Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Rusiya geri çəkilməli olacaq: Rəsmi üzr və kompensasiya Azərbaycanın haqqıdır

Rusiya geri çəkilməli olacaq: Rəsmi üzr və kompensasiya Azərbaycanın haqqıdır

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Hava Yollarına məxsus “Embraer-190” sərnişin təyyarəsinin Çeçenistanın paytaxtı Qroznı səmasında vurulmasından 1 il ötür. 

Azərbaycan dövləti və xalqı, eyni zamanda beynəlxalq ictimaiyyət 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında 38 nəfərin ölümü, 29 nəfərin isə yaralanması ilə nəticələnən faciəli qəzaya obyektiv hüquqi qiymət veriləcəyini gözləyir. 

Çünki bu, adi texniki qəza olmayıb və sərnişin təyyarəsinə atəş açılıb. Zədələnən hava gəmisi isə sonra qəzalı vəziyyətdə Rusiya ərazisindən çıxarılaraq Qazaxıstanın Aktau limanına yönləndirilib. 

Bakıdan Qroznıya uçan təyyarənin vurulmasına görə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə sistemini idarə edən hərbçilər  məsuliyyət daşıyır. Çox keçmədən onların adları də məlum oldu. Qısa müddətdə aydın oldu ki, təyyarəyə atəş açmaq əmrini Hava Hücumundan Müdafiə 4-cü qvardiya ordusunun 51-ci hava hücumundan müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilo verib. 

Təyyarəyə atəş açan döyüş ekipajına isə kapitan Dmitri Paladçuk rəhbərlik edib. Əmrin verilməsi və yerinə yetirlməsini əks etdirən videogörüntülərdən aydın olur ki, hərbçilər Qroznının hava məkanına daxil olan obyektin dron deyil, sərnişin təyyarəsi olduğunu bilib. Buna baxmayaraq, mülki təyyarəyə “Pansir-S” HHM sistemindən atəş açılıb. 

Azərbaycan tərəfi sözügedən faktları dəfələrlə Rusiyaya təqdim etsə də rəsmi Moskva hələ də bunu görməzdən gəlir. “Azadlıq” radiosunun Qazaxıstan xidməti qəzanın ildönümü ilə bağlı məqaləsində təyyarənin vurulduğunu təsdiq edən dəlilləri bir daha qeyd edib. 

Qəza zamanı yaralanmış 71 yaşlı Nurulla Siracov Bakıdan havaya qalxdıqdan təxminən 40 dəqiqə sonra təyyarənin yaxınlığında iki güclü partlayış baş verdiyini deyib. “Güclü gurultu qopdu və təyyarə havada yelləndi, sərnişinlər qorxaraq qışqırmağa başladılar. Ayağım sanki zədə almışam kimi çox ağrımağa başladı. Əllərimlə ayağıma toxundum, amma heç nə yox idi.   İnsanlar ayağa qalxdı, qadınlar ağladı. Stüardessalar onları sakitləşdirdilər: 

“Yaxşı, yerlərinizə qayıdın”.Hamı oturdu və bu dəfə yenə zərbə oldu. Bu, birincidən daha güclü idi. Məndən bir neçə metr aralıda təyyarədə bir dəlik gördüm və hava “xış-xış” səslə içəri dolmağa başladı. Təyyarə sanki ipdən asılı qalmış kimi sola-sağa, yuxarı-aşağı yellənirdi. İnsanlar qışqırırdılar. 

Bir qız “ayağım, ayağım” deyə ağlayırdı. Kəndimizdən olan başqa bir kişi isə “böyrəklərim” deyə qışqırırdı. Qəlpədən, yoxsa başqa bir şeydən yaralanmışdı, bilmirəm. Təyyarənin arxa oturacağında oturmuşdum, onun qışqırığını eşitdim, amma onu görə bilmirdim”,-Siracov bildirib. 

Sonradan beynəlxalqa ekspertlər qrupunun apardığı araşdırmalar zamanı “Pansir-S” raketinin buraxdığı qəlpələrin AZAL-a məxsus təyyarənin gövdəsində, quyruq hissəsində dəliklər açdığı isbat olundu. Hətta təyyarənin salonuna daxil olan qəlpələr  bir neçə sərnişini və təyyarə bələdçisini yaralamışdı. 

Nəticədə, nasaz vəziyyətə düşən təyyarə idarəetmədən çıxaraq qəzaya uğrayıb. Rusiyalı hərbçilərin cinayəti bununla yekunlaşmayıb. Ukrayna dronlarına qarşı “xalça” əməliyyatının keçirilməsi barədə nəinki Qroznı hava məkanı bağlanmayıb, hətta bu barədə Azərbaycan təyyarəsinin pilotları məlumatlandırılmayıb. 

Vurulduqdan sonra qəzalı vəziyyətə düşən təyyarəyə eniş etmək üçün məsafəcə daha yaxın olan Mineralnı-Vodı, Vladiqafqaz, Mahaç Qala, Beslan hava limanlarının birinə yönəldilməyib. Hava gəmisi bilərəkdən Rusiya hava məkanından çıxarılıb və Aktau hava limanına göndərilib. 

Yalnız pilotların peşəkarlığı sayəsində təyyarəni 90 dəqiqəyə yaxın havada saxlamaq, sonra çətinliklə də olsa Aktau yaxınlığındakı boş əraziyə  eniş etmək mümkün olub. Pilotlar öz həyatını qurban vermək hesabına 29 nəfərin sağ qalmasına nail olublar. 

Baş vermiş faciədən bir il ötməsinə baxmayaraq, Rusiya hələ də bu cinayətə yol vermiş hərbçiləri məsuliyyətə cəlb etməyib. Üstəlik, Rusiya rəhbərliyi indiyə qədər təyyarənin vurulmasına görə rəsmən üzr istəməkdən və dəymiş ziyanla bağlı kompensasiya ödəməkdən yayınır. 

Rəsmi Moskva bununla yol verdiyi cinayəti gizlətməyə çalışır. Çünki Rusiya sərnişin təyyarəsinə atəş açaraq çoxsaylı insan tələfatına səbəb olan hərəkətə yol verməklə  “Mülki Aviasiya haqqında” 1944-cü il Çikaqo Konvensiyasını və “Beynəlxalq Hava daşımaları üçün müəyyən qaydaların unifikasiyası haqqında” 1999-cu il Monreal Konvensiyalarının tələblərindən yaranan öhdəlikləri pozub. 

"Mülki Aviasiya haqqında Konvensiya"ya görə, razılığa gələn  hər bir dövlət uçuş zamanı mülki hava gəmilərinə qarşı silahdan istifadə etməkdən çəkinməli və ələ keçirildiyi halda, təyyarənin göyərtəsində olan şəxslərin həyatına, onların təhlükəsizliyinə təhlükə yaranmamalıdır. 

Bununla da Rusiya BMT Nizamnaməsini də pozmuş olub. Rusiya  Beynəlxalq Mülki Aviasiya Təşkilatının tövsiyələrinə uyğun olaraq qəzanın halları ilə bağlı araşdırma aparılmasına mane olmağa çalışıb. 

Təyyarənin guya quş sürüsü ilə toqquşması barədə Rusiyanın yaydığı dezinformasiya cinayətin əsl səbəblərini ört-basdır etmək məqsədi daşıyırdı. Lakin Rusiya tərəfinin səyləri nəticə vermədi.  2026-cı ilin yanvar ayında beynəlxalq komissiya qəzanın səbəbləri ilə bağlı yekun rəyini açıqlayacaq. Çox güman ki, komissiya obyektiv mövqe tutacaq. 

Çünki Rusiyanın mövqeyi ilə nə Azərbaycan, nə Qazaxıstan, nə də Braziliya tərəfi razılaşa bilər. Qazaxıstan tərəfi ilk gündən obyektiv yanaşma nümayiş etdirib və təyyarənin vurulması faktını etiraf edib. Eləcə də Braziliya tərəfinin reallığı danması “Embraer” şirkətinin beynəlxalq nüfuzuna zərbə vura bilər. 

Ona görə də Rusiya yaxın vaxtlarda fakt qarşısında qalacaq. Bu isə Rusiyanın hava məkanının təhlükəsiz olmadığına dair qənaəti möhkəmlədəcək. Beləliklə, başqa dövlətlərin mülki aviasiya sahəsində Rusiya ilə əməkdaşlıq sahəsində imzaladıqları razılaşmalara etimad azala bilər.

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: Rusiya Azərbaycan “Embraer-190”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see221

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see204

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see191

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see191

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see182

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see178

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see162

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see160

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see154

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see154

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see148

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see147

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see145

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see144

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see144

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see143

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see142

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri