Icma.az
close
up
RU
“Ermənistan konstitusiyasını dəyişmədən sülh sazişi mümkün deyil” DEPUTAT

“Ermənistan konstitusiyasını dəyişmədən sülh sazişi mümkün deyil” DEPUTAT

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Ermənistanın ədliyyə naziri Srbui Qalyan bildirib ki, Konstitusiya Dəyişiklikləri üzrə Şurada hələlik Müstəqillik Bəyannaməsinə istinad və Konstitusiyanın birinci fəslinə dair məsələlər müzakirə olunmayıb.

O, bu barədə jurnalistlərlə söhbətində məlumat verib.

Onun sözlərinə görə, Şuranın iclasları artıq daha tez-tez keçirilir və son iclasda bir neçə məsələ səsverməyə çıxarılıb, bəzi ifadələrin formulu müəyyənləşdirilib. Yaxın həftələrdə isə ictimaiyyətə Şuranın fəaliyyəti barədə məlumat vermək üçün maarifləndirici kampaniyaya başlanması planlaşdırılır.

Görəsən, bu, ictimaiyyətə hesablanmış açıqlamadırmı, yoxsa məsələ doğrudan da gündəmdə deyil?

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli mövzunu belə şərh edib:

“Bəlli olduğu kimi, bu məsələ ilə bağlı Ermənistan cəmiyyətində bir neçə istiqamətdə ziddiyyətlər dərinləşməkdədir.

Xüsusilə revanşist qüvvələrə, kilsəyə yaxın media orqanları və siyasi qruplar həm kommunikasiyaların açılması, həm də Konstitusiya dəyişiklikləri məsələsində hakimiyyətə qarşı sərt tənqidlər və ittihamlar irəli sürürlər. Bu baxımdan, mövcud açıqlamaları ictimai rəyə hesablanmış bir mesaj kimi qiymətləndirmək olar. Əslində isə, Ermənistan Konstitusiyasının 1-ci preambulası ilə bağlı geniş müzakirələrin aparılması tamamilə absurd görünür, çünki orada cəmi bir ifadənin dəyişdirilməsinə ehtiyac var.

Sadəcə bir sözün Konstitusiyadan çıxarılması problemi həll etməyə kifayət edir. Ermənistan bu məsələni öz hüquqi mexanizmləri ilə həll etməlidir – Azərbaycan bu mexanizmləri təqdim etməyə borclu deyil.
Nəticə etibarilə, Konstitusiyadan ərazi iddialarını əks etdirən müddəaların çıxarılması və bu iddiaların keçmişdə qalması sülh prosesinin əsas və dəyişməz şərti olaraq qalır.

Bütün bu proseslərin fonunda, Ermənistanın xarici işlər naziri bəyan edir ki, “biz Azərbaycanla sülh sazişinin imzalanacağı tarix və yer barədə məsləhətləşməyə hazırıq””.

Deputat hesab edir ki, bu bəyanat, daxili auditoriyadan çox, xarici auditoriyaya yönəlib.

“Ermənistan bu yolla sülhpərvər imicini qorumağa çalışır. Amma reallıqda, Konstitusiyada Azərbaycanın mövqeyinin nəzərə alınmaması və bu mövzuda səsləndirilən açıqlamalar Ermənistanın sülhə səmimi şəkildə meyilli olmadığını göstərir. Ermənistan Konstitusiya dəyişmədən sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir. Bu həm Azərbaycana, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan mesajdır.

Eyni zamanda, Ermənistan düşünür ki, bu yolla ölkəmizə qarşı beynəlxalq təzyiqləri artırmağa nail ola bilər. Lakin Azərbaycanın prinsipial mövqeyi dəyişməz qalır.
Xatırladaq ki, Vaşinqtonda imzalanan sənədlər zamanı Azərbaycanın Konstitusiya ilə bağlı haqlı tələbləri hətta ABŞ prezidenti Donald Tramp tərəfindən də dəstəklənmişdi.

Bu səbəbdən, Ermənistanın bu istiqamətdəki manevrlərinin real nəticə verəcəyi inandırıcı deyil. Ola bilər ki, bu bəyanatlar daxili auditoriyanı sakitləşdirmək üçün müəyyən effekt versin, amma uzunmüddətli perspektivdə heç bir nəticə əldə olunmayacaq.

Çünki sülh sazişi imzalanmayıbsa, istənilən an yeni problemlərin yaranması ehtimalı qalır”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Oktyabr 2025 07:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see152

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see140

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Tramp: ABŞ əl Malikinin baş nazir olacağı halda İraqı dəstəkləməyəcək

28 Yanvar 2026 02:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri