Icma.az
close
up
RU
Ermənistan ordusunda hələ də Paşinyanın tapşırıqlarını qulaqardına vuran generallar var Polkovnik

Ermənistan ordusunda hələ də Paşinyanın tapşırıqlarını qulaqardına vuran generallar var Polkovnik

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ermənistanın daxilindəki vəziyyət, ölkənin siyasi və hərbi strukturunu ciddi şəkildə sarsıdır. Baş nazir Nikol Paşinyan ötən il başladığı hərbi təmizləmə əməliyyatlarına bu il də davam edir. Son günlərdə Ermənistan ordusunun yüksək vəzifəli zabitlərindən biri olan Baş Qərargah rəisinin sabiq müavini general-leytenant Tiran Xaçatryan həbs edilib. Xaçatryan Paşinyanın istefasını tələb edən generallardan biri idi və onun həbsi Paşinyanın ordudakı nəzarətini möhkəmləndirmək məqsədini daşıyır".

Bunu Redaktor.az-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov son günlər Ermənistan ordusunun Azərbaycan mövqelərini tez-tez atəşə tutması bağlı danışarkən dedi.

"Bu günlər Ermənistan ordusunda hələ də Paşinyanın tapşırıqlarına ciddi yanaşmayan, o tapşırıqları qulaqardına vuran generallar var. Ondan əlavə, bu atəşkəsin müxtəlif istiqamətlərdə pozulması başqa dövlətlərin sifarişi ilə həyata keçirilir. O dövlətlər, hansılar ki, hələ də Qarabağın Azərbaycanın yurisdiksiyasına qayıtmasına, bəzən iynəli, ibarəli münasibət bildirirlər, həmin dövlətlərdir. Ermənistan heç nəyə nail ola bilməz və onun silahlanması da özü üçün növbəti fəlakətdir, çünki Ermənistan gözəl bilir ki, Azərbaycan bu müddət ərzində kifayət qədər ciddi silah-sursat alıb, ordusunu gücləndirib".

Polkovnikin sözlərinə görə, Paşinyan və Ermənistanın siyasi rəhbərliyi, bu hərbi silahlanma və xarici dəstəyə baxmayaraq, Azərbaycanın güclü hərbi reaksiyasından ehtiyat etməlidir.

"İndi bunlar silah almaqla heç nə edə bilməz. Ermənistanı Azərbaycana qarşı şüuraltı çox hazırlayacaqlar. Bu ölkələr arasında Fransa, Rusiya, Amerika, Yunanıstan, Cənubi Koreya, Hindistan kimi başqa ölkələr də var. Ona görə Ermənistanın bu hərəkətləri özündən başqa kiməsə bir ziyan gətirməyəcək. Ermənistan yenə də gözləyir ki, Azərbaycan onu və ordusunu cəzalandırsın və ondan sonra ağlını başına yığsın. Ermənistan Azərbaycandan lazım olan "şapalağı" almayıb. Ona görə bu günləri bu hərəkətlərə yol verir", - deyə Üzeyir Cəfərov bildirdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Yanvar 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri