Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

2026 cı ildə gözlənilən iqtisadi təhdidlər TƏHLİL

2026 cı ildə gözlənilən iqtisadi təhdidlər TƏHLİL

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il Azərbaycan iqtisadiyyatında 2,9% artımın baş verəcəyi deyillir. ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 75,8%-ə çatacağı, neft-qaz sektoru üzrə ÜDM istehsalının real ifadədə 2,4% azalacağı gözlənilir. “Azərilayt” markalı xam neftin 1 barrelinin qiyməti 65 ABŞ dolları nəzərdə tutulub. İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə orta illik inflyasiya göstəricisinin 2026-cı ildə 4,8%, illik inflyasiyanın 5,7% təşkil edəcəyi gözlənilir.
Əlbəttə, ilin ilk günlərinə görə bütün bunların doğrulmayacağını söyləmək düzgün deyil. Lakin bilavasitə neftin dünya bazar qiymətləri ilə əlaqədar gözlənilən əndişələr, həmçinin ölkə daxilində istehlak qiymətlərinin nümayiş etdirdiyi yüksəliş tendensiyası böyük narahatlıq yaradır. Çünki hər şey mənfi istiqamətə start götürüb.
Birincisi, neftin qiymətləri ABŞ tərəfindən təxminən 10 illik fasilədən sonra nəzarətin yenidən ələ keçirilməsi sayəsində bu il gözlənildiyindən aşağı ola bilər. 2016-cı ilədək məhz belə idi: Dünya neft bazarlarında qiymətlər Vaşinqtonun diqtəsi ilə müəyyən olunurdu. Çünki Səudiyyə Ərəbistanı adı çəkilən ölkənin dedikləri ilə "durub-otururdu". Lakin 2015-ci ildən sonra bu "izdivac" pozuldu. O səbəbdən ki, başda Səudiyyə olmaqla bütün neft ölkələri üçün ucuzlaşmanın “döşəmə həddi” var: 55-60 ABŞ dolları. Odur ki, 2016-cı ilin ikinci yarısından etibarən aparıcı neft hasilatçısı olan ölkələri OPEC+ çətiri altında birləşərək bazara nəzarəti ələ aldılar. Və ortaq qərarlar ilə qiyməti 60 dollar, hətta bunun bir az da üzərində möhkəmləndirdilər. Bu səbəbdən də 10 il idi ki, gəliri neft satışına bağlı ölkələrdə sabitlik hökm sürürdü.
Ancaq ABŞ-nin Venesuelada idarəetməni ələ keçirməsi ilə 2026-cı ildə bazar yenidən iri neft hasilatçısı ölkələrinin nəzarətindən çıxa bilər. Bu il qiymətlərin 60 dollardan aşağı düşəcəyi qaçılmaz görünür. Bu, ölkəmizin iqtisadiyyatına, mövcud makroiqtisadi göstəricilərə birdən-birə təsir etməyəcəksə də, müəyyən etdiyimiz 65 dollar qiymətini endirməyə məcbur qoyacaq.
Müəllifin digər yazıları:
Yeni İlə köhnə yeni vergi ilə | ŞƏRH
İlin iqtisadi narahatlıqları
Pensiya sistemindəki əsas "təhlükə"
Ölkə daxilində istehlak qiymətlərinin birdən-birə nümayiş etdirdiyi cüzi yüksəlişə gəlincə, buna heç də məhz “Aİ-92” ilə dizel yanacağının bahalaşmasının zəmin yaratdığını deməzdim. Onun təsiri hələ bir müddət sonra özünü göstərəcək. Məsələ bundadır ki, 2025-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7% təşkil edirdi. Və yola saldığımız 2025-ci il ümumiyyətlə, inflyasiyanın nisbətən yüksəlişə meyilli olması ilə yadda qaldı. İl başlayandan bu rəqəm hər ay artırdı. İllik inflyasiya səviyyəsi yanvarda 5.4%, fevralda 5.5%, martda 5.9%, apreldə və mayda isə 6.3% olmaqla yalnız mayın yekununa görə sabit qalmışdı.
Yeri gəlmişkən, 2018-2021-ci illər ərzində ölkə üzrə qiymət artımı səviyyəsi 10%-i keçmədiyi halda, 2022-ci ildə bu rəqəm birdən-birə 14%-ə yaxınlaşmış, 2023-cü ildə 8.8%, ötən il isə 5%-ə yaxın təşkil etmişdi. Yəni, 2023-2024-cü illərdə proses zəifləmişdi. 2025-ci ildə il ölkədə iqtisadi artım zəif oldu. Bu özünü ilin əvvəlindən göstərməyə başlamışdı. İlin ortasına doğru isə vəziyyət nisbətən düzəldi. Lakin problem köklü və dərin xarakter daşıdığından vəziyyət əvvəlki kimi yenə kövrək qalmaqda davam etdi. Cari ildə bu tendensiyanın davam edəcəyi qorxusu var, xüsusən də neftdən gəlirlərimizin azalacağı fonunda... Çünki bizdə neft ucuzlaşanda həmişə inflyasiyanın sürətləndiyi nəzərə çarpıb. Bunu 2015-ci ilin təcrübəsi də təsdiq edir.
Bəs nə etmək lazımdır?
Birinci növbədə ölkədə ÜDM istehsalı azalması qarşısını almaq, sonra isə artmasının qayğısına qalmaq və buna məhz qeyri-neft-qaz sektorunun hesabına nail olmaq həmişəki kimi pioritet vəzifə olaraq qalır. Nəzərə almaq vacibdir ki, infyasiyanı sürətləndirən idxaldır. Neftin dünya bazarlarında ucuzlaşması idxalı stimullaşdırır. Ona görə də xarici ticarət dövriyyəmizdə dönüş yaratmalıyıq. Bunun üçün isə ölkədə işgüzar aktivlik artmalı və genişlənməlidir.
Proqnozların reallaşmasının bir sıra xarici və daxili amillərin dəyişimindən asılı olacağı rəsmən də etiraf olunur. Qeyd edilir ki, qlobal iqtisadiyyatda geosiyasi gərginliyin yüksək qalması, fraqmentasiya və tariflər üzrə ticarət müharibələri şəraitində əmtəə və maliyyə bazarlarında dalğalanmalar inflyasiyaya artırıcı təsir göstərə bilər. Ticarət tərəfdaşlarında inflyasiya səviyyəsindən əlavə nominal effektiv məzənnənin mümkün ucuzlaşması da inflyasiya üzrə xarici risk faktorlarından sayılır.
Daxili faktorlardan isə yerli xərc amillərinin aktivləşməsi qeyd olunur. Ancaq, bütün bunlara rəğmən, 2026-cı ildə hər halda makroiqtisadi sabitlik pozulmayacaq.

Pərviz Heydərov
Azvision.az üçün
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Yanvar 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri