Icma.az
close
up
RU
Ermənistan daha bir iddiasından imtina edir Paşinyandan SENSASİON BƏYANAT

Ermənistan daha bir iddiasından imtina edir Paşinyandan SENSASİON BƏYANAT

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avqustun 28-də Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bir sıra açıqlamaları ilə diqqət çəkib. Onun maraq doğuran açıqlamalarından biri də saxta “erməni soyqırımı” ilə bağlı olub.
Nikol Paşinyan deyib ki, İsrail Baş naziri Benyamin Netanyahunun “soyqırımı” ilə bağlı bəyanatının Ermənistana, onun xalqına və ya respublikanın milli maraqlarına heç bir aidiyyəti yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:
Verdyan: “Konstitusiya dəyişikliyi parlament seçkilərindən əvvəl olmalıdır” –ÖZƏL


“Erməni soyqırımı”nın tanınmasının reallığımız və xalqımızın maraqları ilə heç bir əlaqəsi olmayanların əlində geosiyasi alver predmetinə çevrilməsini istəyib-istəmədiyimizi anlamalıyıq”.
Paşinyan özünün də bunu istəmədiyini deyib və vətəndaşları Ermənistan dövlətinin maraqlarına diqqət yetirməyə çağırıb.
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu müsahibəsində Osmanlı imperiyası tərəfindən ermənilərə qarşı törədilən “qırğınları” şəxsən “soyqırım” kimi tanıdığını demişdi.
Paşinyanın bu fikirlərə cavabı isə Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. Hətta bir çoxları bu fikirlərə görə onu sərt tənqid ediblər. Baxmayaraq ki, erməni baş nazir həqiqəti söyləyib.
Ermənistan 35 ildə nələr itirib?
Bu günün reallığından çıxış etsək “erməni soyqırımı” kampaniyası Ermənistan dövlətinin ancaq əleyhinə işləyir.
Birincisi ona görə ki, belə bir fakt olmayıb. Bu sadəcə qlobal güclərin məqsədli şəkildə ortaya atdıqları bir layihədir. Olmayan bir məsələ haqqında onillər boyu danışmaqsa, ancaq axmaqlıqdır.
İkincisi bu kampaniya Ermənistanı bir növ dünyadan təcrid edir. 35 ildir ki, bu sərsəm iddialara görə Türkiyə sərhədləri Ermənistanın üzünə bağlanıb. Halbuki, ermənilərin Avropaya və bəlkə də dünyaya ən yaxşı çıxış qapısı Türkiyə üzərindəndir. Bəlli səbəblərdən 35 ildir ki, bu qapı ermənilər üçün bağlıdır. Nəticədə ötən hər ildə Ermənistan dövləti və erməni xalqı 100 milyonlarla dollar gəlirdən məhrum olur.  
Üçüncüsü, bu kampaniya erməniləri daha bir qonşu dövlətlə - Azərbaycanla düşmən edib. Bu düşmənçiliksə 30 ilə yaxın davam edən bir müharibəyə səbəb olub. Halbuki zamanında erməni xalqının və bu respublikanın gəlirlərinin xeyli hissəsi Azərbaycanla iqtisadi əlaqələrdən formalaşırdı. Bu gün də davam etdirilən yanlış siyasət Ermənistanı böyük iqtisadi dividendlərdən məhrum edir.
“Soyqırımı” kimlərin əlində alətdir?
Təbii ki, “erməni soyqırımı” kampaniyası siyasi məqsədlər üçün ortaya atılıb. Kampaniya müəllifləri isə Rusiya, Fransa və digər ölkələrdir. Bu dövlətlər Birinci Dünya Müharibəsindən sonra Osmanlı İmperiyasını parçalamaq üçün bir sıra tələblər irəli sürdülər. Bu tələblərdən biri də indiki Türkiyə ərazisində erməni dövlətinin yaradılması idi. Lakin Cümhuriyyətin qurulması və Mustafa Kamal Atatürkün qətiyyəti hesabına bu sərsəm tələb rədd edildi.

Bundan sonra həm Rusiya, həm də Fransa tərəfindən “erməni soyqırımı” məsələsi ortaya atıldı. Bu iddianın əsas hədəfi Türkiyəni daim təzyiq altında saxlamaq və yeri gəldikcə onu müəyyən güzəştlərə məcbur etmək idi. Bu məqsədlə erməni diasporunun imkanlarından da yetərincə istifadə edilib. Çoxlu kitablar yazılıb, filmlər çəkilib. Hətta bəzi ölkələrin parlamentində bu “soyqırımı” tanınıb.


Ötən dövr ərzində “soyqırımı”nın sübutunu Türkiyə davamlı şəkildə tələb edib. Lakin Fransa hökuməti hər dəfə əllərindəki “faktları” Türkiyəyə verməkdən imtina edib. Üstəlik bu “faktlar” sivilizasiyadan da “gizlədilib”. Rəsmi Moskva isə həm sovetlər, həm də sonrakı dövrdə “soyqırımı” məsələsindən Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə edib. Lakin ötən 110 ildə ruslar da ortaya hər hansı bir fakt  qoymayıb.
Beləcə həm Fransa, həm də Rusiya ermənilərdən bir alət kimi faydalanıblar.
Qlobal güclər erməni millətçilərindən təkcə Türk dünyasına qarşı yox, bütövlükdə bəşəriyyətə qarşı istifadə ediblər. Bunun üçün də sərsəm və cəfəng “Dənizdən dənizə Böyük Ermənistan”  ideyası ortaya atılıb. Həm Rusiyada, həm də Fransada bu “dövlət”in xəritələri tirajlanıb. Erməni millətçilərini “Böyük Ermənistan” üçün bir çox dövlətlərə qarşı müharibəyə təşviq ediblər.
Çox təəssüf ki, qlobal güclər bir çox məqamlarda öz istəklərinə çatıblar. Bunun ən bariz nümunəsi Azərbaycana qarşı 35 il davam etmiş müharibədir. Hər kəs bilir ki, erməniləri Azərbaycanla münaqişəyə ruslar təhrik edib. Və bu yolda onlara hər cür yardım göstərilib. Hətta Qarabağdakı rusların 366-cı mototatıcı alayı torpaqlarımızın işğalında və xalqımıza qarşı törədilən soyqırımında xüsusi fəallıq göstərib.
Artıq zaman dəyişir.
Erməni cəmiyyətində müəyyən dairələr dərk edir ki, başqaların əlində alət olan, müstəqil siyasəti və mövqeyi olmayan dövlət hər zaman məğlubiyyətə məhkumdur. Ona görə də son zamanlar bəzi ermənilər sərsəm “Böyük Ermənistan” və “erməni soyqırımı” ideyasından imtina edir.
 

Onlardan biri də erməni baş nazir Nikol Paşinyandır. O haqlı olaraq bəyan edir ki, “soyqırımı” ilə bağlı bəyanatların erməni xalqının və ya respublikanın milli maraqlarına heç bir aidiyyəti yoxdur.


Ümumiyyətlə Paşinyanın son bəyanatları Ermənistanın təkcə Azərbaycanla deyil, həm də Türkiyə ilə münasibətlərdə yeni imkanların açılacağına ümid yaradır. Eləcə də o erməni xalqını ultramillətçilərinin son 100 ildə ortaya atdıqları sərsəm iddialardan qurtarmağa çalışır.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Avqust 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri