Icma.az
close
up
RU
Ermənistan sabah bu iki seçimdən birini edəcək: Sülhü, ya da…

Ermənistan sabah bu iki seçimdən birini edəcək: Sülhü, ya da…

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Sabah Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə bu ölkənin daxili siyasi həyatının növbəti mərhələsi deyil. Bu seçki bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasına, regional əməkdaşlığın perspektivlərinə və sülh prosesinin taleyinə təsir göstərə biləcək mühüm siyasi hadisədir.
Məhz buna görə də seçkilər yalnız İrəvanda deyil, regionun və dünyanın müxtəlif siyasi mərkəzlərində diqqətlə izlənilir. ABŞ, Avropa İttifaqı, Rusiya, İran, Türkiyə və Azərbaycan üçün bu seçkinin nəticələri müxtəlif geosiyasi mənalar daşıyır”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
O bildirib ki, bu seçkinin ən böyük əhəmiyyəti Ermənistanın özü üçün olacaq: “Çünki sabah erməni seçicisi faktiki olaraq yalnız siyasi partiyalar arasında deyil, iki fərqli gələcək arasında seçim edəcək.
Sülh, yoxsa qeyri-müəyyənlik?
2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra regionda tamamilə yeni geosiyasi reallıq formalaşıb. Azərbaycan hərbi-siyasi müstəvidə yeni vəziyyət yaradıb və sonrakı mərhələdə diqqəti regionda dayanıqlı sülhün təmin edilməsinə yönəldib.
Bakının irəli sürdüyü əsas gündəlik aydındır: Azərbaycana qarşı ərazi iddiasından imtinanı nəzərdə tutan konstitusiya islahatı, Zəngəzur dəhlizi və digər kommunikasiyaların açılması, Naxçıvanla Bakı arasında maneəsiz gediş-gəlişin təmin olunması,  iqtisadi əməkdaşlığın genişləndirilməsi və regionun qarşıdurma məkanından əməkdaşlıq platformasına çevrilməsi. Bu baxımdan sabahkı seçkilər müəyyən mənada Ermənistanın sülhə, yoxsa yenidən gərginlik siyasətinə üstünlük verəcəyini göstərəcək.
Bakı və Ankara üçün əsas məsələ nədir?
Azərbaycan və Türkiyə üçün əsas məsələ Ermənistan daxilində hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən daha çox, yeni hakimiyyətin sülh prosesinə münasibətidir.
Bakı və Ankara üçün əsas prioritet bölgədə düşmənçilik səhifəsinin bağlanması və bunun üçün qonşulara qarşı ərazi iddialarından imtina, iqtisadi əməkdaşlığın genişləndirilməsi və kommunikasiya xətlərinin açılmasıdır.
Eyni zamanda Bakı Ermənistanın onilliklər ərzində həyata keçirdiyi siyasəti də unutmur. Bu səbəbdən Azərbaycanın yanaşması emosiyalara deyil, konkret hüquqi və siyasi təminatlara əsaslanır.
Ermənistanın qarşısında duran strateji seçim
Ermənistan bu gün mürəkkəb seçim qarşısındadır. Bir tərəfdə regional inteqrasiya, yeni iqtisadi imkanlar, nəqliyyat marşrutlarının açılması, investisiyaların cəlbi və qonşularla normal münasibətlər yolu dayanır.
Digər tərəfdə isə geosiyasi qarşıdurmaların davam etməsi, xarici güclərin rəqabət meydanına çevrilmək, vassal, kimlərinsə əlində alət olmaq rolunu oynamaq,  iqtisadi məhdudiyyətlər və uzunmüddətli qeyri-müəyyənlik riski… Bu baxımdan indi sülhün açarı İrəvandadır.Nəticə etibarı ilə sabahkı seçkilər Ermənistan vətəndaşlarının hansı gələcək modelinə üstünlük verəcəyini göstərəcək.
Bu baxımdan sülh prosesinin növbəti mərhələsinin sürəti və nəticəsi böyük ölçüdə İrəvanda veriləcək siyasi qərarlardan asılı olacaq.
Bakı bütün ssenarilərə hazırdır
Sabahkı seçkilərdən sonra hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycan öz milli maraqlarına əsaslanan siyasətini davam etdirəcək.
Bakı həm sülh gündəliyinin irəliləməsinə, həm də mümkün risklərin idarə olunmasına hazırdır. Lakin Ermənistan üçün vəziyyət fərqlidir. Çünki bu seçkilərin nəticələri ölkənin gələcək inkişaf trayektoriyasına, regional layihələrdə iştirak imkanlarına və beynəlxalq mövqeyinə birbaşa təsir göstərəcək.
Məhz buna görə də sabahkı səsvermə adi parlament seçkisi deyil. Bu seçki Ermənistanın gələcək onilliklərdə hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək strateji qərardır.
Əslində seçki bülletenində yazılan adlardan daha vacib olan məsələ Ermənistanın hansı yolu seçəcəyidir: regional əməkdaşlıq və inkişaf yolu, yoxsa yeni risklər və qeyri-müəyyənliklər yolu.
Bu suala cavabı isə sabah Ermənistan seçicisi verəcək”.
Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 İyun 2026 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri