Icma.az
close
up
RU
Ermənistan uğrunda mübarizə: Vens İrəvanı Rusiyadan ayıra biləcəkmi?

Ermənistan uğrunda mübarizə: Vens İrəvanı Rusiyadan ayıra biləcəkmi?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ekspert ictimaiyyəti ABŞ-ın vitse-prezidenti Cey Di Vensin diplomatik “baqajında” İrəvana gətirdiyi “şirniyyatları” müzakirə etməyə davam edir.
Bizim.Media xəbər verir ki, siyahı həqiqətən kifayət qədər genişdir.
Vensin sözlərinə görə, ABŞ Ermənistana yüksək məhsuldarlıqlı Nvidia çiplərinin satışı üçün bir sıra ixrac lisenziyaları verib. Bu çiplər Ermənistanda yeni məlumat emalı mərkəzlərinin (data center) tikintisi üçün istifadə olunacaq və layihənin icrasına faktiki olaraq artıq başlanılıb.
Bundan əlavə, İrəvan ABŞ-dan V-BAT pilotsuz uçuş aparatları alıb. Paşinyanın bildirdiyinə görə, onlar Ermənistanın hərbi imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək. TRIPP proqramına milyardlarla dollar həcmində vəsait ayrılması da anons edilib ki, bu da ümumilikdə gözlənilən idi.
Və, bəlkə də, əsas sensasiya: ABŞ və Ermənistan mülki nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Saziş potensial investisiyaları nəzərdə tutur və İrəvanın Rusiyadan enerji asılılığının azaldılmasına yönəlib. Eyni zamanda, Amerika şirkətlərinə nüvə texnologiyaları, yanacaq və xidmətlərin tədarükünə çıxış, eləcə də ölkə elektrik enerjisinin təxminən 40 faizini təmin edən Ermənistan AES-inin kiçik modul reaktorlarla əvəzlənməsi üzrə müsabiqədə iştirak imkanı yaradır.
Vensin Ermənistana səfəri ərəfəsində və səfər fonunda demək olar ki, hər kəs ABŞ-ın regiondakı əsas məqsədinin Rusiyanın təsirini azaltmaq, maksimum proqram kimi isə Ermənistanı Moskvadan qoparmaq olduğunu dilə gətirib.
İlk baxışdan hər şey məhz belə görünür: yeni investisiyalar, nüvə sahəsində RF-dən asılılığın azalması, yeni yüksək texnoloji istehsallar — bir sözlə, yalnız xəyal etmək mümkün olanlar.
Kənarda saxlayaq ironik sualları: ABŞ Ermənistana yeni ixrac lisenziyası ilə veriləcək çiplərin sonradan Rusiyaya və ya İrana keçməsi riskini nə dərəcədə qiymətləndirir? Nikol Paşinyanın bütün Qərbyönlü ritorikasına baxmayaraq, Ermənistan Moskva və Tehrana qarşı tətbiq edilən sanksiyaların dolanılmasında aparıcı “hab” olaraq qalır. Hətta xatırlatmayaq ki, artıq o zaman da özünü Qərbyönlü siyasətçi kimi təqdim edən Paşinyan ABŞ-ın dəstəyi ilə hazırlanmış minatəmizləyənləri Rusiyanın Suriyadakı hərbi missiyasına göndərmişdi. Həmçinin vurğulamayacağıq ki, cəlbedici görünən 9 milyard dollarlıq məbləğ imzalanmış investisiya sazişləri yox, potensial investisiyalardır. Necə deyərlər, fərqi hiss edin. Daha vacib məqam isə başqadır.
Ermənistan hələ də Rusiyadan son dərəcə güclü iqtisadi və infrastruktur asılılığı içindədir və bu asılılıq təkcə Metsamor AES-lə məhdudlaşmır. Ermənistan KTMT-də üzvlüyünü faktiki olaraq “dondurub”, amma Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalır. Bunun hesabına Rusiyadan daxili qiymətlərlə bir çox məhsullar, ilk növbədə qaz, neft və neft məhsulları alır.
 

Onların əhəmiyyətli hissəsi hazırda Azərbaycan üzərindən tranzitlə daşınır. Bəli, ölkəmiz də Ermənistana bir partiya mazut tədarük edib. Amma yanacaq-sürtkü materiallarının əsas mənbəyi yenə də Rusiyadır. Ermənistan dəmir yolları Rusiya Federasiyasının konsessiya idarəçiliyindədir. Bu siyahıya mobil rabitə və qaz şəbəkələrini də əlavə etmək olar. İrəvanın elektrik şəbəkələrini milliləşdirmək üçün dəfələrlə etdiyi cəhdlər konkret nəticə verməyib. Üstəlik, bütün bu zərərli (rentabelli olmayan) infrastrukturu saxlamaq da lazımdır. Və heç də təsadüfi görünmür ki, məhz Vensin səfəri ərəfəsində Ermənistan parlamentinin spikeri Alen Simonyanı Moskvaya çağırıb ona ciddi “baş yuma” keçiriblər.


Ermənistanın Rusiyadan asılı olduğu bütün bu istiqamətləri “bağlamaq” olduqca çətin olacaq. ABŞ belə bir filantropiyaya hazırdırmı — sual açıq qalır. Xüsusən də Ermənistan lazımi siyasi iradə nümayiş etdirmirsə və iflasa uğramış KTMT-dən fərqli olaraq Aİİ platformasında açıq demarşlara getmirsə. (Minval.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Fevral 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri