Icma.az
close
up
RU
Ermənistan sərhəddə döyüş hazırlığı görür: İrəvan Bakıya savaş elan edir? Zahid Orucdan mühüm açıqlama

Ermənistan sərhəddə döyüş hazırlığı görür: İrəvan Bakıya savaş elan edir? Zahid Orucdan mühüm açıqlama

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son vaxtlar verilən sülh bəyanatlarına baxmayaraq, Ermənistan hökumətinin hərbi hazırlıqları yeni bir münaqişənin qaçılmaz olduğunu göstərir. Caliber nəşrinin məlumatına görə, apreldə Ermənistan Azərbaycana qarşı  müharibəyə başlamağı planlaşdırır. Bu vəziyyət, beynəlxalq ictimaiyyətin diqqətini regiondakı təhlükəsizlik məsələlərinə yönəldir və Azərbaycanın sərhədlərində yeni bir hərbi qarşıdurmanın baş vermə ehtimalını artırır. Ermənistanın bu hərbi hazırlıqları, regionda müharibə təhdidini gündəmə gətirir və regionun sabitliyi üçün ciddi narahatlıq doğurur.

Bu barədə Moderator.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc  qeyd edib ki, Ermənistanın siyasi rəhbərliyinin müharibə mövzusunu istismar etməsi ilk dəfə deyil və faktiki olaraq ötən dövr ərzində  iki paralel siyasət yürüdülür: 

“Bir tərəfdən, Ermənistanın hərbi hazırlıqları sürətlənir, bölgəni daha çox militaristləşdirmək üçün silahlanma prosesinə davam edilir. Bununla yanaşı, beynəlxalq qüvvələrin və üçüncü dövlətlərin bölgəyə gətirilməsi üçün müxtəlif cəhdlər həyata keçirilir. Digər tərəfdən isə, Ermənistan sülh danışıqları və barış anlaşmalarının hazırlanması adı altında, faktiki olaraq bu prosesi bir növ ört-basdır edərək, öz maraqları üçün istifadə etməyə çalışır. Sülh mövqeyini qəbul etmək, Ermənistanın beynəlxalq aləmdə üstünlük əldə etməsinə imkan verir, çünki bu mövqe, regionda baş verən münaqişənin həllində onların iştirakını təşviq edir. Bu təzyiq və manipulyasiya, xüsusilə ABŞ-dan Avropaya qədər bir sıra dövlətlərin və beynəlxalq təşkilatların həyata keçirilməsi ilə daha da güclənir. Ermənistana sülh danışıqlarına daxil olmaqdan imtina etməsi vəziyyətində, bu, düzgün başa düşülməzdi və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməzdi. Digər tərəfdən, biz çox yaxşı bilirik ki, faktiki olaraq Avropa Sülh Fondu məhz bu məqsədlərlə yaradılmışdı ki, o adı altında Qərb dairələrinin Ermənistana gələcək strateji mənada NATO-ya hazırlığı üçün proseslərin bütün maliyyə məsrəflərini ödəsinlər. İlkin olaraq 10 milyon  avro vəsait kömək göstərmişdir. Doğrudur, bunun təyinatı etibarilə ayrı məsələlərə yönəlib və dərhal bundan ordu qurmaq, tank, top almaq da qeyri- mümkündür. Avropa Birliyi Azərbaycanla münasibətləri qoruyub saxlamaq və hər bir tərəfə eyni nəzərlərlə yanaşdığını göstərmək üçün açıq mənbələrdən belə yardımları da həyata keçirilməsi qeyri -real idi. Lakin onu da söyləyək ki, Avropa Birliyi ilə olan razılaşmaların məxfi tərəfləri də mövcuddur və şübhəsiz, biz bu gedən prosesləri görürük ki, nə dərəcədə Qərb dairələri Ermənistanı hərbi cəhətdən himayə etməyə çalışırlar”.

Millət vəkili vurğulayıb ki, məqsəd açıq bir şəkildə rəsmi İrəvanı hər hansı müdafiədən çox bölgədə Qarabağ savaşının yaratdığı yeni geosiyasəti önləmək, Prezident İlham Əliyevin strateji liderliyində formalaşan yeni arxitekturanın bu və ya digər formada qarşısını almaqdır:

“Lakin ən başlıcası İkinci Qarabağ müharibəsi nəticəsində müxtəlif dövlətlərin bölgədən çıxmasını sanki indiki bu qeyd edilən addımlarla geri döndərməkdi,  onlara təzədən bu hüquq qazandırmaqdır, o statusu əldən verməməkdir. Minsk qrupu da Vətən müharibəsi nəticəsində ortadan qalxıb və bu, qlobal bir nəticədir. Heç kim bu cür siyasi monopolistlərin əlindən, necə deyərlər, nüfuz dairəsindən özünü kənarlaşdıra bilmir. Ancaq onlar indi digər adlar altında da bölgəyə qayıdırdılar. Ona görə də Ermənistan  faktiki olaraq hətta Azərbaycanın Xankəndi zirvəsindən və orada yaşayan ermənilərin ərazini könüllü tərk etməsi , həmçinin Ermənistan içərisində kritik kütlə yetişdirərək hakimiyyətə zərbələr vurması niyyətindən, o əhalinin İrəvana aparmaları fonunda belə yenə də Ermənistan özünün bəlli bir xəttindən imtina etməyibdir.  Lakin digər tərəfdən Bayden və Blinken dönəmində bəllidir ki, Ermənistan hərbi cəhətdən həm keçirdiyi təlimlərə görə, həm də müxtəlif hərbi rütbəli şəxslərin gəlib Ermənistan ordusunda yenidənqurma adı altında bütün proseslərə nəzarəti üzərlərinə götürmək, sanki Ukrayna savaşındakı kimi bir sıra parametrləri Qərb dövlətləri öz çiyinlərinə alırlar kimi bir siyasəti də görmüşdük. Yekun etibarilə, indi artıq qeyd olunan məlumatlar onu  göstərir ki, Azərbaycan dövlətinin sərt iradəsi ki, konstitusiyadakı məlum dəyişiklik baş verməsə, sülh müqaviləsində razılaşdırılan 15 şərtlər hələ ki, şərti mahiyyət daşıyır, o biri yandan da, hər gələn növbəti iqtidar, yəni siyasi qüvvə Paşinyanın imzaladığı sənədi tanımaya bilər.  Kollektiv Təhlükəsizlik Müqavilə Birliyində (KTMB) yer alan bəzi dövlətlər faktiki olaraq regionda hərbi mövcudluqlarını artıraraq, Azərbaycanın sərhədləri boyunca hərbi nəzarəti gücləndirirlər. Bu dövlətlər, öz strateji maraqlarını həyata keçirmək üçün sanki bir parça olan bu strukturu bölgəyə gətirərək, Azərbaycanla 1007 kilometrlik sərhəd boyunca hər bir nöqtəni müəyyən məqsədlərlə müşahidə etməyə başlayıblar. Bu müşahidə, yalnız ərazinin hərbi vəziyyətini öyrənmək məqsədini daşımır, eyni zamanda Azərbaycanın hərbi güc resurslarını və əməliyyat niyyətlərini də anlamağa yönəlib. Bu cür məlumatlar, İrəvana və KTMB çərçivəsində olan digər dövlətlərə, eləcə də NATO-nun baş qərargahına və digər aparıcı dövlətlərin siyasi mərkəzlərinə ötürülür. Beləliklə, regiondakı hərbi vəziyyətin daha da gərginləşməsi üçün məlumat mübadiləsi həyata keçirilir. Müşahidə və kəşfiyyat məlumatlarının ötürülməsi, bu dövlətlərin Azərbaycana qarşı olan hərbi əməliyyatlara hazırlığını gücləndirmək və Azərbaycanın strateji resurslarını daha yaxından izləmək məqsədini güdür”.

Z.Oruc onu da əlavə edib ki, müharibə hazırlıqları artıq dərəcədə bölgədə Azərbaycanı təxribata çəkərək beynəlxalq himayədarları qazanmaq və bölgəyə NATO-nu gətizdirmək və nəticə etibarilə regionda qarşısıalınmaz proseslərə rəvac verməkdir:

 “Çünki burada Rusiya, İran, Türkiyə aparıcı rol oynayırlar və üçüncü dövlətlərin hərbi qüvvələrinin bura gəlişi mütləq bölgədə tarazlığı pozacaqdır və buradakı təhlükəsizlik mühitinə zərbə vuracaqdır. Məsələnin ən önəmli, digər tərəfi isə ondan ibarətdir ki, Azərbaycanı bu təxribatlarda ya istəkdə günahlandırmaq “sülh danışıqları dalana dirənib, müharibə amili güclənir “ deyən Paşinyan buna qədərki dövrdə də əlbəttə, müsbət bəyanatların, bölgənin faydasına olan addımların da tərəfində olub. Azərbaycanın silahlı əməliyyatlara dair heç bir gizli planı və ya niyyəti yoxdur. Əgər belə bir sual ortaya atılarsa, Azərbaycan üçün əsas məqsəd, yalnız öz suverenliyini və ərazi bütövlüyünü qorumaqdır. Şərqi Zəngəzur ərazisi, Göyçə dağları və digər strateji bölgələrdə heç bir hərbi əməliyyat planı və ya Azərbaycan hərbi qüvvələrinin irəlilədiyi barədə görüntülər mövcud deyil. Bundan başqa, Azərbaycanın məqsədi, Ermənistanın dövlət varlığına son qoymaq və ya İrəvanı bölmək deyil. Azərbaycan heç vaxt Ermənistanın dövlət müstəqilliyini hədəf almayıb və heç vaxt bu cür ağlasığmaz versiyaları gündəmə gətirməyib. Azərbaycanın əsas məqsədi, Ermənistanın hərbi təcavüzünü dəf etmək və regiondakı sabitliyi qorumaqdır. Biz hər bir halda beynəlxalq hüququ tanıyaraq Qarabağ bütövlüyünə gəlmişik. Ona görə də Ermənistanın müharibə mövzusunu istismarında məqsəd daha artıq dərəcədə beynəlxalq siyasi, hərbi himayədarlığını qazanmaqdır və təxribatlar vasitəsilə bölgəyə NATO- nu gətirmək, Kollektiv Təhlükəsizlik Müqavilə Birliyini Gümrüdən çıxarmaq və mümkün olarsa, Avroatlantik məkana üzvlüyünü bərqərar etməkdir. Və bununla da Rusiya ilə tarixi əlaqələrini, çoxəsrlik münasibətlərini sıfırlamaq,  İrandan da qopmaq və bu bölgədə bir adaya çevirmək niyyətləridir . Belə bir fonda Ermənistan tərəfi Azərbaycan amilindən maksimum dərəcədə yararlanırlar”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Mart 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see258

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see168

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see164

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see144

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see142

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see135

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see134

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri