Ermənistan Dubay Hava Şousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Dubay Beynəlxalq Hava Şousunda Hindistan istehsalı olan qırıcı təyyarənin qəzasından sonra 1,2 milyard dollar dəyərində 12 Tejas döyüş təyyarəsinin alınması ilə bağlı Hindistanla danışıqları dayandırıb.
APA xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Məlumata görə, Ermənistandakı mənbələr bildiriblər ki, qəza görüntüləri bütün proqramın dərhal texniki baxışdan keçirilməsinə səbəb olub.
Qeyd edək ki, “Tejas” təyyarəsinin inkişafı 1982-ci ildən davam edir və bu təyyarələr Hindistan Hərbi Hava Qüvvələrindəki köhnəlmiş MiQ-21 qırıcılarını əvəzləmək məqsədi daşıyır. Hazırda ilk partiyadan yalnız 40 təyyarə təhvil verilib və Qərb sistemləri ilə təchiz olunmuş təkmilləşdirilmiş A1 versiyasının istehsalı davam edir. Ermənistanla razılaşma təyyarənin ilk ixrac müqaviləsi olacaqdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 25 Noyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















