Icma.az
close
up
RU
Ermənistan İranı qurban verir Tehran təcili hərəkətə keçdi

Ermənistan İranı qurban verir Tehran təcili hərəkətə keçdi

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyət fonunda Ermənistanın xarici siyasətində yeni və diqqətçəkən meyillər üzə çıxıb. Rəsmi İrəvan ehtiyatlı addımlarla İsraillə münasibətləri genişləndirməyə çalışır ki, bu da İranda ciddi narahatlıq doğurub.

Globalinfo.az xəbər verir ki, Erməni KİV-lərinin məlumatına görə, dekabrın 24-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İrəvanda İsrailin ölkədəki səfiri Coel Layyonla görüş keçirib.

Görüşdə kənd təsərrüfatı, su resurslarının idarə olunması və turizm sahələrində ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub. Papoyan eyni zamanda Ermənistanın regional təşəbbüslərini – TRIPP layihəsini və baş nazir Nikol Paşinyanın irəli sürdüyü “Sülhün kəsişməsi” konsepsiyasını İsrail tərəfinə təqdim edib.

Bu görüş noyabrın 27-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın İsrailə səfərinin davamı kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, Ermənistan diplomatiyasının İsrail istiqamətində aktivləşməsi Bakı–İrəvan sülh prosesində müşahidə olunan dinamika ilə birbaşa bağlıdır. Regionda sabitliyin mümkünlüyü İrəvana Rusiyadan və İrandan asılılığı azaltmaq, Qərb və İsraillə əlaqələri yenidən nəzərdən keçirmək imkanı yaradır.

Lakin bu proseslər Tehranda kəskin narazılıq doğurub. İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti “Tramp marşrutu” adlandırılan logistika layihəsinin mahiyyət etibarilə Zəngəzur dəhlizi ilə eyni olduğunu və İranın milli təhlükəsizliyinə təhdid yaratdığını açıq şəkildə bəyan edib.

İsrailin Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin (BESA) son hesabatında isə qeyd olunur ki, İranın nəqliyyat dəhlizləri ilə bağlı sərt ritorikası Ermənistanın İsraillə yaxınlaşma planlarıyla sıx bağlıdır. Hesabata görə, Tehran bu prosesləri rejimin təhlükəsizliyi və regiondakı “qırmızı xətlərin” qorunması prizmasından qiymətləndirir.

İran üçün Ermənistan strateji əhəmiyyətə malik ölkədir. Bu ölkə İrana Avrasiya İqtisadi İttifaqına çıxış imkanı verən yeganə quru yol, eyni zamanda Azərbaycanla Naxçıvan və Türkiyə arasında fasiləsiz “türk dəhlizi”nin formalaşmasının qarşısını alan bufer zona kimi dəyərləndirilir. Ermənistanın xarici siyasətində hər hansı vektor dəyişikliyi Tehranda ekzistensial təhlükə kimi qəbul olunur.

Kostanyanın İsrail səfərindən sonra İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli media orqanlarında ritorikanın sərtləşdiyi bildirilir. Məqalələrdə TRIPP marşrutunun İranı şimaldan təzyiq altına almaq üçün İsrail, Türkiyə və Qərbin aləti olduğu iddia edilir. Tehran bu prosesləri ölkənin geosiyasi mühasirəsinin tərkib hissəsi kimi şərh edir.

İran mediası və rəsmi dairələri Ermənistanı beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməsinin yolverilməzliyi barədə dəfələrlə xəbərdar edib. Məlumatlara görə, Tehran qapalı kanallar vasitəsilə İrəvana təzyiq göstərərək, özünə sədaqətin açıq şəkildə nümayiş etdirilməsini tələb edir.

Bütün bunların fonunda Ermənistan manevr etməyə çalışaraq İrana strateji tərəfdaşlığın dəyişmədiyini və nəqliyyat layihələrinin Tehranın təhlükəsizliyinə zidd olmadığını bildirməyə çalışır. Analitiklər hesab edirlər ki, Qərbdən möhkəm təhlükəsizlik zəmanətləri olmayan İrəvan açıq qarşıdurmaya hazır deyil və İranın mümkün iqtisadi və siyasi təzyiqləri qarşısında həssas vəziyyətdə qalır.

Nəticə etibarilə, BESA analitiklərinin qənaətinə görə, İranın narahatlığı təkcə bir diplomatik səfərlə deyil, Cənubi Qafqazda “strateji dərinliyi” itirmək qorxusu ilə bağlıdır. Ermənistanın İsrailə və Qərbə atdığı hər addım Tehranda rejimin mövcudluğu prizmasından dəyərləndirilir və TRIPP/Zəngəzur dəhlizi məsələsi bu qarşıdurmanın əsas mərkəzində qalmaqda davam edir.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 01:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri