Icma.az
close
up
RU
“Ermənistan sülh istəmir, vaxt qazanmağa çalışır”

“Ermənistan sülh istəmir, vaxt qazanmağa çalışır”

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər. Bəs, bu proses uğurla davam edərsə, 5 il sonra Azərbaycan–Ermənistan münasibətlərini necə təsəvvür etmək olar?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiyasının sədri Tural Abbaslı Azərbaycan–Ermənistan münasibətlərinə nikbin yanaşmadığını bildirib. Onun sözlərinə görə, Ermənistanın sülh prosesi ilə bağlı mövqeyi səmimi deyil və əsas məqsəd zaman qazanmaqdır:

“Ermənistanın bu gün sülhdən danışması, Azərbaycanla yaxınlıq nümayiş etdirməsi sadəcə taktiki addımdır. Ermənistan cəmiyyəti də Azərbaycanı dost kimi qəbul etmir, hələ də düşmən obrazında görür. Azərbaycanın səyləri nəticəsində münasibətlər müəyyən qədər yumşalıb. Artıq Ermənistana neft məhsulları göndərilir, Rusiyadan gələn taxıl Azərbaycan ərazisindən tranzitlə ötürülür. Amma bu vəziyyət Ermənistan məğlubiyyətdən sonra toparlanana qədər davam edəcək. Sonra yenidən əsl niyyətlərini ortaya qoyacaqlar”.

Partiya sədri ABŞ-ın iştirakı ilə gündəmə gətirilən TRIPP layihəsinə də ehtiyatla yanaşdığını vurğulayıb. Onun fikrincə, Ermənistan bu cür layihələrə qoşulmaqla iqtisadi dividendlər əldə etməyə çalışır:

“Bu layihələrə əməl etmək Ermənistan üçün sadəcə vaxt udmaqdır. Sülh danışıqları və yaxınlaşma görüntüsü onlara iqtisadi üstünlüklər qazandırır. Mən sərhədlərin açılmasının, gediş-gəlişin və geniş ticarət münasibətlərinin əleyhinəyəm. Yalnız tranzit məsələsində müəyyən razılaşmalar mümkün ola bilər”.

Tural Abbaslı TRIPP layihəsinin əslində Zəngəzur dəhlizi olduğunu qeyd edərək bu məsələyə də münasibət bildirib:

“Mənim üçün bu TRIPP deyil, Zəngəzur dəhlizidir. Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır. Biz oradan maneəsiz keçidin olacağını düşünürdük. İndi isə xüsusi avadanlıqlarla kimlik yoxlamalarının aparılacağından danışılır”.

O, Azərbaycan–Ermənistan münasibətlərinin yaxın illərdə müsbət məcrada inkişaf edəcəyinə inanmadığını da əlavə edib:

“5 ildən sonranı proqnozlaşdırmaq mümkün deyil. Hətta 1-2 ildən sonra münasibətlərin necə olacağını demək çətindir. Ermənistan sürətlə inkişaf edərsə, yenidən Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürəcək, təcavüzkar siyasətini davam etdirəcək. Mən nə Ermənistan dövlətinə, nə əhalisinə, nə də siyasi rəhbərliyinə inanıram”.

Qeyd edək ki, regional kommunikasiya xətlərinin açılması və yeni nəqliyyat layihələrinin icrası Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün mühüm addım kimi qiymətləndirilsə də, bu prosesin real nəticələri hələ də müzakirə mövzusu olaraq qalır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Fevral 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri