Icma.az
close
up
RU
Şəxsən mən türklərin azerilere “azeriler” deməsini dəstəkləyirəm

Şəxsən mən türklərin azerilere “azeriler” deməsini dəstəkləyirəm

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

“Yeni Sabah” yazıçı Seymur Baycanın “Əyalət sindromu haqqında” yazısını təqdim edir:

Az qala yarım əsrdir ki, Azərbaycan de-yure müstəqildir, lakin azeriler ruhda və fikirdə müstəqil ola bilmirlər. Əyalət sindromundan kəskin əziyyət çəkən azeriler, türklər tərəfindən sevilmək, türklərdən bir “malades” almaq üçün əllərindən gələni və gəlməyəni edirlər.

Hansısa bir türk serialında Azərbaycan mahnısı səsləndirilsə, Tükiyədə keçirilən hansısa bir musiqi yarışında Azərbaycan mahnısı oxunsa, məmə yeyəndən pəpə deyənə qədər küll halında şənlənirlər, sevinirlər, xoşbəxt olurlar. Qəzetlər və sosial şəbəkə səhifələri bundan xəbərlər düzəldib partapart yayırlar: “Məşhur türk serialında Azərbaycan mahnısı səsləndi. Urrraaaa!.. Ölmədik bu günü də gördük! Şükür yaradana!”. Toyuqlu pizza

Ərz edək ki, azerilerin əyalət sindromundan kəskin əziyyət çəkməsini türklər çoxdan bilirlər və həm ictimai-siyasi, həm də elə məişət müstəvisində azerilerin bu milli-psixoloji zədəsinin dərinləşməsində maraqlıdırlar.

Bir misal verək, sözsüz ki, arif adamlar, gözünün ucu ilə görməyi bacaranlar üçün bu misalda böyük ibrət dərsi vardır.

Türkiyənin Kahramanmaraş əyalətində zəlzələ baş verəndən sonra dövlət, müxtəlif təşkilatlar, şirkətlər, idarələr, həm də ayrı-ayrı vətəndaşlar tərəfindən zəlzələdən əziyyət çəkənlərə kifayət qədər kömək edildi. Ancaq nədənsə məhz bir epizod seçildi, uzun müddət gündəlikdə saxlanıldı, reklam olundu, gecə-gündüz gözlərə soxuldu.

Qırmızı üzlü yorğan-döşəyini çürük “Jiquli”yə yükləyib zəlzələyə yardım üçün qaçan bir azeri vardı: Sərvər Bəşirli.

Kimsə bu Sərvərin qırmızı üzlü yorğan-döşəyinin, çürük “Jiquli”sinin şəklini çəkmişdi. Sonra böyük bir həngamə, nəhəng bir məzhəkə başladı. Xəbərlər bu məzmunda təqdim olundu:

– Sərvər Bəşirli canlı yayında…

– Sərvər Bəşirli reklam olunmaq istəmədi. Proqramda iştirak etmədi, ancaq onun şəklini çəkən şəxsi studiyaya dəvət etmişik.

– Sərvər Bəşirlinin yorğanları maşına yüklədiyi görüntülər azzzz sonra!

– Sərvər Bəşirli Türkiyəyə dəvət olundu.

– Sərvər Bəşirli Türkiyəyə getdi.

– Türk səfiri Sərvər Bəşirli ilə görüşdü.

– Türk iş adamı Sərvər Bəşirliyə avtomobil hədiyyə etdi.

– Türk iş adamı Sərvər Bəşirlinin valideyinləriylə görüşdü.

– Sərvər Bəşirli avtomobilinə nömrə taxdı.

– Hadisə Sərvər Bəşirlini səhnəyə dəvət etdi.

– Sərvər Bəşirli Sarayda səhər yeməyinə dəvət olundu.

– Türkiyədə Sərvər Bəşirlinin avtomobilinin maketi hazırlanıb nümayiş olundu.

– Sərvər Bəşirli Sarayda alqışlandı………………………………………….

Heç özünə sual verən oldumu, niyə dövlətin və xalqın yardımları Sərvərin qırmızı üzlü yorğan-döşəklərinin bir faizi qədər qabardılmadı?

Cavab sadədir: Türkiyədə azerileri belə görürlər. Belə görmək istəyirlər. Müti, savadsız, zövqsüz… Sərvər Bəşirli bir modeldir. Belə modellər bu və ya digər formada vaxtaşırı üzə çıxmalıdır.

Bir ildər artıqdır ki, Türkiyə-Azərbaycan mövzularından bacardığım qədər uzaq durmağa çalışıram. Belə məsləhətdir. Deyilənlərə görə, əsəb hüceyrələri bərpa olunmur. Azerilerin yüngülsaqqallığına görə xəcalət çəkirəm, əsəbiləşirəm. Onsuz da, dərdim başımdan aşır. Lakin bir neçə “julik” yaşamağa imkan vermir. Çətin həyatı daha da çətinləşdirirlər. Bilirlər ki, mövzuya həssasam. Harda adamı əsəbiləşdirən, adamın qanını qaraldan xəbər, video varsa, tapıb mənə göndərirlər:

“Müəllim bunu oxu… Müəllim buna bir baxarsan”.

Etiraf edim ki, onlar məqsədlərinə asanlıqla nail olurlar. Xəbəri oxuyub, videoya baxıb əsəbiləşirəm. Belə bir qövmə aid olduğum üçün xəcalət çəkirəm. Əsəbiləşməmək, xəcalət çəkməmək mümkün olmur. Özümü saxlaya bilməyib yazı yazıram. Yaxınlarda həmin “julik”lərdən biri mənə bir link göndərmişdi. Linki açıb gördüm ki, idman saytlarından biri “Türk eksperti “Qarabağ”dan danışdı” sərlövhəsi altında bir video paylaşıb. Videoda türk ekspert “Qarabağ” haqqında nəsə çərənləyir. Axırda da “ay balam, yahşi balam” deyir. Guya Azərbaycana salam göndərir. Guya “ay balam, yahşi balam” bunun salamıdır. Azeriler de bu videonu sevinclə paylaşıblar.

Burda adamın yadına Çexovun “Sevinc” hekayəsi düşür. Təsəvvür et, səni dolayırlar, səni mədəni formada alçaldırlar, sən isə buna görə xoşbəxt olursan. Bu hal, bu qəbildən olan digər hallar artıq çoxdan normaya çevrilib. O qədər normaya çevrilib ki, kimsə bu normadan kənara çıxanda, bu normaya etirazın bildirəndə, “ayıbdı, bu qədər yüngülsaqqallıq etməyin, bir az özünüzə hörmət edin” deyəndə küll halında onu ruspərəst, türk düşməni adlandırırlar.

Azeriler heç sovet dövründə ruslara, Moskvaya bu qədər yarınmırdılar. O vaxt dil, din baryeri vardı. İndi dil, din baryeri də yoxdur. Əyalət sindromundan kəskin əziyyət çəkən azeriler mərkəzə yarınmaq üçün daha münbit şərait qazanıblar.

Türklərin azerilere “azeriler” deməsi nədənsə azerileri məhkəm cırnadır. Görəsən, niyə? Bu suala cavab tapmaqda çətinlik çəkməkdəyəm. Özü yıxılan ağlamamalıdır. Azeriler istəyirlər ki, hər cürə yüngülsaqqallıq etsinlər və türklər də bunun müqabilində onlara hörmət göstərsinlər. Belə şey olmur.

Şəxsən mən türklərin azerilere “azeriler” deməsini dəstəkləyirəm. Üzeyir Hacıbəyov, Soltan Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Aqşin Əlizadə kimi bəstəkarları ola-ola musiqisi olmayan bir ölkənin avtovağzal mahnılarına daraşanlara, hara gəldi Türkiyə bayraqları asanlara, övladına türkcə layla çalanlara, övladı ilə “türkcə” danışanlara, Mirzə Cəlilin dilini Akop Martayanın yaratdığı süni dilin ayağına verənlərə, saytları, kanalları Türkiyəyə aid mənasız, məzmunsuz xəbərlərlə dolduranlara, adı it dəftərində olmayan, iki eşşəyin arpasını bölə bilməyən ünsürləri “məşhur türk eksperti” kimi qiymətləndirənlərə və onlara tribunalar verənlərə, əl öpmək adətini Azərbaycana gətirmək istəyənlərə, Qalatasaraya və Fənərbaxçaya görə bir-birlərini təhqir edənlərə, bir-birlərinə “abi” deyə müraciəti edənlərə, türk psevdoromantizminə yoluxanlara, sevgilisindən ayrılanda “seni terkettiyse, üzülme, zaten yoktu” janrında ağlaşma quranlara azeri deyilməlidir. Azərbaycanlı adı bu adamlar üçün həddindən artıq böyük şərəfdir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Sentyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri