Icma.az
close
up
RU
Ermənistan partlayış nöqtəsində: Kilsə dövlət savaşı həlledici mərhələyə daxil oldu

Ermənistan partlayış nöqtəsində: Kilsə dövlət savaşı həlledici mərhələyə daxil oldu

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Tural İrfan: “Qaregin din adı altında Rusiyanın siyasi planlarını həyata keçirir”

“Eçmiədzin Ana Kilsəsinin (kafedral) azad edilməsi prosesi başlanıb”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

Söhbət bütün ermənilərin katolikosu II Qareginin vəzifəsindən uzaqlaşdırılmasından gedir.

Paşinyan vurğulayıb ki, Eçmiədzin Ana Kilsəsinin azad edilməsi prosesi başlayıb, davam edir və qaçılmaz olaraq nəticəyə çatacaq: “Eçmiədzin mərkəzi meydanında mitinq məsələsi hələ də gündəmdədir, görəcəyik”.

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Tural İrfan Sherg.az-a açıqlamasında Ermənistanda kilsə və dövlət mübarizəsinin artıq gərginlik həddinə çatdığını bildirib. Onun sözlərinə görə, bu son və həlledici məqamdır:

“Məlum idi ki, Ermənistanda Kilsə açıq şəkildə Rusiyanın və digər xarici qüvvələrin siyasi maraqlarını güdür və onların dəstəyi ilə hakimiyyəti dəyişib fərqli fiqurları gətirmək istəyir. Uzun müddətdir ki, baş nazirin komandası keşişlərlə mübarizəyə zaman sərf edir. Kilsə artıq Ermənistanın sülh siyasətinə də ciddi maneə yaradır və bölgədə gərginliyə səbəb olur. Kilsə xadimləri demək olar ki, dindən başqa hər şeylə məşğul olurlar. Bu prosesə də Qaregin başçılıq edir. Onun vəzifəsindən uzaqlaşdırılması üçün kifayət qədər dəlillər var. Dini ənənələrə zidd həyat tərzi yaşadığı nəinki baş nazir tərəfindən, hətta fərqli siyasi qrup liderləri tərəfindən də artıq səsləndirilib. Qaregin din pərdəsi altında siyasi iddialar irəli sürür və dövlət içində ikinci dövlət olaraq Kilsəni görür. Lakin indiki hakimiyyət isə dinin dövlətdən ayrı olaraq yalnız mənəvi məsələlərdən məsul olduğunu göstərir”.

Artıq Eçmiədzində Ana Kilsənin istismarçı qüvvələrdən azad edilməsi prosesinə başlanıldığını vurğulayan T.İrfan qeyd edib ki, Ermənistan daxilində siyasi güc balansı ideoloji yöndən Paşinyanın irəli sürdüyü ideyalar üzərindən dəyişəcək:

“Artıq Kilsə türk, müsəlman düşmənçiliyi aşılayaraq bölgədə yalnız qanı, soyqırımı körükləyə bilməyəcək. Artıq Ermənistanda Kilsə xristian dininin təhrif olunaraq mənfi obrazda təqdim olunmasına son verməli olacaq. Kilsə - hakimiyyət qarşıdurmasının dərinləşməsi yalnız xarici güclər, əsasən Rusiya vasitəsilə baş verə bilər. Əks halda daxildə Kilsənin elə də böyük potensialı, sosial bazası yoxdur. Eçmiədzində keçiriləcək mitinqlər də həmçinin, xarici güclərin və agentlərin hesabına təxribat xarakteri ala bilər. Əks halda Kilsə tərəfdarları hakimiyyət üçün ciddi təhdid yaratmaq iqtidarında deyillər. Ümid edirəm ki, hakimiyyət keçiriləcək mitinqlərin təxribat xarakteri almaması üçün ölkə daxilində lazımi qabaqlayıcı tədbirləri görüb. Belə olduğu halda, əgər xarici təsirlərin qarşısı alınsa, bir neçə günə Ermənistanda Kilsə - hakimiyyət qarşıdurması həllini tapa bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri