Icma.az
close
up
RU
Ermənistan həmin cinayətkarları çox yaxşı tanıyır!

Ermənistan həmin cinayətkarları çox yaxşı tanıyır!

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqları həyata keçirilir. Sülh mətninin razılaşdırılması üçün işlər görülür. Böyük ehtimalla gec-tez sülh əldə olunacaq, ancaq istənilən halda, sülh müqaviləsi imzalansa da, münasibətlər normalaşsa da biz tariximizi qətiyyən unutmamalıyıq.

Bunu Modern.az-açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

O qeyd edib ki, ötən əsr ərzində, birinci və ikinci Qarabağ savaşı zamanı azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri, soyqırımları, vəhşilikləri qətiyyən unutmamalıyıq.

"Bilirik ki, Azərbaycana qarşı bir çox hərbi cinayətlər törətmiş keçmiş separatçıların rəhbərləri, eyni zamanda Xocalıda və digər soyqırımlarda iştirak etmiş erməni cinayətkarların bəziləri hazırda Azərbaycanda həbsdədirlər və qanun qarşısında cavab verirlər. Ancaq onlar cinayət törətmiş erməni daşnakların bir hissəsidir. Bir çox cinayətkarlar var ki, onların adları, kimlikləri, törətdikləri cinayətlərə dair faktlar Azərbaycan Xüsusi Xidmət Orqanlarına bəllidir və onlar beynəlxalq axtarışa verilib. Ermənistan tərəfi də həmin cinayətkarları çox yaxşı tanıyırlar. Həmin cinayətkarların bu günə qədər gizlənməsi, həbs olunmamasının bəlkə də əsas səbəbi elə Ermənistan dövləti özüdür. Məhz həmin cinayətkarlar mütləq Ermənistan tərəfindən Azərbaycana təhvil verilməlidir. Onların ədalətli mühakiməsi həyata keçirilməlidir”.

Millət vəkili bildirib ki, Azərbaycan tarixinin öyrənilməsi, təbliğ edilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə əlaqədar işlərimizi daha gücləndirməyə çalışmalıyıq:

“Bu proseslərdə Azərbaycan diaspor nümayəndələri, xaricdə yaşayan azərbaycanlılar yaxından iştirak edə bilər. Eyni zamanda xarici mütəxəssislərlə birlikdə Azərbaycan Universitetləri tədqiqat işləri həyata keçirə bilər. Bu tədqiqatın nəticələri mütləq ictimaiyyətə açıqlanmalıdır. Həmçinin Türkiyə tərəfi öz arxivlərini açıb, biz Gürcüstan arxivlərindən də istifadə edə bilirik. Ermənistan da gec-tez öz arxivlərini açmalıdır və həqiqətlər işıq üzü görməlidir. Faktiki olaraq Ermənistan yalançı, qondarma erməni tarixinin təbliğindən əl çəkməlidir. Cənubi Qafqazda uzun müddətli və dayanıqlı sülhü əldə etmək istəyiriksə, Ermənistan siyasi rəhbərliyi, eyni zamanda tarixçiləri və siyasətçiləri reallıqları qəbul etməli və real mövqedən çıxış etməlidirlər ki, bir daha münasibətlərimiz gərginləşməsin. Ermənistan qətiyyən xarici qüvvələrin təsiri altına düşməməlidir. Biz də qətiyyən tariximizi unutmamalıyıq və çalışmalıyıq ki, münasibətlərimiz normallaşacağı təqdirdə belə real tarixin təbliğini həyata keçirək. Gələcək nəsillər bizə qarşı törədilən bütün cinayətləri, soyqırımları bilməlidirlər. Eyni zamanda Qərbi Azərbaycanlıların da öz dədə-baba yurdlarına qayıtmasına, öz torpaqlarında yaşama hüquqlarının bərpa edilməsinə nail olmalıyıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Yanvar 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri