Icma.az
close
up
RU
Ermənistan müdafiə nazirinin Bakıya qarşı ərazi iddiası Nə baş verir?

Ermənistan müdafiə nazirinin Bakıya qarşı ərazi iddiası Nə baş verir?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın müdafiə naziri Suren Papikyanın Azərbaycanla bağlı son açıqlaması müzakirələrə səbəb olub.

Papikyan delimitasiya və demarkasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistana ərazi təhvil verə biləcəyini söyləyib. Nazir dəqiq hansı ərazidən söhbət getdiyini açıqlamasa da, bunun Başkənd olduğu güman edilir.

Ümumilikdə, son zamanlarda Ermənistan KİV Qazaxın 4 kəndi və Kərkinin növbəti demarkasiya prosesində Başkəndlə mübadiləsinin mümkün olduğunu yazır.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Papikyanın “Azərbaycanın əraziləri geri qaytarmaq imkanını görürəm” fikri sadəcə rəsmi ritorika deyil, həm də İrəvanın strateji gözləntilərinin açıq ifadəsidir:

“Onun vurğuladığı kimi belə bir təşəbbüsün delimitasiya və demarkasiya komissiyaların işi vasitəsilə həyata keçirilə biləcəyi məsələsi isə faktiki olaraq diplomatik və hüquqi mexanizmlərin önəmini göstərir. Lakin burada diqqət edilməli nüanslar var. Papikyanın ifadələri, əslində, Ermənistanın iddialarının yalnız Başkənd ətrafı ilə məhdudlaşmadığını da göstərir. Sərhəd məsələlərində İrəvanın niyyətləri daha geniş və çoxqatlıdır. Demarkasiya prosesinin nəticələri həm strateji, həm də siyasi balanslara təsir edə bilər.


Qabil Hüseynli

Azərbaycan ərazilərinə dair bu cür açıqlamalar, eyni zamanda tərəflər arasında etimadın formalaşdırılmasının nə qədər mürəkkəb bir proses olduğunu ortaya qoyur. Diplomatiya yalnız kağız üzərində deyil, həm də bölgədəki aktorlarının hərəkətləri və qarşılıqlı mövqelərin təhlili ilə ölçülür. Burada əsas məsələ odur ki, delimitasiya və demarkasiya sadəcə xəritə üzərindəki xətləri müəyyən etməklə yekunlaşmır. Bu, hər iki tərəfin siyasi iradəsi, təhlükəsizlik zəmanətləri və gələcək münasibətlərin çərçivəsini də müəyyən edir.

Papikyanın açıqlaması Ermənistandakı daxili ritorikanın əks-sədası olmaqla yanaşı, həmçinin Bakı-İrəvan münasibətlərində yeni mərhələnin xəbərçisidir. Bu mərhələdə hər iki tərəfin mövqeləri, diplomatik addımları və strateji hazırlığı gələcək sülh və təhlükəsizlik prosesinin uğurunu müəyyən edəcək”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri