Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxındır Mirzoyan
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxındırlar.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Bu bir ümid anıdır. İki dövlətimizin və cəmiyyətlərimizin faciəli keçmişinə baxmayaraq, düşmənçilik səhifəsini çevirmək şansı var... Keçmiş çətin idi. Anlamaq, unutmaq, bağışlamaq çətindir, amma bölgəmizdə kifayət qədər qan tökülüb və indi gələcəyə baxmaq imkanımız var”, - deyə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın "Lannen Media" xəbər agentliyinə müsahibəsində deyib.
Kommunikasiyaların açılması məsələsinə gəlincə, Mirzoyan qeyd edib ki, Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olacaq qərarlara gələ bilərlər:
“Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə biz dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 Dekabr 2024 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















