Icma.az
close
up
RU
Ermənistan üçüncü müharibəyə hazırlaşır? Əliyevdən kritik açıqlama

Ermənistan üçüncü müharibəyə hazırlaşır? Əliyevdən kritik açıqlama

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi Ermənistan son illər sülh müqaviləsinin imzalanması prosesini ləngidəcək yanaşma nümayiş etdirir. İrəvan Minsk qrupunun ləğvi üçün müraciət etmir, konstitusiya dəyişikliyinə getmir. Bununla da sülhdən yayınır.

Prezident İlham Əliyev Kiselyova müsahibəsində bunu belə açıb: “Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Qərbin və onun himayəsində olan Ermənistanın yalnız hüquqi cəhətdən mövcudluğunu qoruyan, faktiki olaraq isə artıq tarixin arxivində olan ATƏT-in Minsk qrupunun mövcudluğunu saxlamaq cəhdi regionda beynəlxalq hüququn aliliyin rəhbər tutularaq formalaşdırılan status-kvonu qəbul etməmək cəhdidir:

Bəhruz Məhərrəmov

“Görünən odur ki, Ermənistan və onun havadarları hələ də Azərbaycanla Ermənistan arasında münaqişənin “perspektivlərinə” inanır və hələ də Ermənistanın güc yol ilə 4 il əvvəlki işğal və təcavüzdə ehtiva olunan status-kvonu bərpa edəcəyinə ümid edir. Bu çərçivədə Ermənistanın Fransa, ABŞ, Hindistan və digər dövlətlər tərəfindən silahlandırılması, eləcə də Azərbaycan əleyhinə başlanan qarayaxma və böhtan kampaniyaları vahid bir siyasətin ayrı-ayrı istiqamətləridir. Lakin məsələ ilə bağlı Azərbaycanın mövqeyi kifayət qədər aydındır, ötən gün Prezident İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və “RİA Novosti” Agentliyinə müsahibəsində də ifadə edildiyi kimi, Azərbaycan milli təhlükəsizliyimizə və mənafelərimə yönəli heç bir təhdidə göz yummaq niyyətində deyil. O cümlədən də ATƏT-in Minsk qrupunun mövcudluğunu qorumaq cəhdləri belə hansısa formada qurumu dirçəldilərək bölgədə proseslərə müdaxilə etmək imkanı verməyəcək. Heç kim unutmamalıdır ki, bu bölgədə hər hansı beynəlxalq mexanizm yalnız və yalnız Azərbaycanın iradəsi ilə mövcudluğunu qoruya və fəaliyyət göstərə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri