Icma.az
close
up
RU
Ermənistan Azərbaycanda ekoloji terror da törədib

Ermənistan Azərbaycanda ekoloji terror da törədib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti ilə yanaşı, həm də ekoloji terror həyata keçirib. O, bioloji müxtəlifliyə, flora və faunaya, xüsusi mühafizə olunan təbiət qoruqlarına, yasaqlıqlara ciddi ziyan vurub. Geniş ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilib. 

Ümumilikdə, yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində Qarabağ və Şərqi Zəngəzurda ekoloji tarazlıq pozulub və regionun ekosisteminə qarşı, beynəlxalq ekoloji cinayət törədilib. Bununla da Ermənistan qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT Konvensiyasını pozub. 

Bundan başqa, Vətən müharibəsinin bitməsindən 5 il keçməsinə baxmayaraq, hələ də Ermənistanın mina terroru davam edir, günahsız mülki şəxslər həyatlarını itirir və ya şikəst olurlar. Ən təhlükəli hal, bu minaların sistemsiz şəkildə basdırılmasıdır. Yəni döyüş şəraitində və ya müxtəlif dəstələr tərəfindən sistemsiz, dağınıq basdırılmış minalar var. Ümumiyyətlə, haylar torpaqlarımızda 1,5 milyondan çox mina basdırıblar. Ölkə ərazisinin 12 faizi minalarla və partlamamamış sürsartlarla çirklənib. Beləliklə, Ermənistan Azərbaycana qarşı həm ekoloji, həm də müharibə cinayətləri törədib. 

Bunların fonunda, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Biomüxtəliflik Günü (22 may) ərəfəsində ekosistemin qorunması ilə bağlı danışması gülünc görünür. O, utanmadan ölkəsini ətraf mühitin qoruyucusu kimi təqdim etməyə çalışıb. Bildirib ki, Ermənistan biomüxtəlifliyin qorunması, təbii sərvətlərdən səmərəli şəkildə istifadə edilməsi və bölüşdürülməsi üzrə qlobal səylərin təməl daşı olan BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının, onun protokollarının, eləcə də Kunminq–Monreal Qlobal Bioloji Müxtəliflik Çərçivəsinin mühüm rolunu yüksək qiymətləndirir.

Bundan əlavə, o qeyd edib ki, Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına (COP17) ev sahibliyi edən ölkə və sədr kimi qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verməyə çalışır. 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal illərində on minlərlə hektar meşə sahəsi (təkcə Kəlbəcər, Laçın, Zəngilan və Şuşa rayonlarında – 60 min hektardan çox meşə) məhv edilib. Biomüxtəlifliyin itirilməsi, eroziya proseslərinin pisləşməsi sürüşmə riskinin artırıb. 

Azərbaycan Texniki Universitetinin dosenti, ekoloq Nəcibə Şirinova bu barədə bildirdi ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində 260,3 min hektar meşə fondu sahəsi olub: “Həmin ərazilərin 228 min hektarı meşə ilə örtülü idi. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi həmin ərazilərdə bir çox bitki növlərinin məhvinə səbəb olub. Məsələn, 2012–2016-cı illərdə Qarabağda meşələrin qırılması faktı Ermənistandakı göstəricidən 2,3 dəfə çox olub. 2014–2018-ci illərdə bölgədə 404 min 800 kubmetr meşə qırılıb. Həmin dövrdə bu göstərici Ermənistanda 175 min 300 kubmetr təşkil edib.  Təkcə 2017-ci ildə Qarabağda 102 min 488 kubmetr meşə doğranıb. 

Beləliklə, işğal altında olan ərazilərdəki 260,3 min hektar yaşıl örtüyün 60 min hektarı 30 illik işğal dövründə yer üzündən silinib. Bu müddət ərzində qiymətli ağac növləri – qoz, palıd, Eldar şamı, xurma və xüsusi mühafizə altında olan digər ağaclar oduncaq tədarükü üçün qırılıb, mebel, çəllək və tüfəng qundağı istehsalı üçün Ermənistana aparılıb.

Qədim tarixə malik Topxana meşəsi də ciddi dəyişikliyə uğrayıb. İşğaldan öncə meşə palıd, fıstıq, çinar, qarağac və s. kimi bitkilərlə zəngin idi. Onlardan yalnız mebel sənayesində deyil, həm də yanacaq kimi istifadə olunub. Bu məqsədlə Haça Yal adlanan meşə sahəsindən ermənilər 2 minə yaxın palıd ağacını kəsərək Xankəndiyə aparıb, mebel istehsalında istifadə ediblər. Xəlifəli, Qaybalı və Daşaltı kəndlərinin ərazilərində olan meşələr də eyni vandalizmin qurbanı olub. Şuşa şəhərinin özündə də müxtəlif növ iri diametrli ağaclar kəsilib”. 

Meşələrin qırılması, kol-kosların yandırılması nəticəsində “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na düşmüş müxtəlif sayda turac, qırqovul və digər quşlar məhv edilib.

Meşələrimiz həm də qeyri-qanuni hasilat səbəbindən də qırılıb. Xatırladaq ki, Ağdərə rayonunun Gülyataq, Canyataq və Aşağı Orataq kəndlərində yerləşən “Qızılbulaq” qızıl-mis yataqlarının yerləşdiyi ərazi Azərbaycanın ən perspektivli mədən ərazilərindən biridir. 1990-cı illərə qədər bu bölgədə geoloji-kəşfiyyat və qazıntı işləri birbaşa Azərbaycanın Geoloji Xidmət qurumları tərəfindən həyata keçirilib. Ermənistan Qarabağı işğal etdikdən sonra “Qızılbulaq” da daxil olmaqla, “Mehmanə”, “Heyvalı” yataqlarının istismarı, rəhbəri erməni Vartan Sirmakes olan “Vallex Group” tərəfindən həyata keçirilib.

Yüzlərlə hektarlıq ərazidə meşələr məhv olunub. “Dəmirli” dağ-mədən kompleksinin tikintisi zamanı 82 hektara yaxın meşə örtüyü sıradan çıxarılıb. Nəticədə, ətraf mühitə böyük ziyan dəyib, çaylar və yeraltı sular ağır metallarla çirklənib. Uzun illər bu ərazidə həm də yanğınlar təşkil edilib, su hövzələri kimyəvi çirklənməyə məruz qalıb.

“Vallex Group” QSC və onunla bağlı şirkətlər isə Qarabağın sərvətlərini talayaraq yüz milyonlarla dollar dəyərində valyuta qazanıblar. Onlar gəlirlərinin bir hissəsini Xankəndidəki cinayətkar rejimin büdcəsinə ödəyib, Serj Sarkisyana rüşvət veriblər, sonra İrəvan hökumətinə maliyyə ayırıblar. Bütün bu pulların mənbəyi isə Azərbaycanın talanan təbii sərvətləri olub.

Hayların ekoloji cinayətləri bununla bitmir. Onlar su ehtiyatlarımızı da daim çirkləndiriblər. Azərbaycanda əhalinin şirin su ehtiyatları əsasən Kür və Araz çaylarının hesabına ödənilir. Hər iki çay öz mənbəyini Türkiyədən götürür və Xəzər dənizinə tökülür. Onlara Ermənistan ərazisindən müxtəlif çayların suları daxil olur. Nəticədə çay suları xeyli miqdarda sənaye və məişət tullantıları ilə çirklənir. İllərlə davam edən bu proseslər nəticəsində Kür və Araz çaylarının sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla çirklənməyə məruz qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq Departamentinin məlumatına əsasən Meğri, Qaçaran, Qafan və Dəstəkert dağ-mədən kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları və başqa tullantıları Arazın qolu olan Oxçuçaya axıdılır. Suda mis, molibden, kadmium və arsen kimi ağır metalların miqdarı icazə verilən maksimum həddən dəfələrlə çox olub. Çirklənmiş çay isə Araza qovuşur. 

Araz çayı boyu yerləşən kəndlərin əhalisinin istifadə etdikləri yeganə su mənbəyi isə bu çayın və artezian quyularının sularından ibarətdir. Ətraf mühitin təbii və antropogen çirklənmələrinin artması son nəticədə bu ərazidə canlı orqanizmlərin genofonduna öz mənfi təsirini göstərib. 

Onu da qeyd edək ki, Azərbaycan dəfələrlə beynəlxalq məkanlarda regionun ekoloji təhlükəsizliyi məsələsini qaldırıb. Xüsusilə, 2021-ci ildə Azərbaycan tərəfi BMT-nin Ekologiya Komitəsinin iclasında Oxçuçayanın çirklənməsinə dair sübutları təqdim edib. 

Sonda qeyd edək ki, 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub. İşğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı, həmin ərazilərə həyatın və qanunçuluğun qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olub. 

Pünhan ƏFƏNDİYEV 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Öskürəndə başınız ağrıyır: səbəbi nədir, necə yüngülləşdirmək olar?

28 Sentyabr 2026 10:51see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri