Icma.az
close
up
RU
Ermənistan Gürcüstan bağları: dünən, bu gün, sabah… VII YAZI SON

Ermənistan Gürcüstan bağları: dünən, bu gün, sabah… VII YAZI SON

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Qafqaz – tarix boyu bəşəriyyətin böyük mədəniyyət və sivilizasiya xəritəsində həm bir körpü, həm də münaqişələrin, çəkişmələrin düyünləndiyi mürəkkəb bir məkan kimi tanınıb. Bu coğrafiyada formalaşmış xalqların tarixi bağları, ortaq keçmişi, fərqli dini və etnik kimlikləri, bir-birinə təsir edən mədəniyyətləri bugünkü siyasi gerçəkliklərdə də öz izini buraxır. Ermənistan və Gürcüstan arasındakı bağlar da bu geniş mənzərənin bir parçasıdır və zaman-zaman fərqli məna çalarları ilə diqqət çəkib.

Öncəki bölümlərdə vurğuladığımız kimi, erməni və gürcü xalqları qərinələr boyu, əsasən də son 150-200 il içində bir-biri ilə mədəni və ədəbi mübadilələr aparıb. Lakin bu mübadilələr, münasibətlər heç də həmişə bərabərhüquqlu olmayıb. Tarix bizə göstərir ki, erməni tərəfi daim bu münasibətləri öz xeyrinə yönəltməyə, Gürcüstanın mədəni sərvətlərindən və hətta tarixi mirasından pay çıxarmağa cəhd göstərib. Bu meyil təkcə ədəbiyyatda deyil, eləcə də memarlıq, musiqi, mətbəx və digər sahələrdə də özünü göstərib və bu gün də davam edir.

Gürcü monastırlarının erməni yazı mədəniyyətinə təsiri qəbul edilən bir həqiqət olduğu halda, erməni tərəfi bu faktı tərsinə yozaraq öz memarlıq üslubunu daha qədim və orijinal kimi təqdim etməyə çalışıb.

Bu tendensiya Azərbaycanın mədəni irsinə qarşı özünü həmişə və daha aqressiv, daha intensiv şəkildə göstərib. Biz bilirik ki, erməni ideoloqları bizim “Sarı gəlin”imizdən də, Gəncəli düha Nizaminin irsindən də özlərinə pay çıxarmağa cəhd göstərib. Bəli, erməni tərəfinin mədəni irsi mənimsəmə siyasəti indi də Gürcüstan üçün güncəl bir təhlükə olaraq qalır.
Gürcülər öz tarixi və mədəni mirasına sahib çıxmaq üçün diqqətli olmalıdır.

Gürcüstanın tarixi məkanlarında yerləşən erməni icmaları, özəlliklə XIX yüzildə Tiflisdə formalaşan erməni ədəbi dairələri bu mədəni təsirin hara yönəldiyini göstərən açıq örnəklər olsa gərək...

Sovet dönəmi erməni-gürcü bağlarına fərqli çalarlar qatdı. Rəsmi ideologiya “xalqlar dostluğu” adı altında milli kimlikləri assimilyasiya etməyə çalışsa da, Ermənistanın Gürcüstana qarşı bəzi iddiaları məhz həmin dönəmdə daha da gücləndi. SSRİ-nin süqutundan sonra isə durum tam başqa müstəviyə keçdi. Gürcüstanın dövlət olaraq Batıya inteqrasiya etmək istəyi, Ermənistanın isə Rusiyanın təsir dairəsində qalması bu iki xalq arasındakı bağların yeni formatını müəyyənləşdirdi. Əgər öncələr erməni-gürcü əməkdaşlığı Sovetlər çərçivəsində irəliləyirdisə, bu gün o əməkdaşlıq daha çox fərqli siyasi kursların çəkişməsi fonunda dəyərləndirilməyə açıqdır. Üstəlik, son illər Ermənistanla Gürcüstan siyasi yön dəyişikliyi nümayiş etdirməkdədir: indi Gürcüstan Rusiya ilə, Ermənistan Batı ilə daha yaxşı anlaşır - desək yanılmarıq.

Bu gün Gürcüstan üçün sual açıq qalır: 
Ermənistanla ədəbi-mədəni bağları davam etdirmək ona nə qazandırır? Əgər bu bağlar qarşılıqlı sayğı və tarixi həqiqətlərin təhrif olunmaması üzərində qurulursa, Gürcüstan bu münasibətləri inkişaf etdirə bilər. Lakin əgər erməni tərəfi bu əməkdaşlığı öz ideoloji məqsədləri üçün istifadə edirsə, Gürcüstan bunun fərqində olmaq və tarixindən dərs çıxarmaq zorunda qalacaq. Gürcüstan bu gün Azərbaycanın strateji tərəfdaşıdır və bu əməkdaşlıq onun iqtisadi, enerji və təhlükəsizlik çıxarları üçün həyati önəm daşıyır. Gürcüstan-Azərbaycan bağlarının yalnız siyasi və iqtisadi deyil, həm də mədəni və tarixi müstəvidə möhkəmlənməsi, qarşılıqlı anlaşma və birliyin gücləndirilməsi hər iki ölkənin, Qafqazların və bütün konstruktiv tərəflərin xeyrinədir.

Sonda onu demək yerinə düşər ki, ağsaçlı tarix xalqların kimliyini və yerini müəyyənləşdirən ən böyük hakimdir. Gürcüstan və Azərbaycan, Qafqazın iki qədim və köklü xalqı olaraq, bu bölgənin sabitliyini, inkişafını və həqiqi tərəfdaşlıq modelini formalaşdırmağa davam etmək haqqına sahibdir. Ermənistan isə öz qonşuları ilə münasibətlərində tarixi həqiqətləri təhrif etməkdən, kimlərinsə irsini mənimsəməkdən və əsassız iddialardan əl çəkmədikcə, bu bölgədə təcrid olunmağa davam edəcək.

Beləliklə,
Qafqazın gələcəyi keçmişin səhvlərini təkrarlamaqla, yoxsa gerçəklikləri qəbul edib düzgün yol seçməklə müəyyənləşəcək? Sual ritorik, cavab aydındır…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Fevral 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri