətlə yetiriblər. Bu baxımdan Ruben Vardanyanın köhnə ənənəni yeni adla - “Nemezis-2” şəklində gündəmə gətirməsi təəccüblü deyil.

Ruben vardanyanla bağlı keçirilən məhkəmə prosesi göstərdi ki, vaxtiylə Qarabağ və ətraf rayonları işğal edərək Cənubi Qafqazda terror rüzgarı əsdirən Ermənistan, dünən olduğu kimi bu gün də dünyanın bir nömrəli “terror ixracatçısıdır”. Terroru öz məkirli məqsədlərinə çatmaqda əsas vasitə hesab edən Ermənistan, Ruben Vardanyanın timsalında nə qədər qorxunc və təhlükəli olduğunu bir kəs daha nümayiş etdirməkdədir. Məhkəmə prosesi göstərir ki, erməni terrorunun miqyası sərhəd tanımır və dünyanın istisnasız olaraq hər bir bölgəsini əhatə edir. Başqa sözlə desək, erməni terroru sərhədsiz, miqyassızdır.

Bu isə o deməkdir ki, bütün dünya erməni terroruna qarşı mübarizədə aktiv olmalı, Azərbaycanın bu terrora qarşı mübarizəsini dəstəkləməlidir. Əks təqdirdə, yalnız azərbaycanlıları deyil, dünyamızdakı heç kəsi erməni terrorundan sığortalamaq mümkün olmayacaq.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri