Ermənistan və Azərbaycan arasında sülh həqiqətə çevrilib Mirzoyan
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı zamanı regionda bərqərar olan sülhün detallarını və “Tramp Yolu” layihəsinin əhəmiyyətini açıqlayıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Nazir Ermənistan və Azərbaycan arasında sülhün artıq həqiqətə çevrildiyini və tərəflərin iqtisadi əməkdaşlığa başladığını bildirib.
O qeyd edib ki, 8 avqust sazişlərindən sonra artıq ikitərəfli ticarət əlaqələri bərpa olunub:
“Vaşinqton sammitində razılaşdırılan “Tramp Yolu” bütün Cənubi Qafqazı mühüm tranzit bölgəsinə çevirəcək. “Tramp Yolu” Ermənistan və Azərbaycanın təkcə tranzit mərkəzinə çevrilməsinə deyil, həm də bütün Cənubi Qafqazı tranzit bölgəsinə çevirməsinə imkan verəcək. Bu layihə təkcə insanların əlaqəsini deyil, həm də malların dövriyyəsini təmin edəcək”.
Mirzoyan vurğulayıb ki, 14 yanvarda amerikalı tərəfdaşlarla birlikdə infrastrukturla bağlı prinsiplər barədə tam razılığa gəlinib:
“Vaşinqton Sülh Sammiti zamanı Ermənistanın suveren ərazisində fəaliyyət göstərəcək və milli qanunvericiliyimiz əsasında, yurisdiksiyamız çərçivəsində həyata keçiriləcək “Tramp Yolu”nu müəyyən etmək barədə razılığa gəldik. Fundamental prinsiplər tam qəbul edilib, imzalanıb və dərc edilib”.
Nazir həmçinin paraflanmış sülh sazişinin yaxın aylarda imzalanacağına və təsdiqlənəcəyinə ümid etdiyini bildirərək, “Tramp Yolu”nun sülh və əməkdaşlıq amili olacağını əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 28 Yanvar 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















