Icma.az
close
up
RU
Zahid Orucdan Mehdiyevlə bağlı ittihamlara REAKSİYA

Zahid Orucdan Mehdiyevlə bağlı ittihamlara REAKSİYA

Icma.az bildirir, Metbuat portalına istinadən.

"Ünvanıma yazılan böhtanın - 36 ildir həyatda olmayan atamın adını da qarışdırıb 25 ildir sədaqətlə və şərəflə gəldiyimiz yola - Ulu öndər Heydər Əliyev və qalib lider İlham Əliyev kursuna, ideallarına xidmətə böhtan və şər yaxılması bizi dövlətimizə, xalqımıza, nəhayət, Qələbəmizə dönmədən, usanmadan, son nəfəsimizədək xidmətdən geri çəkindirə bilməz".

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Zahid Oruc Ramiz Mehdiyevin şəbəkəsində adının hallanmasına dair yayılan məlumatlarla bağlı sosial şəbəkə hesabında bildirib.

“1993-cü ildən bu günədək bir əqidədə olmuşuq-fərqindəyik, çoxları ondan narahat olublar. Üstəlik, bəzən, qələm fəhləliyimizi də çoxları hansısa maraqlarına təhlükə sayıblar. Lakin indi Ramiz Mehdiyevin ağır dövləti cinayətləri və ondan bəhs edən məqalədə üstümüzə atılan böhtanı görəndə susa bilmərik.

Kimliyindən asılı olmayaraq, hakimiyyət çevrilişinə cəhd və dövlətə xəyanət ən sərt cəzaya layiqdir. Lakin hər kəs əməlinə özü cavab verməlidir və verəcək. Dövlətə və cənab Prezidentə xəyanət bağışlana bilməz. Ona görə də iki gün əvvəl söylədik: xəyanətin siyasi mənsubiyyəti və yaşı olmur. Xüsusilə xarici kəşfiyyatla əlaqəli baş verən bir qəsdin bəraəti yoxdur.

Lakin 2003-cü ildə dövlətə qarşı daş atanlar indi o silahları sədaqət və ləyaqətlə dövlətə xidmət edən Zahid Orucun adını ləkələmək üçün atırlar.

Bilin və agah olun: alnım o qədər açıqdır ki, heç bir gizli layihədə, görüşdə, xarici kəşfiyyat mərkəzləri ilə əlaqədə, yaxud dövlətimizin əleyhinə planda iştirakımız olmayıb, kimisə “ata”lıqda görməmişik, heç bir şəxsin kölgəsinə sığınıb klan, tayfa, qrup və ya siyasi birlikdə iştirak etməmişik, nəhayət, kiməsə saxta obraz düzəldib onun xəstə planlarına xidmət etməmişik. Heç vaxt ola bilməz… Qanımız və canımızla hamını əmin edirik.

Dövlətimizin etimad göstərdiyi sahələrdə fəhlə kimi çalışmışıq: gecə-gündüz, yalnız bir amalla yorulmadan işləmişik.

Bir siyasi əqidədə yol gələrkən, hər zaman möhtərəm cənab Prezidentdən yüksək ehtiram görmüşük. Yüksək ideallarla xidmət üçün bundan böyük dayağımız olmayıb.

Qoy kər kəs bilsin - zərrə qədər şübhəsi ola varsa da, inansın - mən Zahid Oruc, o böhtanlara əsas verəcək bircə əməlin sahibi deyiləm.

Tam əksinə, bir beyin mərkəzinin təmsilçisi və siyasət adamının görə biləcəyi nə varsa, onu etmişik - Prezidentə və Ddövlətə ləyaqətlə xidmət.

Əmin edirik - bizi böhtan və şərlə Rəhbərin gözdən sala bilməyəcəklər…”, - o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Oktyabr 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri