Icma.az
close
up
RU
Ermənistan təxribatçı əməllərinə niyə son qoymur? QHT SƏDRLƏRİ ARASINDA SORĞU

Ermənistan təxribatçı əməllərinə niyə son qoymur? QHT SƏDRLƏRİ ARASINDA SORĞU

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Son günlər Ermənistan silahlı qüvvələri hərbi müstəvidə təxribatlarını yenidən artırıb. Maraqlı məqam odur ki, bu təxribatlar həm də siyasi sabotajlarla paralel irəliləyir. Yəni rəsmi İrəvan həm sərhəddə hərbi, həm də diplomatik cəbhədə siyasi spekulyasiyalarını davam etdirir, münasibətlərin normallaşması ilə bağlı danışıqların müsbət ab-havasına zərbə vurur. SİA mövzu ilə bağlı QHT sədrləri arasında sorğu edərək onların bu barədə fikirlərini öyrənib.

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli: "Ermənistan Azərbaycanla səmimi sülh bağlamaq fikrində deyil. Dünya erməniliyi və super güzlər Ermənistanı Qafqazda ona görə yaratmayıb ki, o gəlib Azərbaycanla dost olsun. Ermənistən dövlət olaraq Rusiya tərəfindən, Qərbin və ABŞ-nin xeyir-duasi ilə yaradılıb ki, onun vaditəsi ilə Qafqazı nəzarətdə saxlasınlar, yaranan münaqişələr vasitədi ilə bölgəni idarə etsinlər, öz varlıqlarını regionda qorusunlar.

Sovetlər dönəmində ölkə qapalı idi və Sovet İttifaqı bu məsələyə yalnız özü nəzarət edirdi, ona görə sakitlik idi. Bu sakitlikdən isə istifadə edərək yenə Ermənistanı gücləndirirdilər.

İndi isə bölgədə Avropa, Rusiya və ABŞ demək olat ki, açıq rəqabət aparır. Ermənistan isə bu güclərdən asılı vəziyyətdədir, müstəqil qərar qəbul edə bilmir. Bu səbəbdən də yalnız siyasi manipulyasiya ilə məşğuldur. Ermənistana da bölgədə marağı olan ölkələr bu işdə dəstək verir. Hələ bu xəmir çox su aparacaq".

Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov: "Ermənistanın təxribatçı əməllərinə son qoymamasının əsas səbəblərindən biri onun Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə tanımayıb, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamasıdır. Ermənistan, tarixən Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa qarşı iddialar irəli sürərək, işğal və terror siyasəti yürüdüb.

2020-ci ildə Azərbaycanın qəhrəman Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub edib və öz torpaqlarını azad etsə də, Ermənistan yenə də təxribatlarını davam etdirir. Bunun səbəbləri:
1.Ermənistanın revanşist siyasəti– Ölkə rəhbərliyi məğlubiyyəti qəbul etməyib, Azərbaycana qarşı nifrət və düşmənçilik toxumunu cəmiyyətində saxlayır.

2.Xarici dəstək- Bəzi xarici qüvvələr və erməni lobbisi Ermənistanı silahlandıraraq regional sabitliyə zərər vurur.
3. Provokasiyalarla diqqət yayındırmaq– Ermənistan öz içərisindəki siyasi və iqtisadi böhranları gizlətmək üçün sərhəd təxribatları törədir.

Azərbaycan isə daim sülh və ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüquq çərçivəsində addımlar atır. Lakin Ermənistanın təxribatları davam etdikcə, Azərbaycan Ordusu hər an cavab verməyə hazırdır!".

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri: "Əslində, Ermənistanın təxribatı əməllərdən əl çəkməməsi iki amilə əsaslanır. Bunlardan biri daxili, digəri isə xarici amildir.

Daxili amil, ermənilərin antitürk xisləti ilə əlaqədardır: “Ermənilər zaman-zaman qonşulqdakı türk xalqlarına, o cümlədən azərbaycanlılara qarşı vəhşiliklər, misilsiz cinayətlər və təxribatlar törədiblər. Bu gün də onlar öz dağıdıcı xisltələrindən əl çəkə bilmirlər. Ona görə də davamlı təxribatlar törədirlər. Yəni necə ki, əqrəb zəhərini tökməsə dayana bilmir, ermənilər də türk xalqlarına qarşı cinayətlər törətməsə rahatlaşa bilmirlər”.

CASCFEN sədri deyib ki, xarici amil isə bəzi Qərb ölkələrinin, xüsusilə də Fransanın Ermənistanı yenidən müharibəyə cəlb etmək üçün atdığı addımlarla bağlıdır: “44 günlük Vətən savaşında Azərbaycan Ordusu işğalçı Ermənsitana sarsıdıcı zərbə vurdu. Düşünmək olardı ki, bundan sonra onlar azacıq da olsa ağıllanacaqlar. Lakin təəssüf ki, belə olmadı. Qərbin bəzi ölkələrinin silah-sursat yardımından ruhlanan Ermənistanda yenidən rervanişst əhval-ruhiyyə baş qaldırıb və onlar yenidən silsilə təxribatlar törətməkdədirlər. Lakin onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir və bu dəfə zərbə Ermənistan üçün ölümcül olacaq”.

“Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli: "Bu təxribatların əsas məqsədi regionda olan mövcud geosiyasi vəziyyətlə bağlı vaxt qazanmaq, bütün vasitələrdən istifadə edərək həm siyasi, həm də hərbi cəhətdən öz xeyrinə dəyişiklərə nail olmaqdır. Bu əsaa məqsədin özünü də mahiyyətcə iki alt hissəyə bölmək olar: 1-cisi daxili audotoriyaya ünvanlanmış və daxili ziddiyyərlər, didişmələrdən qaynaqlanan. Bununla onun Azərbaycanın sülh müqaviləsi ilə bağlı şərtlərini qəbul etmədiyini, məğlubiyyətlə barışmayacağını, revanşizmdən əl çəkməyəcəyini və bu istiqamətdə mübarizəni davam etdirəcəyini nümayiş etdirmək.

İkincisi də xarici auditoriyaya ünvanlanmış, daha çox havadarlarının vasitəsi ilə beynəlxal miqyasda öz xeyrinə fikir formalaşdırmaqdır. Belə ki, davamlı olaraq təxribat törətməklə Azərbaycanı ciddi cavab tədbirlərinə sövq etmək və nəticə olaraq ölkəmizi haqlı olduğu halda haqsız duruma salmaq, "aqressor", "sülh tərəfdarı olmayan" və s. kimi təqdim edərək, ittiham obyektinə çevirməkdir".

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Aprel 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri