“Ermənistan nəqliyyat yollarının açılması barədə Bakıya təkliflər göndərib” Xandanyan AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“İrəvan Kazan danışıqlarından sonra nəqliyyat yollarının açılması ilə bağlı təklifləri Bakıya göndərib və indi cavab gözləyir”.
“AzPolitika” xəbər verir ki, bunu yerli mətbuata parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan bildirib.
Parlament üzvü konkret hansı təkliflərdən söhbət getdiyini açıqlamayıb.
İki gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlament tribunasından Kazanda keçirilən danışıqların təfərrüatlarını açıqlayaraq, Ermənistan və Azərbaycanın regional kommunikasiyaların açılması ilə bağlı hər iki tərəf üçün məqbul həll variantının ola biləcəyini bəyan edib.
“Biz bu təklifi yazılı şəkildə Azərbaycana çatdırmışıq”, - deyə Paşinyan bildirib. Ancaq o da təkliflərin məzmununu açıqlamayıb.
“AzPolitika.info”
Baxış sayı:105
Bu xəbər 15 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















