Icma.az
close
up
RU
Sülh şərtlərimiz dəyişməzdir Ermənistan yerinə yetirməlidir!

Sülh şərtlərimiz dəyişməzdir Ermənistan yerinə yetirməlidir!

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın mövqeyi barışın maksimum təminatıdır

Azərbaycan Prezidenti İlham ­Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 16-da Avropa Siyasi Birliyinin Tiranadakı Sammiti zamanı görüşməsi və tərəflərin Cənubi Qafqazda sülhə sadiqlik fonunda səsləndirdikləri bəyanatlar pozitiv ovqat yaradır. 

Məlumdur ki, hər iki ölkə barış sazişinin bütün bəndlərini razılaşdırıblar. Yəni ilk baxışdan sənədin imzalanması üçün heç bir maneə qalmayıb. Amma ilk baxışdan. Çünki problem var. Əslində, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də (İranın Tansim İnformasiya Agentliyinə müsahibəsində - red.) problemdən danışdı, Ermənistan parlamentinin sədri Alen Simonyan da həmçinin. 

Ancaq tərəflərin yanaşmaları fərqli idi və mövcud durumda, istər-istəməz, gündəmə ölkəmizin sülh sazişinin imzalanması üçün irəli sürdüyü iki şərt gəlir. H.Hacıyev Ermənistan tərəfindən həmin şərtlərin yerinə yetirilməsinin vacibliyinə diqqət çəkdi. Simonyan isə buna qarşılıq xarakteri daşımasa da, bildirdi ki, Azərbaycanın şərtləri barış müqaviləsinin imzalanması üçün maneə ola bilməz. Həqiqətən, ölkəmizin şərtləri sülhə maneə deyil. Deyə bilmərik, Simonyan açıqlamasında məsələni məhz bu tərzdə qoydu ya yox, amma reallıq var. Başqa sözlə desək, şərtlərimiz reallığın diktəsidir. Söhbət konkret nədən gedir, bu barədə söz açacağıq. Əvvəlcə isə qısa arayış verək. 

Azərbaycanın ilk şərti Ermənistan konstitusiyasına dəyişiklikdir. O konstitusiyaya ki, ölkənin İstiqlaliyyət bəyannaməsinə istinad edir və bəyannamədə “Dağlıq Qarabağ” ifadəsi fonunda Azərbaycana qarşı ərazi iddiası motivi var. İkinci şərtimiz artıq heç nəyə yaramayan ATƏT-in Minsk qrupunun rəsmən ləğvi üçün Bakı və İrəvanın müştərək müvafiq müraciət ünvanlamasıdır. Nəzərə alaq ki, Minsk qrupu otuz ilə yaxın müddətdə münaqişəni həll etmək adı ilə, faktiki olaraq, erməni işğalını leqallaşdırmaq yolunu tutmuşdu. Digər tərəfdən, belə bir təsisatın mövcudluğu Azərbaycanla Ermənistan arasında ərazi mübahisəsinin qaldığını təsdiqləyir. Bu kimi, düşüncəyə isə əsla yer olmamalıdır. 

Bəli, Simonyanın bildirdiklərindən fərqli olaraq, Azərbaycanın irəli sürdüyü iki şərt heç də sülhün ön şərtləri kimi qəbul edilə bilməz. Tələbimiz, kifayət qədər, fundamental mahiyyət daşıyır. Bu mənada H.Hacıyevin “biz deyə bilərik ki, hazırda regionda sülh və sabitlik hökm sürür. Azərbaycan bütün səyləri göstərir ki, buna hüquqi çərçivə müəyyənləşdirsin və regionda tam və yekun sülh formalaşsın” kimi fikirləri prinsipial əhəmiyyətə malikdir. Ümumən, Bakı – İrəvan sülhünə fundamental yanaşmanı zəruriləşdirən məqamlar çoxdur. 

***

Birincisi, Ermənistan otuz ilə yaxın müddətdə işğalçılıq siyasəti həyata keçirib, heç bir mənəvi bəraət almayıb və bunu unutmaq olmaz. 

İkincisi, ölkənin hazırkı iqtidarının bilavasitə 44 günlük müharibəyə rəvac verən mövqeyi vurğulanmalıdır. Paşinyan hakimiyyəti danışıqlar prosesini dalana dirəmiş, yeni təcavüzkar niyyətlər səsləndirmişdi. Axı “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən, “Yeni ərazilər uğrunda yeni müharibə” şüarını irəli sürən hayların hazırkı hakim komandası idi. 

Üçüncüsü, 44 günlük müharibədən sonra Azərbaycanın sülh əlini geriyə çevirən, ərazilərimizdə kəşfiyyat-diversiya fəaliyyəti gerçəkləşdirən, ən əsası, Qarabağdakı separatçı rejimi saxlamağa çalışan yenə Paşinyan hakimiyyəti olmuşdu. 

Dördüncüsü, Nikol və komandasının üzvləri bütün beynəlxalq platformalarda anti-Azərbaycan fəaliyyəti həyata keçirmiş, var gücləri ilə Qarabağ üçün erməni varlığı məsələsini gündəmdə saxlamağa çalışmışdılar ki, bu, ölkəmizin yurisdiksiyasını heçə saymaq idi. Belə cəhdlər indi də var. Paşinyanın vaxtilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirməsi tam əhəmiyyətsiz olmuşdu. Yəni Nikolun pozitiv bəyanatı İrəvanın ərazi iddiasına köklənməsinə maneçilik törətməmişdi. 

Beşincisi, Ermənistan rəhbərliyi indinin özündə də 44 günlük müharibənin nəticələrini təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı məğlubiyyət aktı kimi qəbul etmir və sənədin müddəalarını yerinə yetirmir. Ümumən, rəsmi İrəvan erməni silahlı qüvvələrinin Kəlbəcərdən, Laçından və Ağdamdan çıxarılmasından başqa bəyanatın heç bir şərtinə əməl etməyib. 

Altıncısı, bu gün Ermənistanda revanşist kəsim varlığını sürdürməkdədir və ölkə iqtidarı onun qarşısında gücsüz durumdadır. Nəinki gücsüz durumdadır, habelə bəzən onun direktivləri ilə hərəkət edir. Həmin kəsim isə bildirir ki, sülh sazişi imzalansa belə, bu, gələcəkdə Ermənistanda iqtidara yiyələnəcək qüvvə üçün həmin sənədi mübahisələndirmək imkanlarını saxlayacaq. Çünki barış müqaviləsi Azərbaycanla erməni xalqı deyil, rəsmi Bakı ilə Paşinyan administrasiyası arasındadır. 

Deməli, bilavasitə erməni xalqının ərazi iddiasından geri çəkilməsi mütləqdir. Bunun yolu konstitusiyanın İstiqlaliyyət bəyannaməsinə istinad kazusunun aradan qaldırılmasından keçir. Yəni erməni xalqı ortaya iradə qoymalı, səmimiyyət nümayiş etdirməlidir. Onun səmimiyyətini bütün dünya görməli və bu görüntü beynəlxalq ictimaiyyətin qarantına çevrilməlidir. 

Yeri gəlmişkən, belə bir sual da verək: erməni spiker A.Simonyan diqqəti Azərbaycanın sülh üçün, guya, ön şərt irəli sürməsinə çəkir. Görəsən, o, nə üçün Paşinyanın barış sazişinin imzalanması ilə eyni vaxtda ATƏT-in Minsk qrupunun rəsmən buraxılmasına dair birgə müraciət ünvanlamaq təklifinə mövcud kontekstdən yanaşmır? Axı, əsl ön şərt budur və belə yanaşmada manipulyativ çalarlar var. 

Bir anlıq təsəvvürə gətirək ki, hər şey Nikolun dediyi kimi oldu – sülh müqaviləsi imzalandı və Bakı ilə İrəvan sözügedən birgə müraciəti ünvanladı. Kim təminat verə bilər ki, Ermənistanın Avropadakı havadarları Minsk qrupunun rəsmən ləğvinin mümkünsüzlüyünə dair “prosedurlar” düşünməyəcəklər? Məsələn, ola bilər ki, ATƏT rəhbərliyi qrupun ləğvinə razılıq verməsin və məsələni mühafizəkarlıq prizmasında qələmə versin. Axı, Qərb qanunvericiliklərində işləməyən hüquqi aktların qüvvəsinin rəsmən dayandırılmadığına dair təcrübə var. Eyni prosedur Minsk qrupuna münasibətdə də tətbiq edilə bilər. Necə deyərlər, başımızın altına yastıq qoymaq cəhdləri mümkündür və heç kəs sonradan həmin yastığın bombaya çevrilməyəcəyinə təminat verməyəcək. İndiyədək Qərbin çox oyunbazlıqlarını görmüşük.  Görmüş, həmçinin arxayınlığımızın və laqeydliyimizin cəzasını artıqlaması ilə çəkmişik... 

Yeddinci məqama keçid alaq. Azərbaycan hazırda regional aktordur. Cənubi Qafqaz platformasında bütün nəhəng beynəlxalq layihələrin həm təşəbbüskarı, həm də icraçısı ölkəmizdir. Rəsmi Bakının beynəlxalq miqyasda yeritdiyi siyasət yaşadığımız siyasi coğrafiyanın dünya üçün əhəmiyyətini artırmaqdadır. Xarici aləm Cənubi Qafqaza əməkdaşlıq məkanı kimi yanaşır. Deməli, mövcud platformadakı layihə təşəbbüslərinə də həssas münasibət göstərilməlidir. Həssaslıq risklərin aradan qaldırılmasını başlıca vəzifəyə çevirir. Yəni erməni avantürizminin heç bir elementinə, azacıq da olsa, fürsət tanınmamalıdır. Ermənistan işğalçı siyasəti ilə otuz il ərzində Cənubi Qafqazın inkişafına maneçilik törədib. Ölkədə regionun gələcək inkişafını ləngitməyə səbəb olacaq rıçaq qalmamalıdır. 

Onu da bildirək ki, Cənubi Qafqazda potensial münaqişə təhlükəsindən uzaq, risksiz durum təkcə ölkəmizə deyil, bütövlükdə, regionda maraqlı olan qütblərə lazımdır. İkincilər mövcud istiqamətdə təşəbbüs qaldırmır, Ermənistana ambisiyalarını kənara qoymaq istiqamətində təsir göstərmir. Bu, başqa söhbətin mövzusudur. Onsuz da beynəlxalq müstəvidə riyakarlıqlara öyrəncəliyik. Ancaq ölkəmiz öz üzərinə düşəni reallaşdırmalı, İrəvanın, bütövlükdə, erməni cəmiyyətinin gələcəkdə avantürist niyyətlərə köklənməyəcəyinə dair təminat almalıdır. Bakının irəli sürdüyü iki şərtin də başlıca məramı buna söykənir. 

Bir anlıq Ermənistan konstitusiyasına dəyişikliyin həyata keçirildiyini, habelə ATƏT-in Minsk qrupunun ləğv olunduğunu təsəvvürə gətirək. Müvafiq olaraq, düşünək ki, Bakı – İrəvan sülh sazişi imzalanıb. Əlbəttə, bu, gələcəkdə erməni avantürizminin yenidən baş qaldırmayacağına dair tam təminat deyil. Nəzərə alaq ki, 1988-ci ildə “Miatsum” hərəkatı və Ermənistanın Qarabağ iddiası vüsət alanda nə İstiqlaliyyət bəyannaməsi var idi, nə də ATƏT-in Minsk qrupu. Yəni hay millətçiləri heç bir siyasi düzən və istinadgah olmadan da meydana atıla və sonradan özü üçün bəhanələr uydura bilərlər. Sözümüz ondadır ki, hazırkı durumda Azərbaycanın iki şərti erməni avantürizminin baş qaldırmayacağına dair maksimal təminatdır. Ölkəmizin irəli sürdüyü sülh şərtləri erməni qövmünü, belə demək mümkünsə, müasir dövrdəki ibtidai mərhələyə qaytarmağa hesablanıb.  Amma bir halda ki, erməni iqtidarı konstitusiya dəyişikliyindən, ­ATƏT-in Minsk qrupunun rəsmən ləğvindən yayınır, istər-istəməz, başqa mərhələləri yada salmağa ehtiyac yaranacaq. 

Sonda bildirək ki, Paşinyan iqtidarının Azərbaycanla razılaşmadığı hər ötən gün Ermənistan üçün itki deməkdir. Hay qövmünün təmsilçiləri hazırkı reallıqla barışmırlarsa, Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtləri qəbul etmirlərsə, məntiqi olaraq, ərazi iddiasını davam etdirirlərsə, deməli, vaxtilə qərarlaşdıqları, ancaq kifayətlənmədikləri daha ibtidai mərhələləri onların yadlarına salmaq şərtdir. Məsələn, 1920-ci illəri. Qane olmurlarsa, 1918-ci il də uzaqda deyil. Hələ 1830-cu il də var. Ona görə də yaxşı olar ki, rəsmi İrəvan səbrimizi sınağa çəkməsin. Çünki bir çox məsələlərin səbr kontekstindən çıxıb prinsip müstəvisində dəyərləndirilmə xarakteri var. Prinsipiallıq isə mahiyyətcə sərt təbiətə malikdir, geri dönüş və güzəşt tanımır. 

Əvəz RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see172

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see167

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see145

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see141

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see127

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri