Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Ermənistan parlamentinin çağırışı: gerçək sülh və siyasi kollaps

Ermənistan parlamentinin çağırışı: gerçək sülh və siyasi kollaps

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Qurumun bəyanatı və konstitusiya dəyişikliyi üçün zərurət məntiqi

Məlum olduğu kimi, Ermənistan parlamenti oktyabrın 2-də hakim “Vətəndaş sazişi” partiyası üzvlərinin təşəbbüsü ilə irəli sürülmüş “Ermənistan və Azərbaycan arasında sülhün qurulması haqqında” bəyanat layihəsini müzakirəyə çıxarıb və sənəd qəbul olunub.

Əvvəlcə bəyanatda əksini tapmış məqamlar barədə söz açaraq deyək ki, sənədin ən mühüm cəhəti orada hər iki ölkə ictimaiyyətinə, siyasət, elm və mədəni dairələrinə keçmiş münaqişəni simvolizə edən, yaxud onu yenidən gündəmə gətirmək və alovlandırmaq məqsədi daşıyan ritorikadan çəkinmək çağırışının yer almasıdır. Çağırışın məqsədi yaradılmış sülhün davamlılığını və etibarlılığını təminat altına almaqdır ki, Cənubi Qafqaz rifaha qovuşsun. Həqiqətən, təsirli və özündə səmimiyyət çalarlarını daşıyan fikirlərdir. Amma...

Həqiqətən, istənilən qeyri-müəyyənlik şübhəli məqamlar doğurur. Ona görə sülhün əsas komponenti mütləq olmalıdır. Ən böyük komponent isə rifahdır. Başqa sözlə desək, Azərbaycan və Ermənistan arasında məhz xalqların rifahını hədəf seçmiş əməkdaşlıq qurulmalıdır. Elə bir əməkdaşlıq ki, Cənubi Qafqazı vahid iqtisadi orqanizm halına gətirsin. Elə bir orqanizm ki, özünüqoruma instinkti formalaşdırsın. Belə bir instiktin mövcudluğu potensial destruktiv meyilləri beşiyindəcə boğacaq, barış mühitini müqavimət qabiliyyətli sistem halına gətirəcək.

Məsələn, Avropa İttifaqı ölkələrini götürək. Mahiyyətcə, qitə bir-birinə zəncirvari bağlı iqtisadi düzənə malik olduğundan, loru dildə desək, kimsə domino daşlarından birini götürə bilmir. Axı hər şey dağıla bilər. Nəticədə heç kəs Avropa ölkələrinin artıq tarixə çevrilmiş ədavətlərini xatırlamır. Regionumuz da oxşar struktura sahiblənməlidir. Bu prizmadan yanaşsaq, bəyanatdakı fikirlər xeyli əhəmiyyətlidir: “Milli Assambleya, həmçinin vurğulayır ki, Ermənistan və Azərbaycan arasında sülhün qərarlaşması iqtisadi rifah və inkişaf üçün yeni imkanlar açır. Barışın institusional şəkildə təsisi Ermənistanın həyati maraqlarına xidmət edir. Qurulmuş sülhü daha da möhkəmləndirmək üçün isə səylər göstərilməlidir”.

* * *

Deyə bilmərik, Ermənistanda diqqətə çatdırdığımız, daha doğrusu, bəyanatda əksini tapan məqamları düşünənlərin sayı nə qədərdir. Amma hər bir halda, ölkə parlamentinin addımını müsbət qiymətləndirmək mümkündür. Sənədin keçmiş münaqişəni simvolizə etməyin, yaxud onu yenidən gündəmə gətirməyin və alovlandırmağın yolverilməzliyi məntiqinə gəlincə, məsələ son dərəcə önəmlidir. Axı Ermənistanda neçə-neçə elm xadimi var ki, məhz “Artsax” mövzusunda müdafiə edib elmlər namizədi və ya elmlər doktoru adı alıb. Eyni tendensiya ölkənin mədəni mühitinə də hakimdir. Saxta “artsaxşünaslar”, hətta siyasət arenasında da təmsil olunmaqdadırlar. Heç şübhəsiz, hay hakim komandasının tərkibində də onlardan var.

Ümumən, “Dağlıq Qarabağ” Ermənistanın ictimai, mədəni və elmi həyatına, kifayət qədər, daxil olmuş ifadədir. Amma erməni Milli Assambleyasının bəyanatının keçmiş münaqişənin simvolizə edən ritorikadan çəkinmək çağırışının fonunda daha vacib məqam var ki, ona ən sonda nəzər salacağıq. Hələlik isə “Vətəndaş sazişi”nin parlamentin müzakirəsinə çıxardığı bəyanatda daha nələrin yer aldığından söz açaq.

Beləliklə, sənəddə, eyni zamanda, bildirilib ki, bu il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi paraflanıb. “Əslində, Ermənistan və Azərbaycan arasında sülh qurulub. “Vətəndaş sazişi” hesab edir ki, Milli Assambleya bu faktı rəsmi şəkildə tanımalı və bəyanat qəbul etməklə, sülhü dəstəkləməli, bütün maraqlı tərəfləri onu möhkəmləndirməyə və inkişaf etdirməyə çağırmalıdır”, – deyə hakim partiyanın parlament çoxluğunun rəhbəri, deputat Hayk Konjoryan bildirib.

Konjoryan qeyd edib ki, bəyanat layihəsi Ermənistan parlamentinin Vaşinqtonda Prezident İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannaməyə dəstək məramına söykənir. Onun sözlərinə görə, ali qanunverici orqan sözügedən sənədlə Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılmasının dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında həyata keçiriləcəyini, regionda və qonşuluqda sülhün, sabitliyin və rifahın təşviqini qiymətləndirir: “Bu kimi səylərə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz kommunikasiya daxil olacaq, bunun qarşılığında isə Ermənistan beynəlxalq və daxili kommunikasiya baxımından faydalar əldə edəcək”.

Bəyanatda isə o da vurğulanır ki, Ermənistan ABŞ və qarşılıqlı müəyyənləşdirilmiş digər tərəflərlə əməkdaşlıq edəcək və öz ərazisində “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlı bağlantı layihəsinə uyğun birgə çərçivə müəyyənləşdirəcək. Bakı və İrəvan arasında sülhün yaradılmasına əhəmiyyətli töhfəsinə görə Prezident Trampa təşəkkürün ifadəsini tapdığı sənəddə insanların dözülməz iztirablarına səbəb olmuş münaqişədən sonra Ermənistan və Azərbaycan xalqlarının mehriban qonşuluq münasibətləri qurması üçün şəraitin yarandığı mesajı da verilir.

* * *

Gələk digər məqama. Deməli, Ermənistan parlamentinin detallarını açıqladığımız bəyanatının müzakirəsində qurumun 107 deputatından 66-sı iştirak edib. Sənəd onlardan 2-nin bitərəf qalması, 64-nün isə lehinə səs verməsi ilə qəbul olunub. Bitərəflərin kimlər olduğu açıqlanmır. Nəzərə alsaq ki, layihəni hakim “Vətəndaş sazişi” partiyası irəli sürüb, onu müsbət qiymətləndirənlərin mütləq çoxunun məhz bu qurumu təmsil etdikləri birmənalıdır.

O da məlumdur ki, Ermənistan parlamentinin iki müxalifət fraksiyasının heç biri səsverməyə qatılmayıb. Söhbət tərkibi daşnaklardan ibarət “Şərəfim var” fraksiyasından və ölkənin üçüncü prezidenti Serj Sarkisyanın tərəfdarlarından ibarət “Ermənistan” blokundan gedir. İkinci fraksiyanın deputatları sənədin həqiqi sülhlə əlaqəsinin olmadığını və respublikanın həyati maraqları üçün zəruri sayılan siyasi, hüquqi və təhlükəsizlik tələblərinə cavab vermədiyini iddia ediblər. Digər müxaliflər isə bildiriblər ki, parlamentin məlum bəyanatı yalançı sənəddir, geosiyasi avantürizmin məhsuludur, birtərəfli güzəştlər aşılayır və milli maraqları ticarət və qeyri-müəyyən gələcək barədə vədlərə qurban verən boş ümidlər toplusudur.

Əlbəttə, Ermənistanda indiyədək də əks düşərgə nümayəndələrinin iqtidar partiyasının təşəbbüslərinə indiki kimi sərt münasibətlərinin şahidi olmuşuq. Digər tərəfdən, hakim komandanın təmsilçilərinin onları müxalifət saymadıqlarını da bilirik. Məsələn, bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan demişdi ki, rəhbərlik etdiyi qurumda müxalifət yox, işi yalnız hər şeyin əleyhinə getmək olan təbəqə var. O, həmçinin parlamentin növbəti tərkibində real müxalifətin yer alacağına ümid bəslədiyini də dilə gətirmişdi.

A.Simonyanın mesajı müstəsna önəm daşıyır. Təsadüfi deyil ki, erməni Milli Assambleyasının hazırkı tərkibi qurumun haqqında söz açdığımız bəyanatla açıqladığı mütərəqqi məramın əhəmiyyətini heçə endirir. Təsəvvür edin, regionda sülh kimi həyati mövzunun müzakirəsinə parlamentin, demək olar, yarısı qatılmır. Bu, adi qarşılana bilməz. İstər-istəməz, sənədin legitimliyi şübhə altına düşür. Bəs vəziyyətdən çıxış yolu varmı?

Suala birmənalı cavab tapmaq mümkünsüzdür. Hesab edirik ki, hər şey böyük ölçüdə baş nazir Paşinyan iqtidarının qətiyyətindən və erməni xalqının iradəsindən asılıdır. Görünən isə budur ki, erməni hakim komandası parlamentin təsiri ilə həm də xalqın iradəsinin formalaşmasına səy göstərir. Sənədin vacibliyini əsaslandıran növbəti məqam da elə budur.

Bəli, Ermənistan parlamentinin bəyanatı, eyni zamanda, erməni cəmiyyətinə mesajdır. O cəmiyyətə ki, orada revanşist və şovinist qüvvələr var. O cəmiyyətə ki, tərkibində Milli Assambleyanın sənədini, bir növ, boykot edən müxalif kəsiminin tərəfdarlarını da birləşdirir. Başqa sözlə desək, xalq sülh və barış tərəfdarları ilə revanşistlər arasında seçim etməlidir. Seçim isə gələn il nəzərdə tutulur. Söhbət, 2026-cı ilin yayında ölkə parlamentinə keçiriləcək seçkilərdən gedir.

Deməli, indiki bəyanat həm də müəyyən mənada indikatordur. Ona reaksiyalara nəzərən erməni cəmiyyətinin sülh və ya müharibə istədiyini müəyyənləşdirmək olar. Ancaq bu yanaşma da nisbidir. Çünki əksər təbliğat vasitələrinin Rusiyanın təsirində olduğu Ermənistanda media elə təqdimatlar yayır ki, bir anlıq bütövlükdə erməni xalqının barışdan tam uzaq olduğuna dair təsəvvür formalaşır. Ancaq Paşinyanın geniş sosial şəbəkə auditoriyasından gələn siqnallar tamamilə fərqli mənzərənin mövcudluğundan xəbər verir.

Göründüyü kimi, vəziyyət xeyli mürəkkəbdir. Mürəkkəbliyi şərtləndirən daha bir məqam da var. Sonda həmin məqamdan söz açmaq üçün məlum bəyanatın keçmiş münaqişəyə aid simvolikaların qabardılmasının yolverilməzliyinə dair çağırışına qayıdaq. Əvvəldə “Dağlıq Qarabağ” ifadəsinin özünün də onilliklər ərzində davam etmiş konflikti yenidən gündəmə gətirmək və alovlandırmaq təmayülünü vurğuladıq. Əslində, ölkəmizin rəhbərliyinin də məqsədi budur ki, Ermənistan Azərbaycanla münaqişə məntiqindən tam uzaq dursun. Rəsmi Bakının Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən paraflanmış sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü konstitusiya dəyişikliyi şərti də bundan qaynaqlanır.

Bir halda ki, münaqişə simvolikasından uzaq durulmalıdır, ən böyük simvolika Ermənistanın İstiqlaliyyət Bəyannaməsindədir. Ölkənin Əsas Qanunu isə həmin bəyannaməyə istinad edir. Deməli, istinadın ümumxalq səsverməsi – referendum yolu ilə aradan qalxması vacibdir və bu, erməni Milli Assambleyasının bəyanatının ruhuna uyğundur. Yaxşı olar ki, baş nazir Paşinyan və tərəfdarları problemin köklü həllinə qol çırmasınlar.

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Oktyabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri