Icma.az
close
up
RU
Ermənistan SSR nin ilk “Əməkdar müəllim” olan azərbaycanlı Şəmşad Əliyev

Ermənistan SSR nin ilk “Əməkdar müəllim” olan azərbaycanlı Şəmşad Əliyev

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Qərbi Azərbaycan hər zaman elm, mədəniyyət və ziyalı mühiti ilə tanınmış diyar olub. Bu bölgə xalqımıza yüzlərlə görkəmli şəxsiyyət bəxş edib. Onlardan biri də ömrünü təhsilə və gənc nəslin maariflənməsinə həsr etmiş, dövrünün ən fədakar müəllimi kimi tanınan Şəmşad Sarı oğlu Əliyevdir. 
Şəmşad Sarı oğlu Əliyev Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Əmirxeyir kəndində dünyaya göz açıb. O, savadlı ailədə böyümüş, erkən yaşlarından elmə və maarifə böyük maraq göstərib. Dövrün çətin ictimai-siyasi şəraitinə baxmayaraq, təhsilini davam etdirərək müəllimlik peşəsinə yiyələnib. Şəmşad müəllim müəllimlik fəaliyyətinə başladığı gündən böyük fədakarlığı ilə seçilib. Onun dərs dediyi şagirdlər sonralar müxtəlif sahələrdə tanınmış mütəxəssislər, ziyalılar kimi yetişib.
Müəllimlik fəaliyyətində qazandığı uğurlar, pedaqoji işinə bağlılığı və maarifçilik sahəsində gördüyü xidmətlər nəticəsində Şəmşad Sarı oğlu Əliyev 13 noyabr 1940-cı ildə Ermənistan SSR-də “Əməkdar müəllim” fəxri adına layiq görülən ilk azərbaycanlı olub. 

Bu barədə Modern.az-a açıqlama verən tanınmış. jurnalist, filologiya üzrə fəlsəfə doktoru Şəfahət Avılbəyli qeyd edib ki,  XX əsrin ortalarında bölgədə azərbaycanlıların sıxışdırılması nəticəsində babası Şəmşad müəllim də təqiblərə məruz qaldığını və ailəsi ilə birlikdə doğma yurdunu tərk etməyə məcbur edilib.

"Babam Şəmşad Sarı oğlu Əliyev 1903-cü ildə Qazax qəzasının Dilican nahiyəsinin Əmirxeyir kəndində anadan olub. Ömrünü maarifə, insanları savadlandırmağa həsr edən Şəmşad Əliyev Ermənistan SSR-də ilk azərbaycanlı olaraq “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bu, 13 noyabr 1940-cı il tarixli fərmanla təsdiqlənib. Bizim ailəmizdə həmin sənəd bu günədək böyük qürurla qorunur. Ümumiyyətlə SSRİ məkanında “ƏMƏKDAR MÜƏLLİM” adı SSRİ Nazirlər Sovetinin qərarı ilə 1940-cı ilin yanvar ayının 11-də   təsis edilmişdir və elə həmin ilin noyabr ayında da Ermənistan SSRİ Ali Sovetinin qərarı ilə babama fəxri ad təqdim edilmişdir. Maraqlı hadisələrdən biri isə o olub ki, bu fəxri adı şəxsən Ermənistan Ali Sövetinin sədri Lalayan Misakoviçin göstərişi ilə rəsmi şəxslər tərəfindən Əmirxeyir kəndidə təqdim edilib". 

Şəmşad Əliyevin babasının müəllimlik fəaliyyətinə başlamasından da danışan Ş. Avılbəyli qeyd edib ki, babası ilk yeddiillik təhsilini Çaykənd məktəbində alıb. İstedadı nəzərə alınaraq 7-ci sinfi bitirən kimi  Əmirxeyir kənd məktəbində ilk ibtidai məktəbin əsasını qoyub. Daha sonra Basarkeçərdə kurs keçib:

"Babam eyni zamanda N.Nərimanov adına İrəvan Pedoji Məktəbinin ilk qiyabi məzunlarından biri olub.
Onun əsasını qoyduğu Əmirxeyir məktəbi sonradan bölgənin elmi-mədəni ocaqlarından birinə çevrildi. Camaat bu məktəbi sadəcə “Şəmşədın məktəbi” adlandırırdılar".

"Ən önəmlisi savadsızlığın ləğvində göstərdiyi fədakarlıq idi. Sovetlər dönəmində kolxozçuların yazıb oxuması ciddi problem idi. Məhz bu səbəbdən axşam kursları təşkil edib, bu fəaliyyətlə kəndin yaşlı nəsli də yazıb-oxumağı öyrənirdi. Onun dərs dediyi kənddə onlarla alim, professor, mühəndis, həkim yetişib. Sənədlərdən də görünür ki, babamın fəaliyyəti bütün Qaraqoyunlu dərəsinin ziyalı mühitini formalaşdırmasında xüsusi xidmətləri olub" - deyə o qeyd edib. 

Qərbi Azərbaycan, indiki Ermənsitan bölgəsində hələ həmin dövrlərdən ayrı-seçkiliyin olduğunu və bunun müəllimlərin də fəaliyyətinə təsirsiz ötüşmədiyini vurğulayan Ş. Avılbəyli qeyd edib ki, 1948-ci il deportasiyası zamanı babası da ailəsi ilə Gədəbəydə Arabaçı kəndinə köçməyə məcbur oldu:

"1940-1950- ci illərdə Krasnoselsk (Çənbərək) rayonunda Azərbaycanlı əhaliyə qarşı təzyiqlərin gücləndiyi bir dövrdə, həmin rayonun rəhbərliyində olan erməni funksionerlərlə yerli ziyalılar və icma nümayəndələri arasında tez-tez mübahisələr yaranırdı. Xüsusilə 1948-ci ildə baş verən azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası zamanı əmim Cahan Əliyev öz mövqeyini ortaya qoyaraq soydaşlarımızın köçürülməsinə qarşı çıxıb. Rayon rəhbərliyi, o cümlədən birinci katib Manuçuryanla gərgin mübahisələrinə baxmayaraq kəndlərin boşalmasının qarşısını almışdır. O, kəndlilərin torpaqla bağlı hüquqlarını müdafiə edir, “bu torpaqlar ata-baba yurdumuzdur” fikrini qətiyyətlə səsləndirirdiyindən vəzifəsindən azad edilərək təqiblərə məruz qalıb. Manucuryan və onun kimi erməni rəhbərlərin təzyiqlərinə baxmayaraq, Cahan Əliyev geri çəkilməmiş, sonadək Azərbaycan kəndlərinin boşaldılmaması üçün mübarizəsini davam etdirmişdir.Manucuryan isə bu müqaviməti “siyasi itaətsizlik” adlandıraraq nəinki Cahan əmimə, eyni zamanda babama və bütün qohum-əqrabalar qarşı təqiblərə başlamışdır. Bu hadisə həm də Qərbi Azərbaycanda ziyalıların sovet-erməni rəhbərliyinə qarşı göstərdiyi səssiz müqavimətin bariz nümunələrindən biri idi".


Babam çox təmiz, mərd və prinsipial insan olub. Dürüstlüyü və alicənablığına ,bir çox insani keyfiyyətlərinə görə  ona kənd camaatı “Peyğəmbər adam” deyirdi:
"Heç yadımdan çıxmaz 1982-ci ildə “Axırıncı Aşrım” filminə baxırdıq. Onda mənim 8 yaşım var idi. Babam filmə baxdıqca ağlayırdı və filmin yalan olduğunu deyirdi. Babam həmçinin Abbasqulu ağa Şadlinskinin taborunda hərbi xidmət keçdiyi müddətdə onun səxsi mirzəsi vəzifəsini yerinə yetirib. Onu da qeyd edim ki, ata nənəm məşur Yaqublu nəslindən olan Hüseyn ağanın qızı Əzət xanım olub. Bu ayrıca bir tarixi mövzudur. 1918-ci il erməni daşnaqlarının məhz Qaraqoyunlu mahalında köçürülmə və qırğın törətməsinin qarşısını alanlar Əzət nənəmin əmisi oğlanları, hansı ki bölgənin çox məşur  insanlar idi, adları tariximizə qızıl hərflərlə yazılmış Mustafa ağa, Qaçaq Məcid kimi qəhrəman şəxsiyyətlər idi".

"Onun qoyduğu məktəb və pedaqoji irs bu gün də Qərbi Azərbaycan pedaqoji mühitinin simvoludur deyərdim. Babamın dərs dediyi kəndin şagirdlərindən 15 nəfəri elmlər doktoru, 30-dan çoxu elmlər namizədi olub. Bu fakt onun əməyinin, fədakarlığının ən böyük göstəricisidir" - deyə sonda müsahibimiz bildirib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:275
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Oktyabr 2025 06:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri