Icma.az
close
up
RU
Ermənistan rəhbərliyi 44 günlük savaş dövründə

Ermənistan rəhbərliyi 44 günlük savaş dövründə

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ambartsumyan nələri açıqladı və...

44 günlük müharibə dövründə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru vəzifəsini müvəqqəti icra etmiş Mikael Ambartsumyan quruma rəhbərlik etdiyi zaman kəsiyi barədə ilk dəfə, özü də ətraflı şəkildə danışıb, bir sıra məqamları açıqlayıb. O məqamlar savaş müddətində Ermənistan rəhbərliyinin yaşadığı dramatik durumu göstərir. Əlbəttə, indi Ambartsumyanın meydana çıxması da maraqlıdır və bu barədə yazımızın sonunda söz açacağıq. Hələlik isə onun konkret nələri açıqladığına diqqət yetirək.

Birincisi, M.Ambartsumyan bildirib ki, 44 günlük müharibədə baş nazirin sərxoş olduğuna dair söz-söhbətlər uydurmadır. “Mən belə bir şey eşitməmişəm. Bu, sadəcə, doğru deyil. O, ayıq və nizamlı vəziyyətdə idi və daim iş başında olurdu. Hətta gecələr də qərargahda görüşlər, iclaslar keçirirdi”, – deyən Ambartsumyan baş nazirin savaş günlərində onun hesabatlarını şəxsən qəbul etdiyini vurğulayıb: “Hesabat vermək lazım olanda, o, iclası dayandırır, diqqətlə (ona) qulaq asır və dərhal göstərişlər verirdi. Bütün proses belə gedirdi. Elə bir göstəriş olmamışdı ki, oradan baş nazirin ölkə əleyhinə hansısa qəsdin içində olduğu nəticəsinə gəlinsin”.

İkincisi, Ambartsumyan 2020-ci il oktyabrın ortalarına doğru cəbhədə vəziyyətin xeyli pisləşməyə başladığını vurğulayıb. “19 oktyabrda Təhlükəsizlik Şurasının iclasında Onik Qasparyan (Ermənistanın o zamankı baş qərargah rəisi – red.) rəsmi şəkildə bildirdi ki, vəziyyət kritikdir, biz uduzuruq və müharibəni dayandırmaq üçün bütün mümkün resurslardan istifadə etmək lazımdır. Müdafiə naziri David Tonoyan da bunu təsdiqlədi”, – deyən sabiq direktor baş nazirin nəyə görə döyüşləri dayandırmadığı barədə heç nə bilmədiyini deyib: “Bu suala cavab verə bilmərəm. Mən ölkə rəhbərinin nə etdiyini və ya nə planlaşdırdığını biləcək mövqedə deyildim. 19 oktyabr tarixinə qədər Rusiya Prezidenti Vladimir Putinin müharibəni dayandırmaq təklifi barədə də xəbərdar deyildim. O vaxt biz onun (Paşinyanın – red.) Rusiya Prezidenti ilə nə danışdığını eşitmirdik”.

Üçüncüsü, Ambartsumyan müharibə dayandırılmadıqca vəziyyətin sürətlə pisləşməsindən söz açıb. “Problemlər qar topu kimi böyüyürdü. Vəziyyət getdikcə idarəolunmaz olurdu və nəticədə Azərbaycan qüvvələri cənub istiqamətindən irəliləyərək Şuşaya qədər gəlib çıxdılar”, – deyən sabiq direktor həmin dövrdə Rusiyanın atəşkəs təklifindən sonra müharibənin niyə dayandırılmadığını tez-tez düşündüyünü dilə gətirib: “Bu əsas sual idi və ona səthi yanaşmaq olmaz. Səbəblər daha dərin ola bilərdi. Bəzən düşünürdüm: bəlkə qərar qəsdən gecikdirilir? Yəni Stepanakertin (Xankəndi - red.) əldən çıxmasınımı gözləyirlər? Əlbəttə, belə fikirlər yaranırdı. Necə yaranmasın ki, hər şeyin hara getdiyini görürdük”.

Dördüncüsü, M.Ambartsumyan dramatik şəraitdə baş nazir Paşinyanı həbs edib ölkəni kapitulyasiyadan xilas etmək fikrinin olub-olmadığına dair sualı cavablandırıb. O, belə niyyətin olmadığını və olmasının qeyri-mümkünlüyünü açıqlayıb: “Bəzən mənə deyirlər: niyə həbs etmədiniz? Amma belə deyənlər, sadəcə, MTX sisteminin necə işlədiyini və onun hansı səlahiyyətlərinin olduğunu bilmirlər. Nə hüquqi, nə də faktiki əsasımız yox idi ki, belə addım ataq”.

Beşincisi, Ambartsumyan deyib ki, Paşinyan həbs olunsaydı, müharibə Rusiya vasitəsilə daha tez dayandırıla bilərdi. “Mən narahatlığımı həmkarlarımla bölüşürdüm. Bəli, bu, belə idi. Amma məsələ heç vaxt elə səviyyəyə qaldırılmadı ki, həbs qərarı kimi bir şey müzakirə olunsun”, – deyən sabiq rəsminin sözlərinə görə, baş nazirin qəsdən ölkəni məğlubiyyətə aparmaq istədiyinə dair birbaşa sübutlar olmadıqca, onun həbsi kimi radikal addım atmaq qəbuledilməz idi: “Əgər aydın olsaydı ki, rəhbərlik bilərəkdən ölkəni məğlubiyyətə aparır, o zaman hərəkətsizlik cinayət olardı. Amma insan, sadəcə, səhv edir və ya bacarıqsız hərəkət edirsə, bu, başqa məsələdir. Mən deyə bilmərəm ki, o (Paşinyan - red.), qəsdən belə edib”.

Altıncısı, M.Ambartsumyanın fikrincə, Paşinyanın əsas və bəlkə də ölümcül səhvi müharibəni dayandırmaması idi. “Əgər xəstə ölmək üzrədirsə, həkim müalicə üsuluna qərar verir. Bizim halda “həkimlər” müdafiə naziri və baş qərargah rəisi idi. Əgər onlar deyirdilərsə ki, müharibə uduzulub və çıxış yolu qalmayıb, amma rəhbər yenə də döyüşləri dayandırmırdı, deməli, çox ciddi suallar yaranır”, – deyən MTX-nın sabiq şefi əlavə edib ki, döyüşlərin dayandırılması yalnız Rusiyanın səyləri sayəsində mümkün olub və “Rusiya Ermənistanı satdı” kimi iddialar böhtandır: “44 günlük müharibə zamanı Ermənistan üçün Rusiyadan çox iş görən başqa bir ölkə olmayıb. Məhz onun sayəsində müharibə Stepanakertə (Xankəndi – red.), bəlkə də Ermənistanın öz ərazisinə qədər davam etmədi. Azərbaycan istəsəydi, Hadrutu və Qorisi bir neçə günə ala bilərdi, amma bu, baş vermədi və bu, xeyli dərəcədə Rusiya amili ilə bağlı idi”.

Yeddincisi, M.Ambartsumyan bilavasitə Rusiyanın Ermənistana qarşı xəyanət yolu tutduğuna dair iddialara da münasibət bildirib və deyib ki, belə bəyanatlara çox ehtiyatla yanaşılmalıdır: “Bəzən elə təəssürat yaranır ki, insanlar Rusiyanın bizi tam “himayəsinə” götürməli və bütün problemlərimizi həll etməli olduğunu düşünürlər. Amma biz özümüz Qarabağ üçün nə etmişdik? Əgər siyasi rəhbərlik yüksək tribunadan Qarabağın Azərbaycan torpağı olduğunu deyirsə, bizdən hansı addımları gözləmək olar? Üstəlik, rəhbərlik Qarabağdakı soydaşlarımızla əlaqəni demək olar ki, tam kəsmişdi. Bunu da unutmamaq lazımdır. Əlbəttə, Rusiya daha sərt addımlar ata bilərdi, amma Ermənistanın öz dəstəyi olmadan ondan, oradakı insanlardan çox şey tələb etmək düzgün deyildi”.

Sonda əvvəldə qaldırdığımız məsələyə qayıdaq. Əlbəttə, M.Ambartsumyan ehtiyatlı davranır. Yəni başqaları kimi, erməni iqtidarını aşkar şəkildə günahlandırmaq yolu tutmur. Görünür, bu kimi ritorikanın cəmiyyətdə əks–effekt verməsi təcrübəsindən xəbərdardır. Ancaq Ambartsumyanın üzərində dayandığı başlıca məqam var. O, böyük ölçüdə Ermənistan üçün Rusiya ilə bağlılıq ideyasının təbliğatını aparır. Əlbəttə ki, bunu subliminal şəkildə edir və çalışır ki, açıqladığı fikirlərə şərh verməsin. Daha doğrusu, o, nəticəyə gəlməyi erməni cəmiyyətinin öz ixtiyarına buraxır.

Deməli, indiki məqamda Ambartsumyanın meydana çıxması heç də təsadüf sayılmamalıdır. O, Paşinyan iqtidarını devirməyə çalışanların cəbhəsindədir. Bu cəbhənin nə dərəcədə uğur qazanacağı, yaxud Ambartsumyanın dediklərinin həmin cəbhənin uğuru baxımından hansı mahiyyət daşıyacağı isə zamanla bilinəcək.

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri