Icma.az
close
up
RU
Ermənistan tərəfi hələlik adekvat və inandırıcı addımlar atmır POLİTOLOQ ŞƏRH ETDİ

Ermənistan tərəfi hələlik adekvat və inandırıcı addımlar atmır POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Sülh müqaviləsi haqqında danışmaq, fikrimizcə, bir qədər tezdir. Çünki regionda və ümumilikdə dünyada baş verən proseslər olduqca mürəkkəb və qarışıq xarakter daşıyır. Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi davam edir, digər tərəfdə isə Yaxın Şərqdə, xüsusilə də İsrail ilə İran arasında gərginlik gündəmdədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, belə bir beynəlxalq şəraitdə hər hansı məsələ ilə bağlı qəti qərar qəbul etmək hələlik erkən görünür. Bu səbəbdən ehtiyatlı və təmkinli yanaşmaq daha məqsədəuyğundur: "Lakin mövcud mənzərə onu göstərir ki, əgər Ermənistan səmimi şəkildə sülh çağırışlarına cavab versə, konkret və real addımlar atsa, bu halda müəyyən irəliləyişlərə nail olmaq mümkündür. Bununla belə, Ermənistanın davranışları çox zaman ziddiyyətli və qeyri-müəyyəndir. Bəzən verilən bəyanatlar bir məna ifadə etdiyi halda, aparılan praktiki addımlar tamam fərqli mənzərə ortaya qoyur. Bu isə prosesin şəffaflığını və etibarlılığını ciddi şəkildə sual altına alır. Belə bir şəraitdə nəticəyə gəlmək çətinləşir. Çünki Ermənistan tərəfinin verdiyi açıqlamalar və səsləndirdiyi bəyanatlar nə adekvat görünür, nə də inandırıcı təsir bağışlayır. Təəssüflə qeyd etmək lazımdır ki, bu cür yanaşmalar mövcud gərginliyin azaldılmasına deyil, əksinə, onun daha da dərinləşməsinə xidmət edir. Bu səbəbdən düşünürük ki, hazırkı mərhələdə Ermənistanın davranışları çox diqqətlə analiz olunmalı, verilən hər açıqlama və atılan hər addım ciddi şəkildə qiymətləndirilməlidir.

Amma təəssüf ki, bu cür ciddi və analitik yanaşma çox zaman müşahidə olunmur. Ona görə də bu mərhələdə konkret və yekun qərarların verilməsi düzgün sayılmamalıdır. Prosesin inkişafı və tərəflərin davranışları hələ ki, gözləmə mövqeyi tələb edir. Mövcud situasiya onu göstərir ki, Ermənistan tərəfi hələlik adekvat və inandırıcı addımlar atmır və ortada sülhə doğru real irəliləyişləri təsdiqləyən heç bir ciddi əsas yoxdur. Buna görə də ən doğru yanaşma bu mərhələni zamana buraxmaq və baş verən hadisələri diqqətlə izləməkdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri