Icma.az
close
up
RU
Politoloq: Ermənistan tərəfi “dəhliz” terminindən qəti şəkildə imtina edir

Politoloq: Ermənistan tərəfi “dəhliz” terminindən qəti şəkildə imtina edir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın gömrük və pasport nəzarəti ilə bağlı israrlı təklifləri prosesin ruhuna ziddir və qarşılıqlı etimadı zəiflədir


Ermənistan Baş naziri Nikol Paşinyan “İrəvan Dialoqu” Beynəlxalq Forumunda çıxışı zamanı kommunikasiyaların açılması mövzusuna toxunub. O bildirib ki, rəsmi İrəvan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında daşımaların təşkili üçün Bakıya konkret təkliflər təqdim edib.

Paşinyanın sözlərinə görə, bu təkliflər çərçivəsində qatarların Ermənistan ərazisindən keçərək pasport və sərhəd nəzarətindən sonra Naxçıvana gedib-qayıtması mümkün ola bilər. O vurğulayıb ki, bu, Ermənistanın Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəni təmin etmək istiqamətində rəsmi və hazırda müzakirə olunan təkliflərindən biridir.

Baş nazir əlavə edib ki, Azərbaycan və Türkiyə ilə yolların açılması yalnız regional deyil, həm də qlobal miqyasda əhəmiyyət kəsb edir. Onun fikrincə, bu addım Şimal ilə Cənub, Qərb ilə Şərq arasında yeni nəqliyyat və əməkdaşlıq imkanlarının yaranmasına zəmin yarada bilər.



Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, Paşinyanın bəyanatına əsasən, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin qurulmasına dair konkret texniki təkliflər verib:


"Təklifə görə, sərnişin və yük qatarları Ermənistan ərazisindən keçərək Naxçıvana gedə, pasport və sərhəd nəzarəti prosedurlarından keçməklə geri qayıda bilər. Bu, zahirən konstruktiv təklif kimi görünür. Lakin burada bir neçə kritik detal var. Sərhəd və gömrük nəzarəti ilə keçid formatı Ermənistanın bu yolu yalnız tranzit xətt kimi deyil, tam suveren nəzarətində olan milli yol kimi qəbul etdiyini göstərir.

Təklifdə tərəflər arasında hüquqi əsas və ya qarşılıqlı hüquqi öhdəliklər nəzərdə tutulmur. Bu yanaşma 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatının 9-cu maddəsinə ziddir. Artıq neçənci dəfədir ki, Paşinyan beynəlxalq platformalarda fərqli, daxildə isə tamamilə başqa mövqe sərgiləyir. Beynəlxalq auditoriya qarşısında “dəhlizsiz” kommunikasiya açılımı təqdim olunur, lakin daxildə bu məsələ “suverenlik əleyhinə təhdid” kimi təqdim edilərək ictimai rəydə anti-Azərbaycan ritorikasını gücləndirir. Bu isə real razılaşmanın əldə olunmasına əngəl törədir.

Ermənistan tərəfi “dəhliz” terminindən qəti şəkildə imtina edir. Onların fikrincə, “dəhliz” anlayışı ərazi üzərində suverenlik itkisinə səbəb ola bilər. Halbuki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi Ermənistan ərazisinin Azərbaycana verilməsi anlamına gəlmir. Məqsəd sadəcə maneəsiz, təhlükəsiz və beynəlxalq zəmanətli nəqliyyat bağlantısının yaradılmasıdır".


Politoloq qeyd edib ki, kommunikasiyaların açılması məsələsində həm Rusiya, həm də Qərb öz geosiyasi maraqlarını qorumağa çalışır:

"Rusiya bu dəhlizi nəzarət aləti kimi görmək istəyir. Avropa isə regional tranzit marşrutların açılmasını dəstəkləsə də, Rusiyanın prosesdə həlledici rol almasından narahatdır. Ermənistan isə bu rəqabətdən faydalanaraq prosesi mümkün qədər ləngidir və status-kvonu saxlayır. Ermənistanda daxili siyasi vəziyyət də bu məsələyə mənfi təsir göstərir. Revanşist dairələr və müxalifət Paşinyanı kommunikasiya razılaşmaları ilə “Azərbaycanın maraqlarına xidmət etməkdə” ittiham edir. Bu isə hökumətin siyasi manevr imkanlarını məhdudlaşdırır.

Azərbaycan üçün Zəngəzur dəhlizi məsələsi yalnız texniki və iqtisadi məsələ deyil, həm də geosiyasi və strateji əhəmiyyətli layihədir. Bu dəhliz ölkənin Naxçıvanla fiziki bağlantısını bərpa etməklə yanaşı, Türkiyə ilə birbaşa quru yolunu da təmin edəcək. Bu isə həm regional ticarət, həm də enerji və logistika xəritəsində yeni imkanlar açır.

Rəsmi Bakı dəhlizin açılmasının 10 noyabr bəyanatına uyğun olaraq həyata keçirilməsini tələb edir. Ermənistanın gömrük və pasport nəzarəti ilə bağlı israrlı təklifləri isə prosesin ruhuna ziddir və qarşılıqlı etimadı zəiflədir".


Turan Rzayevin sözlərinə görə, Paşinyanın son təklifləri Ermənistanın kommunikasiya məsələsində müəyyən addımlar atmağa hazır olduğunu göstərsə də, bu təkliflərin arxasında real sülh iradəsi hələ də sual altındadır:

"Azərbaycan üçün əsas prinsip, Zəngəzur dəhlizinin maneəsiz, təhlükəsiz, hüquqi zəmanətli və qarşılıqlı öhdəliklərə əsaslanan formada açılmasıdır. Əks təqdirdə, bu təşəbbüslər yalnız diplomatik imitasiya xarakteri daşıyacaq.

Sülh müqaviləsinin imzalanmadığı, qarşılıqlı etimadın olmadığı şəraitdə təqdim olunan istənilən təklif sadəcə, vaxtı uzatmaq və siyasi məsuliyyəti yayındırmaq cəhdidir. Əgər Ermənistan real iradə ortaya qoymaq istəyirsə, prosesə hüquqi çərçivədə, 10 noyabr Bəyanatının müddəaları əsasında yanaşmalı, rasional və regional əməkdaşlıq yönümlü strategiya seçməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 May 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri