Ermənistan sülh danışıqlarına zərbə vurur
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Bakıda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfrans öz işinə başlayıb.
Oktyabrın 9-10-da tədbir iştirakçılarının Azərbaycanın tarixi-mədəni irsi, “Xocalı Soyqırımı Memorialı”, habelə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olmaq üçün Xocalı, Füzuli, Ağdam və Laçın rayonlarına, eləcə də Şuşa şəhərinə səfərləri nəzərdə tutulub. Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və itkin düşmüş şəxslərin ailə üzvləri iştirak edirlər. Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub.
Ölkə başçısı müraciətində bildirib ki, insan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır:
“İtkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır.
Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı". Qeyd edək ki, hazırda 4 010 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 11 566 donordan bioloji nümunə toplanıb, işğaldan azad olunmuş ərazilərdə intensiv axtarış-qazıntı və ekshumasiya tədbirləri nəticəsində bu günədək 913 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları, o cümlədən 32 kütləvi məzarlıq aşkarlanıb, ümumilikdə şəxsiyyəti eyniləşdirilmiş 273 nəfər ailələrinə təhvil verilib. “Azərbaycan və Ermənistan arasında bu gün ən praqmatik məsələlərdən biri itkin düşmüş vətəndaşlarımızla bağlı Ermənistanın bizi məlumatlandırmaması, onların yerini bildirməməsidir”.
Bu fikirləri "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib. Millət vəkilinin sözlərinə görə, bu da Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətlərin ifşa olmaması baxımından onlar üçün əhəmiyyətlidir:
“Bilirik ki, itkin düşmüş vətəndaşlarımız ağır işgəncələrə məruz qalıblar. Əgər hamısını taparıqsa, onların üzərində aparılan tibbi-ekspertizanın nəticələri necə qəddar işgəncələrə məruz qaldıqları, kütləvi və ya qeyri-ənənəvi şəkildə dəfn olunduqlarını görə bilərik. Ona görə Ermənistan bunu istəmir. Çünki hər aşkar edilən itkin düşmüş nəşi Ermənistanın bir cinayətinin ifşa olunması deməkdir. Ancaq bu, insan hüquqlarına, Ermənistan-Azərbaycan münasibətlərində hazırda sülh üçün edilən cəhdlərə ziddir. Ona görə də Azərbaycan bütün hallarda bu məsələni gündəmə gətirir və onun həlli üçün Ermənistana təzyiq edir”.
Deputatın sözlərinə görə, Ermənistanın davranışı iki məsələdə sülhə böyük zərbə vurur:
“Onlardan biri Ermənistanın bu günə qədər də mina xəritələrini Azərbaycana verməməsi, ikincisi, itkin düşmüş vətəndaşlarımızla bağlı məlumatı bizə ötürməməsidir. Bu istiqamətdə müsbət addımlar atılmasa, bu, Ermənistan-Azərbaycan münasibətlərini sülh perspektivinə də ciddi ziyan vura bilər”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: sülh danışıqları Hikmət Babaoğlu
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 08 Oktyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















