Icma.az
close
up
RU
Ermənistan Qazax istiqamətində artilleriya TOPLAYIR Azərbaycan təxribatı cavabsız QOYMAYACAQ! VİDEO

Ermənistan Qazax istiqamətində artilleriya TOPLAYIR Azərbaycan təxribatı cavabsız QOYMAYACAQ! VİDEO

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Son günlərdə Azərbaycan-Ermənistan şərti sərhədinin Qazax hissəsində Ermənistan ordusunun aktivləşdiyi müşahidə olunur.
Turkustan.az xəbər verir ki, bu barədə “caliber.az” məlumat yayıb.
Belə ki, şərti sərhəddə müşahidə olunan hərəkətlər İrəvanın Azərbaycan yaşayış məntəqələri yaxınlığında taktiki fəaliyyətinin yeni mərhələyə keçdiyini əyani şəkildə göstərir. Üstəlik, bu hərəkətlər təsadüfi xarakter daşımır. Əksinə, onlar sərhəd bölgəsində vəziyyətin sabitliyini pozmağa və gərginlik ocaqları yaratmağa yönəlmiş sistemli addımların davamıdır.
Təxribat faktları
Aprelin 7-də saat 18:15-də Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında, şərti sərhəddən təxminən 115 metr aralıda ön mövqelərdən birində erməni tərəfinin fəallığı qeydə alınıb. Belə ki, bu postda iki erməni hərbçi olub, onlardan biri qəsdən iriçaplı atıcı silahı Azərbaycan ərazisinə tuşlayıb. Həmin silahdan atəş açılmasa da, bu addımın özü belə açıq-aşkar nümayişkaranə və təxribat xarakteri daşıyıb.
Bu cür addımlar cəbhə xəttində aqressiyanın təzahürü və ya epizodik improvizasiya deyil. Bu, hər bir hərəkətin hesablandığını göstərir və idarə olunan gərginlik yaratmaqla taktiki təzyiq formalaşdırmaq planının bir hissəsidir.
Yəni Ermənistan psixoloji təsirə arxalanır. Onlar göstərmək istəyir ki, “təhlükə göz qabağındadır, lakin formal pozuntu yoxdur”. Bu davranış modeli İrəvana arxa planda sabitliyi pozarkən üzdə “sabitlik” obrazı yaratmağa imkan verir. Ona görə də bu addım bütün təmas xətti boyunca vəziyyəti tədricən gərginləşdirmək strategiyasına daxil edilmiş siqnaldır.
Artilleriya qurğuları Qazax istiqamətində yerləşdirilir
Aprelin 7-də Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı ərazidən qeydə alınan digər bir hadisə isə daha çox narahatlıq doğurur. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin şərti sərhəddən təxminən 6 kilometr aralıda yerləşən mövqeyinə 12 artilleriya qurğusunun - 122 mm-lik D-30 haubitsalarının yerləşdirilməsi qeydə alınıb. Nisbətən köhnə olan bu artilleriya sistemləri Azərbaycan ərazisinin dərinliklərində yerləşən hədəfləri, o cümlədən həm hərbi obyektləri, həm də mülki infrastrukturu vurmağa qadirdir.

Silahların Azərbaycan ərazisindəki hədəflərə yönəldilməsi prinsipial əhəmiyyət kəsb edir. Çünki bu, avadanlığın saxlanması və ya manevri ilə bağlı deyil. Sözügedən addım, faktiki olaraq Ermənistanın həmin silahlardan istifadə etmək imkanını formalaşdırdığını göstərir.
Maraqlıdır ki, şərti sərhədə yaxın ərazidə yerləşdirilən bu silahlar sovet istehsalıdır. Ancaq əsas məsələ həmin silahların mənşəyi deyil, yerləşdirildikləri mövqelərdir. Kadrlardan da göründüyü ki, həmin haubitsalar sərhəd zonasındakı mövqelərə yerləşdirilir. Bu kontekstdə təxribat üçün hazırlıqların getdiyi aydın görünür.
Bu halda məntiqi sual yarana bilər:
Niyə Fransa və Hindistanın Ermənistana tədarük etdiyi müasir modellər deyil, köhnəlmiş artilleriya sistemləri ön plana çıxarılır?
Məlum olduğu kimi, Paris və Yeni Dehli son vaxtlar Ermənistanın müasir silahlarla təchiz olunması üçün səylərini artırıblar. Sualın cavabı isə bəllidir. Köhnə model haubitsalar Ermənistan ordusuna daha yaxşı inteqrasiya olunub və onlar mürəkkəb texniki dəstək tələb etmir. Üstəlik, onların vəzifəsi hədəfin yüksək dəqiqliklə məhv edilməsini təmin etmək deyil, daimi mövcudluğu göstərmək və təhlükənin vizual elementini saxlamaqdır.
Müasir sistemlər isə çox güman ki, daha konkret tapşırıqlar üçün dərinliklərdə, ehtiyatda cəmləşib. Yəni, təzyiq üçün köhnə, real addımlar üçün isə yeni texnikalardan istifadə nəzərdə tutulub.
Təxribat cavabsız qalmayacaq
Lakin həm Ermənistan rəhbərliyi, həm də onun müttəfiqləri başa düşməlidirlər ki, Azərbaycan düşmənin bütün fəaliyyətini izləyir. Azərbaycan lazımi kəşfiyyat resurslarına malikdir və baş verənlərlə bağlı müvafiq kəşfiyyat təhlilləri aparılır. Yəni Ermənistanın bu cür təxribat xarakterli addımlarının nəyə hesablandığı bəllidir.
Ancaq Azərbaycan bu oyuna getməyəcək. İstənilən halda, Ermənistanın şərti sərhəddə aktivləşməsi təsadüf hesab oluna bilməz. Onlar sinxron şəkildə hazırlıqlarını davam etdirirlər.
Təbii ki, təhlükəsizliyimizə, xüsusən də dinc əhaliyə qarşı hər hansı bir təxribat törədilərsə, Azərbaycan Ordusu bunu cavabsız qoymayacaq. Çünki Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti həmişə dəqiq, balanslaşdırılmış və mütənasib olub. Əgər erməni tərəfi birbaşa təxribata gedirsə, o zaman bilməlidir: Azərbaycan qətiyyətli cavab verməyə hazırdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Aprel 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri