Icma.az
close
up
RU
Ermənistan hərbçilərinin işgəncə verdiyi və ziyan vurduğu şəxslərin ittihamı

Ermənistan hərbçilərinin işgəncə verdiyi və ziyan vurduğu şəxslərin ittihamı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 24-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs Əhəd Əliyev ifadəsində 1990-cı il yanvarın 3-də Xocavənd rayonunun Axullu kəndində ermənilər tərəfindən girov götürüldüyünü, 6 gün döyüldüyünü, təhqir olunduğunu bildirib. Bəhman Məhərrəmov ifadəsində 1991-ci il sentyabrın 6-da Xankəndi şəhəri və Xocalı rayonu arasındakı Həsənabad kəndində Hüseyn Novruzov və Şahin Hüseynovla birlikdə ermənilər tərəfindən əsir götürüldüyünü, əsirlik müddətində işgəncələrə məruz qaldıqlarını qeyd edib.

Səfər Əliyev Cocuq Mərcanlı kəndində, Firdovsi Quliyev və Aydın Verdiyev Ağdamda minaya düşərək xəsarət aldıqlarını diqqətə çatdırıblar. Natiq Mamedov ifadəsində 2021-ci il noyabrın 29-da “Mirakl Dent” MMC-nin yük avtomobilinin sürücüsü qismində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Mehdili kəndində minaya düşərək xəsarət aldığını söyləyib.

Şəmistan Bayramov 2020-ci ildə baş vermiş 44 günlük müharibənin ilk günündə - sentyabrın 27-də yaşadığı Ağcabədi rayonunda həyətinə mərmi düşməsi nəticəsində xəsarət aldığını deyib. Faiq Abışov ifadəsində qardaşı Əmrah Abışovun Vətən müharibəsində şəhid olduğu ərazini görmək üçün gedərkən minaya düşdüyünü, nəticədə xəsarət aldığını söyləyib.

İrşad Quliyev ifadəsində 2023-cü il sentyabrın 24-də Ağdamın Abdal kəndində minaya düşərək xəsarət aldığını bildirib. Zərərçəkmiş Yunis İsmayılov ifadəsində 2023-cü il sentyabrın 7-də Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək sağ ayağını itirdiyini qeyd edib. Şahbaz Hüseynov ifadəsində 1990-cı il yanvarın 10-da yaşadığı Xocavənd rayonunda girov götürüldüyünü, döyüldüyünü, işgəncələrə məruz qaldığını bildirib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Azər Quliyev ifadəsində 1993-cü ildə Kəlbəcərin işğalı zamanı ailəlikcə rayondan çıxan zaman “Tunel” adlandırılan ərazidə 7 güllə yarası alıb və girov götürülüb. Hadisə zamanı yaralanmış körpə bacısı isə ölüb. Murad Sultanov ifadəsində 1991-ci ilin fevralında Ağdamdan Xocavənd istiqamətində “QAZ-53” markalı avtomobillə gedərkən qardaşının körpə qızı ilə birlikdə girov götürüldüyünü deyib. Rəşad Quliyev 2023-cü il sentyabrın 20-də mərmi partlaması nəticəsində yaralandığını söyləyib. Rəhim Abışov 1991-ci il dekabrın 22-də Tərtər rayonunda girov götürüldüyünü, işgəncələrə məruz qaldığını deyib.

Ayxan Mamedov 2021-ci il fevralın 4-də Ağdamda minaya düşdüyünü bildirib. O, hadisə zamanı özü ilə birlikdə 5 nəfərin xəsarət aldığını xatırlayıb. Məcid Adıgözəlov 1990-cı il mayın 19-da kolxozda işləyən vaxt Xocavənd rayonunun Binədərəsi kəndi yaxınlığında girov götürüldüyünü bildirib. Aldığı xəsarətlərə görə səhhətinə zərər dəyib, nəticədə yaddaş problemi yaranıb. Vaqif Əliyev 1993-cü il iyulun 29-da Ağdamda əsir götürüldüyünü, avqustun 23-də azad olunduğunu qeyd edib. Əsirlikdə olduğu müddətdə döyülüb, işgəncələrə məruz qalıb. Zərərçəkmiş şəxslər Elməddin Mirzəyev və Babək Abdunov Ermənistan silahlı qüvvələrinin basdırdığı minaların partlaması nəticəsində yaralandıqlarını bildiriblər.

Digər zərərçəkmiş şəxslər Fazilə Hacıyeva, Baloğlan Salmanov, Azər Musayev, Səmiyəddin Əsgərov, Ziyad Cəfərov, Rafiq Quliyev müxtəlif vaxtlarda Ermənistan silahlı qüvvələri tərəfindən girov, Qabil Süleymanov, Fərhad Fərhadov, Altay Abdullayev, Ərəstun Kərimov, Rizvan Əsədov, Rafiq Paşayev, Mehman Bayramov isə müxtəlif tarixlərdə əsir götürüldüklərini bildiriblər. Onlar döyülüb, işgəncələrə məruz qalıblar.

Malik İsfəndiyarov, Elgiz Qarayev, Eşqin Allahyarov, Tağı Adıgözəlov, Rəhbər Məmmədov, Vaqif Hüseynov, İlham Abdullayev, Pərvin Orucov, Qabil Yusifov, Oruc Hüseynov, Samir Sadıqov, Samir Əmirov, İsmayıl Poladov isə ayrı-ayrı vaxtlarda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralandıqlarını bildiriblər. Maxruq Məmmədova və Bəxtiyar İbrahimov Ermənistan silahlı qüvvələrinin atdığı mərmilərin partlaması nəticəsində evlərinin zərər gördüyünü qeyd ediblər. İxtiyar Rəhimov Ağdamda yaşadığı evə mərmi düşdüyünü bildirib. Nəticədə evə zərər dəyib, qızı isə hadisə zamanı keçirdiyi qorxu və stresdən iflic olub, hələ də müalicə alır.

Mirmövsüm Eynalov ifadəsində 44 günlük müharibə zamanı iki dəfə yaralandığını söyləyib. Bəxtiyar Nağıyev isə 1994-cü ildə yaralı vəziyyətdə əsir götürüldüyünü, Şuşada 1 il 10 ay saxlanıldığını deyib. Digər zərərçəkmiş şəxslər Dilşad Quliyeva, Arif Quliyev, Ülfət Abbasov, Güllər Hüseynova, Məhəmməd Vəliyev, Bahar Sultanova, Ələkbər Məmmədov, Adil Məmişov, Zöhrab Teymurov, Əkbər Əkbərov, Zibər İbrahimova Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində müxtəlif vaxtlarda zərər çəkdiklərini bildiriblər.

Zərərçəkənlər təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və öz nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi iyulun 25-də davam etdiriləcək.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri