Ermənistan Naxçıvan istiqamətində hücum xarakterli istehkamlar inşa edir FOTO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Silahlı Qüvvələri Naxçıvan istiqamətində bunker və beton tipli hücum xarakterli istehkamlar inşa edir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "GSSR44" Telegram kanalı yayıb.
Kanal sübut kimi ərazidə çəkilən fotoları da paylaşıb. Fotolardan aydın görünür ki, ermənilər çoxməqsədli istehkamların ikisinə yeni təminat yolu çəkib.
Bir-biri ilə əlaqəsi olan bu istehkamlar Naxçıvanın bir neçə kilometrliyində yerləşir.
Xatırladaq ki, Ermənistan şərti sərhədin digər istiqamətlərində də mühəndis istehkam işləri aparıb.
Bizim.Media

Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir FOTO
05 Fevral 2025 02:40
Ermənistan Naxçıvan istiqamətində fəallaşdı Yeni müharibə başlayır?
09 Yanvar 2025 06:03
Naxçıvan istiqamətində növbəti yenilik FOTO
11 Dekabr 2024 11:20
Naxçıvan istiqamətində növbəti yenilik:
11 Dekabr 2024 11:26
Ermənistan ordusu Tovuz istiqamətində fəallaşdı FOTO
07 Aprel 2025 09:12

