Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Ermənistan daha iki tələbimizi yerinə yetirməlidir

Ermənistan daha iki tələbimizi yerinə yetirməlidir

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Axar.az Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Teleqraf-a müsahibəsini təqdim edir:

- Ermənistanın silahlandırılması davam edir. Sülh danışıqlarının getdiyi bir dövrdə bu prosesi necə qiymətləndirirsiniz?

- Məsələ Azərbaycan hökuməti tərəfindən davamlı olaraq, Ermənistan, eyni zamanda Avropa Birliyi, digər dövlətlərin hökumətləri qarşısında və beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır. Təbii ki, Vətən müharibəsindən sonra Ermənistan tərəfindən kifayət qədər sürətlə silahlanma siyasətinin aparılması bölgə üçün ciddi risk yaradır. Eyni zamanda, bu gün şərti sərhəddə mövcud olan və artıq iki ildir fəaliyyət göstərən, özünü Avropa İttifaqının mülki missiyası kimi təqdim edən, amma faktiki olaraq, kəşfiyyat fəaliyyəti ilə məşğul olan missiyanın fəaliyyətini bölgədə sabitlik və sülhə ciddi risk yaratması ilə bağlı mövqeyimizi davamlı olaraq çatdırmışıq.

Hesab edirik ki, bu gün biz artıq sülh sazişinin mətnini razılaşdırıb, bölgədə sülhün qurulmasından danışırıqsa, təbii ki, həm birinci, həm də ikinci faktorun aradan qaldırılması vacib şərtdir, yalnız bu halda bölgədə davamlı sülhün bərqərar olunmasından danışa bilərik. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında artıq iki ilə yaxındır normallaşma ilə bağlı müzakirələr gedir. Sülh sazişi mətninin son iki bənd qalmışdı. Həmin bəndlərdən biri məhz şərti sərhəddə - gələcəkdə artıq delimitasiya və demarkasiya ediləcək sərhəddə üçüncü qüvvələrin mövcud olmaması şərtidir.

Artıq Ermənistan bir neçə gün əvvəl o şərti də qəbul edib. Ona görə hesab edirik ki, istiqamət olaraq düzgün yöndə gedirik. Amma qeyd etdiyimiz şərtlərə əməl olunması vacibdir. Birincisi, silahlandırılmanın dayandırılmasıdır. İkincisi, sərhəddə hansısa üçüncü qüvvələrin olmaması ilə əlaqəlidir.

- Sülh sazişi nə vaxt və harada imzalana bilər?

- Məncə, bu gün məkanın müzakirəsi üçün bir az tezdir. Çünki bildiyiniz kimi, dünən də cənab nazir Ceyhun Bayramov tərəfindən verilmiş açıqlamaya əsasən, Azərbaycan tərəfi növbəti mərhələdə Ermənistanın daha iki şərtini yerinə yetirməsini gözləyir. Bu, artıq bizim bir müddətdir qaldırdığımız Ermənistanın konstitusiyasında hələ 90-cı illərin əvvəllərindən mövcud olan Azərbaycanın suveren ərazisinə qarşı iddiaların konstitusiyadan çıxarılması, ikincisi, ATƏT-in Minsk Qrupunun ləğv edilməsidir. Bununla bağlı hər iki dövlət ATƏT-ə birgə müraciət edə bilər.

Azərbaycan münaqişənin həll edilməsini nəzərə alaraq, bir müddətdir, bu təklifi edib. Amma təəssüflər olsun ki, Ermənistan bu günə kimi birgə müraciətə qoşulmur və hesab edirik ki, bu birgə müraciətin edilməsi Ermənistanın real niyyətləri barədə bizə məlumat verəcək. Belə olan halda biləcəyik ki, Ermənistan həqiqətən, münaqişənin tamamlandığını düşünür, yoxsa başqa niyyətləri var?

Ermənistanda olan revanşist qüvvələrin mövcudluğu və onların mütəmadi olaraq fəaliyyətini nəzərə alaraq, bunu ciddi risk hesab edirik. Düşünürük ki, burada konkret birmənalı mövqe ortaya qoyulmalıdır.

- Sizcə, Ermənistan niyə indiki halda Minsk Qrupunun ləğvinə razılıq vermir?

- Biz bunu bir müddətdir təklif etmişik. Amma qarşı tərəfdən birgə müraciətə qoşulma ilə bağlı hər hansı konkret bir mövqe bildirilməyib və ya addım atılmayıb. Hesab edirik ki, bununla bağlı qısa müddət ərzində addım atılmalıdır. Çünki Minsk Qrupu onsuz da son illər ərzində iflic olub və hər hansı bir prosesə təsiri də yoxdur. Amma bugünkü mövcud şəraitdə münaqişənin həll edildiyini nəzərə alaraq, onun mövcudluğunu israr etmək və ya onun ləğv edilməsindən yayınmaq bizim üçün aydın deyil, bu, başqa niyyətlərdən xəbər verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri