Icma.az
close
up
RU
Ermənistan Gürcüstan bağları: dünən, bu gün, sabah... III YAZI

Ermənistan Gürcüstan bağları: dünən, bu gün, sabah... III YAZI

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“GÜRCÜLƏŞMİŞ ERMƏNİLƏR” 

Ermənistanın Gürcüstana yönəlik strateji siyasətində  zaman-zaman həm siyasi, həm də dini alətlərdən istifadə etdiyi bəllidir. Bunlardan biri də ermənilərin “biz də xristianıq” arqumenti ilə Gürcüstan dövlətinin   mədəni, dini və sosial strukturlarına (hətta, materiyasına) nüfuz etmə cəhdləridir. Bu yanaşma, “gürcüləşmiş ermənilər” vasitəsilə daha təsirli hala gəlir və tarixi, dini, siyasi bağların manipulyasiyası ilə müşayiət olunur. 

“Gürcüləşmiş ermənilər” anlayışı, Gürcüstanda yaşayan və ya gürcü cəmiyyətinə inteqrasiya etmiş erməni mənşəli şəxslərə aiddir. 

Gürcüstandakı ermənilər tarix boyu bir çox hallarda Gürcü Pravoslav Kilsəsinə yaxınlaşıb və ya formal olaraq ona qoşulublar. Bu, sosial və siyasi bağları gücləndirmək üçün bir taktika kimi istifadə olunub. -  Onlar özlərini  gürcü mədəniyyəti ilə əlaqələndirsələr  də,  strateji  məqamlarda erməni maraqlarına xidmət edirlər.

Gürcüstan erməniləri arasında özlərini gürcü etnik kimliyinə yaxın hiss edənlər də, erməni kimliyini qorumaqda israrlı olanlar da var. Bu “ikiqat kimlik” modeli, Ermənistana həm bir təsir kanalı, həm də cəmiyyət daxilində manipulyasiya imkanları yaradır.

“Gürcüləşmiş ermənilər”, Gürcüstan dövlətində  və cəmiyyətində strateji  yerləri tutaraq, bəzən Ermənistanın maraqlarını dolayı yolla təşviq edə bilir.

Ermənilər Gürcüstanla dini yaxınlıq yaratmaq  məqsədilə xristianlıq faktından geniş istifadə edir. Bu strategiya, özəlliklə aşağıdakı yollarla həyata keçirilir. -
Xristianlıq üstünə odaqlanmaq:
Ermənistan Gürcüstanla eyni dini irsi bölüşdüyünü vurğulayaraq, münasibətlərdə “tarixi dostluq” narrativini gücləndirmək istəyir. 
“Biz də xristianıq” tezisi, Gürcüstanın Pravoslav Kilsəsini və siyasi dairələrini təsir altına almaq cəhdi kimi də yorumlana bilər.

Dini infrastruktur məsələləri:
Ermənilər Gürcüstanda yerləşən erməni kilsələrinin sayı və statusu üzərindən Gürcüstan dövlətinə müxtəlif təzyiqlər göstərir.
Bəzi hallarda ermənilər, Gürcüstanın tarixi irsini mənimsəməyə çalışaraq, qədim gürcü kilsələrini “erməni abidəsi” kimi təqdim edir.

Dini təsir üsulları:
Gürcüstanın beynəlxalq imicinə təsir göstərmək üçün erməni diasporu “xristian qardaşlığı” mövzusunu qabardır və Gürcüstanı Ermənistanı dəstəkləməyə çağırır.

Nüfuz cəhdlərinin səbəbləri

Ermənilərin Gürcüstan dövlətinə nüfuz etmə cəhdləri bir neçə əsas səbəbə dayanır.
Bunun birincisi, strateji mövqedir:
Gürcüstanın bölgədəki önəmi və Ermənistanın blokadadan çıxmaq üçün onun daşımaçılıq və iqtisadi infrastrukturuna ehtiyacı danılmazdır.

İkincisi, Samtsxe-Cavaxetiya bölgəsi ilə bağlıdır: 
Bu bölgədə ermənilərin etnik üstünlük təşkil etdiyi   yerlərdə separatizm ehtimalı ilə Gürcüstan dövlətinə təzyiq göstərilməsi müəyyən təcrübəyə malikdir.

Üçüncüsü, tarixi iddialardır: 
Ermənilər, Gürcüstanın tarixi ərazilərinə, özəlliklə də qədim kilsələrə dair iddialar irəli sürərək, dini mədəni irs vasitəsilə təsir gücü əldə etməyə çalışır.

Dördüncüsü, Rusiya faktorunu vurğulaya bilərik: 
Yəni, Rusiya ilə işbirliyi edən bəzi erməni dairələri,   Gürcüstanın zəiflədilməsinə yönəlik strategiyalarda iştirak edə bilər. 

Gürcüstanın reaksiyası və dəyişən gerçəkliklər

Bu planda birinci vurğu dövlət nəzarəti ilə bağlıdır: 
Gürcüstan hökuməti, ermənilərin dini və sosial manipulyasiya cəhdlərinə biganə qalmır. 
Özəlliklə, erməni separatizminin qarşısını almaq üçün   Samtsxe-Cavaxetiya bölgəsində dövlət nəzarətinin gücləndirildiyi xatırladıla bilər.

İkinci vurğumuz Pravoslav Kilsəsinin roluna dairdir: 
Gürcü Pravoslav Kilsəsi, erməni dini iddialarını rədd   edir və bu məsələdə dövlətlə həmrəy şəkildə çalışır.

Üçüncüsü, beynəlxalq işbirliyi vurğusudur: 
Gürcüstan, Türkiyə və Azərbaycanla bağlarını gücləndirərək, Ermənistanın təsir dairəsini məhdudlaşdırır. - Bunu Gürcüstanın xeyirxahları da, bədxahları da bilir.

Beləliklə,
Ermənilərin “biz də xristianıq” strategiyası və   “gürcüləşmiş ermənilər” vasitəsilə nüfuz cəhdləri Gürcüstanın dövlət və cəmiyyət strukturuna təsir etməyə yönəlib. Lakin Gürcüstanın strateji tərəfdaşları və iç siyasi mexanizmləri, bu cür cəhdlərin qarşısını almaq üçün effektiv alətlərə malikdir. Gürcüstanın bu məsələdə diqqətli olması və öz milli maraqlarını qorumağa davam etməsi vacibdir.

PASSİV-AQRESSİVLİK

Ermənistanın Gürcüstana qarşı qeyri-səmimi və “inersik” (passiv-aqressiv) münasibətləri, həm tarixi kontekst, həm də çağdaş bölgəsəl gerçəkliklər baxımından diqqətə alınmalıdır. Bu münasibətlərin Ermənistanın gələcəyinə necə təsir edəcəyi, özəlliklə də Paşinyanın siyasi idarəçiliyi ilə bu dinamikanın dəyişib-dəyişməyəcəyi maraqlı suallar doğurur.

Bəli, Ermənistanın Gürcüstana yanaşmasının özəllikləri vardır.
Ermənistanın Gürcüstana münasibətini təyin edən əsas özəllikləri sıralayaq. -
1. Strateji rəqabət: 
Ermənistan Gürcüstanın artan bölgəsəl təsirinə qısqanclıqla yanaşır və özünü tarixi və mədəni baxımdan daha üstün mövqedə görmək istəyir.

2. Etnik manipulyasiya: 
Samtsxe-Cavaxetiya bölgəsində erməni icması vasitəsilə Gürcüstana təzyiq göstərmək siyasəti danılmazdır.

3. Tarixi iddialar: 
Gürcüstanın bəzi əraziləri və dini abidələri üzərində əsassız iddialar irəli sürməklə həm iç, həm də beynəlxalq aləmdə gərginlik yaradır.

4. İqtisadi bağların təhdidi: 
Gürcüstan Ermənistan üçün Rusiya ilə (Yuxarı Lars yolu üzərindən) əsas əlaqə dəhlizidir. Lakin Ermənistan bu iqtisadi asılılığı etibarlı bir işbirliyinə çevirməkdə uğursuzluğa düçardır.
Qeyri-səmimi yanaşmalar Ermənistanın özünü təcridə sürükləməsi və Gürcüstanla olan bağlarının daha da gərginləşməsi ilə sonuclana bilər.

Bəs, Paşinyanın qonşularla “0 problem” siyasəti varmı və varsa, o, gerçəkçidirmi?

Belə bir təsəvvür var ki, Nikol Paşinyanın bölgəsəl siyasəti daha çox Batıya inteqrasiya və qonşularla gərginliyin azaldılmasına yönəlib. Lakin onun Gürcüstanla (da) “0 problem” siyasəti yürütməsi üçün bir neçə maneə var. -
Bunun birincisi, iç təzyiqlərdir:
Ermənistanın bəzi siyasi dairələri və diaspor təşkilatları Gürcüstanla yaxınlaşmağa qarşıdır. Onlar Samtsxe-Cavaxetiya məsələsində zaman-zaman daha radikal mövqe tələb edib.
Paşinyan inersiya ilə sürən bu, iç və dış (diaspor) təzyiqləri neytrallaşdırmaqda çətinlik çəkir.

İkincisi, strateji asılılıqdır:
Ermənistanın Gürcüstanın daşımaçılıq dəhlizlərindən asılılığı, onu zəif tərəf kimi göstərir. Bu asılılıq Paşinyanın dəngəli siyasət yürütməsini çətinləşdirir.

Üçüncüsü, əlbəttə, Rusiya faktorudur:
Rusiya, Ermənistanın Gürcüstanla sıx işbirliyini dəstəkləmir, çünki bu, Güney Qafqazda Rusiyanın təsir dairəsini zəiflədə bilər.
Paşinyanın Batıya yaxınlaşma cəhdləri, Rusiyanın təzyiqi ilə qarşılaşır və Gürcüstanla olan bağlarına da təsir edir.

Dördüncüsü, 
Gürcüstanın müstəqil siyasəti göstərilə bilər:
Gürcüstan Ermənistanla bağlarda tarazlığı   qoruyaraq, strateji tərəfdaşları olan Azərbaycan və Türkiyə ilə sıx işbirliyini davam və inkişaf etdirir.
Paşinyan qonşularla “0 problem” siyasəti yürütmək üçün  Gürcüstanın bu gerçəkliklərini nəzərə almaq zorundadır.

Ermənistanın mövqeyi nə vaxt və necə dəyişə bilər?

Ermənistanın Gürcüstana qarşı qeyri-səmimi yanaşmasının dəyişməsi üçün aşağıdakı şərtlər tələb olunur. -
1. Daxili islahatlar:
Ermənistan cəmiyyəti və siyasi elitası bölgədə təcrid durumundan çıxmaq üçün qonşularla konstruktiv işbirliyinin vacibliyini anlamalıdır. 
Paşinyan hökuməti bu yöndə ciddi addımlar atmazsa, dəyişiklik çətin mümkün ola…

2. Samtsxe-Cavaxetiya probleminin tam qapadılması:
Ermənistanın Gürcüstana qarşı etnik təzyiq  vasitələrindən imtina etməsi və bu bölgəni gərginlik mənbəyi kimi istifadə etməməsi gərəkdir. - Yəni, məsələ, əlverişli vaxta ertələnmiş yox, birmənalı şəkildə sonlandırılmış olmalıdır. - Bu sonlandırma-sıfırlanmanın gerçəkliyi, səmimiliyi praktik olaraq sübut olunmalıdır.

3. Bölgəsəl işbirliyi:
Ermənistan Gürcüstan-Azərbaycan-Türkiyə iqtisadi işbirliyi modelinə qoşularaq, təcrid durumundan çıxmaq şansı qazana bilər.

Paşinyanın hökumətinin başarısızlığı halında nə ola bilər?

Əgər Paşinyan Gürcüstanla münasibətləri düzəltməkdə uğursuz olarsa:
-Ermənistan bölgəsəl layihələrdən qıraqda qalmağa davam edəcək;
- Gürcüstan vasitəsilə həyata keçirilən tranzit əlaqələrin pozulması Ermənistanın iqtisadi durumunu daha da çətinləşdirəcək;
- İç sosial-iqtisadi problemlər, Gürcüstanla gərgin   münasibətlər fonunda daha da dərinləşəcək.

Sonuc olaraq, 
nələri vurğulaya bilərik? -
Gürcüstana qarşı qeyri-səmimi siyasəti uzunmüddətli perspektivdə Ermənistanın özünün əleyhinə çevrilə bilər. Gürcüstanın bölgəsəl siyasətində mövqeyinin gücləndiyi bir vaxtda Ermənistanın bu qonşu ilə səmimi işbirliyi etməməsi, Paşinyanın iç və dış uğursuzluqları ilə sonuclanacaqdır.
Paşinyanın “0 problem” siyasəti  (əgər səmimi olaraq, belə bir siyasət doğrudan da, varsa) yalnız  Ermənistanın iç siyasətdə cəsarətli islahatlar, bölgəsəl gerçəkliklərin qəbul edilməsi və manipulyasiyalardan imtina edilməsi ilə mümkün ola bilər. Əks halda, 
bu yanaşma Ermənistanın öz strateji durumunu zəiflədə bilər və bölgəsəl işbirliyinin gələcəyini məhdudlaşdıra bilər.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Fevral 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri