Icma.az
close
up
RU
ERMƏNİSTAN NİYƏ SÜRƏTLƏ SİLAHLANIR? “Paşinyan bu dəfə onlayn yox, canlı olaraq təslimçi sazişə imza atmalı olacaq”

ERMƏNİSTAN NİYƏ SÜRƏTLƏ SİLAHLANIR? “Paşinyan bu dəfə onlayn yox, canlı olaraq təslimçi sazişə imza atmalı olacaq”

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Ermənistanın sürətlə silahlanması regionda sülhə əsas təhdidlərdən biridir. Ermənistan ümumdaxili məhsula nisbətdə hərbi xərcləri böyük olan ölkələr sırasında ilk yerlərdədir”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib. “2025-ci il üçün Ermənistanın hərbi xərclərinin 1.7 mlrd dollardan çox olması nəzərdə tutulub, bu isə ÜDM-in 5% həcmindədir”, - o əlavə edib.

Ekspertin sözlərinə görə, təhlillər göstərir ki, Ermənistanın hərbi xərcləri daha çoxdur: “2024-cü il iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər 36 ədəd “SEZAR” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imzalayıblar. Bu sistemlərin hər birinin qiyməti 5,5 milyon avrodur. Belə ki, İrəvan bu sistemlər üçün 36 artilleriya sistemi və 155 mm-lik mərmi əldə edərək nə az-nə çox, 200 milyon avro xərcləyib. Fransanın Ermənistanla gələcəkdə “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı müqavilə imzaladığını nəzərə alsaq, iki ölkə arasında silahların alınması ilə bağlı müqavilələrin 400 milyon avrodan artıq olacağını söyləyə bilərik”.

Z.İbrahimli xatırladır ki, artıq Ermənistan 600 milyon dollarlıq silah sifarişi ilə Hindistanın bir nömrəli silah idxalçısına çevrilib. “Hələ İrandan gizli silahlanma ilə bağlı məlumatlar da var”, - o qeyd edib.

Politoloq hesab edir ki, Ermənistan, sanki sülhə yox, yeni müharibəyə hazırlaşır, intensiv şəkildə fortifikasiya qurğuları, hərbi təchizatı genişləndirir, xarici ölkələrlə birgə təlimlər təşkil edir: “Ermənistanın bu siyasəti bilavasitə revanşa hazırlaşmaqdı, sadəcə bu revanşist siyasət sülh çağırışları ilə pərdələnir. Fransanın himayəsi ilə sürətli silahlanma Ermənistanın region ölkələri üçün təhdid mənbəyi olaraq qalmasına hesablanıb və İrəvandan xarici maraqların icraçısı statusunda istifadə edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də Azərbaycan TV-lərinə müsahibəsində açıq şəkildə bəyan etdi ki, Ermənistanın sürətlə silahlanması hazırda sülhə ən böyük əngəldir. Bu silahlanma siyasəti sülh gündəliyinə ziddir və daha çox xarici ölkələrin maraqlarına hesablanıb. Buna görə Ermənistan silahlanmaya son qoymalıdır, Ermənistana verilən silahlar geri qaytarılmalıdır. Yalnız bu halda Ermənistanın sülh gündəliyində qaldığını söyləmək olar”.

Zaur İbrahimli vurğulayır ki, Paşinyan silahı geri verməklə, silahlanmaya son qoymaqla gerçəkdən sülhə can atdığını nümayiş etdirməlidir. “Yox, əgər Ermənistanın Baş naziri yenidən müharibə-müharibə oynamaq fikrinə düşübsə, onda bu dəfə onlayn yox, canlı olaraq təslimçi sazişə imza atmalı olacaq”, - o qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Fevral 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri